Cümə axşamı, 2024-03-28, 6:58 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəzilətləri
2012-10-15, 10:12 PM
"Bəyyinə” surəsinin fəziləti

1-İmam Baqir (ə) buyurdu: Bir kəs "Ləm yəkun" surəsini oxusa, şirkdən uzaq olub, onu Məhəmmədin (s.ə.v.v) dininə daxil edərlər. Böyük Allah onu Qiyamətdə mömin simasında qəbirdən qalıdırar və onun hesabını asan çəkər.
2-Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Ləm yəkun surəsini vətəndə və yaxud səfərdə oxusa, Qiyamət günündə Xəyrul-bəriyyə ilə birlikdə olacaqdır. Əbiddərdadan rəvayət olunub ki, Nəbiyyi-Əkrəm (s.ə.v.v) belə buyurdu: Əgər insanlar Ləm yəkun surəsinin necə təsirli və faydalı olduğunu bilsəydilər, ailə işlərini və mal toplamağı tətil edib, onu öyrənərdilər. Xəzaə qəbiləsindən olan bir kişi dedi: Xəzaə qəbiləsindən olan bir kişi dedi: Ya Rəsullah (s.ə.v.v) onun oxumağın nə əcri vardır? Həzrət buyurdu: Allah-taalaya qarşı qəlbində şəkk olan adam və münafiq heç vaxt onu oxumaz. Allaha and olsun ki, Mələklər Allah səmaları və yerləri yaradan gündən onu oxuyurlar, və onu oxumaqdan yorulmurlar. Allah bu surəni gecə oxuyan və üçün mələkləri seçər ki, onu dinində və dünyasında qoruyub, onun üçün bağışlanmaq və rəhmət tələb edərlər.
Beləliklə əgər bu surəni bir kəs gündüzlər oxusa, Allah ona, günəş saçmış və gecənin qaranlığı on pərdə çəkilmiş mövcudatın sayı qədər savab əta edər. Sonra Qeys Əylan qəbilsindən olan bir kişi dedi: Ya Rəsullah: Atam anam sizə fəda olsun, bu hədisi çox izah edin. Həzrət buyurdu: "Əmmə yətəsaəlun". "Qaf vəl Quranil Məcid" "Əssəmai zatil buruc" "Əssəmai vəttariq" surələrini öyrənin. Əgər siz onları öyrənib və öyrətmətdə nə qədər əcr və savab olduğunu bilsəydiniz, yəqin ki, hər biri işdən əl çəkib onları öyrənərdiniz, və onları öyrətməklə Allaha yaxınlaşmaq səbəbinə nail olardınız. Allah şirkdən başqa, hər bir günahı bu surələrin oxunması səbəbilə bağışlayar. Bilin Mülk və padşahlıq o Allahın əlindədir ki, Qiyamət günündə bu surələrin sahiblərindən mücadilə edib, onların günahlarını bağışlayar.


" Zilzal ” surəsinin fəziləti
 
"Zəlzələ"
İmam Sadiq (ə) buyurdu: "İza zulzilətil ərzu" surəsini oxumaqdan yorulmayın, çünki bir kəs nafilə (müsətəhəb) namazlarında bu surəni oxusa, Allah onu heç vaxt zəlzələ, ildırım vurması və bunun kimi dünya bəlaları ilə həlak etməz. Necəki o dünyadan köçdü və Behiştə getmək əmrini alsa, o zaman Allah-taala onun fərmanını verib buyurar: Ey mənim bəndəm Behiştimi sənə Mubah etdim, indi heç bir maneə olmadan onun hər hansı yerində istəyirsən özünə mənzil seç.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Bir kəs bu surəni (Zilzal) oxusa, elə bil ki, Bəqərə surəsini oxumuşdur, və ona həmin surəni oxumağın əcrini verərlər, (yəni Quranın dördə birini oxumağın).
Nəbiyyi-Əkrəm (s.ə.v.v) əshabələrindən bir kişiyə xiğab edərək buyurdu: Evlənmisən? Dedi: Yox, çünki evlənmək üçün əlimdə bir şeyim yoxdur. Həzrət buyurdu: "Qul huvəllahu əhəd" surəsini bilirsənmi? Dedi: Bəli, Həzrət yenə buyurdu: Bu surə Quranın dörddə biridir. Həzrət sonra buyurdu:
"Qul ya əyyuhəl kafirun" surəsini bilirsənmi?
O kişi dedi: Bəli.
Həzrət buyurdu: Bu surədə Quranın dörddə biridir. Sonra buyurdu:
"İza zulzilət" surəsini bilirsənmi?
O kişi dedi: Bəli.
Həzrət yenə buyurdu: Bu surə də Quranın dörddə biridir. Həzrət sözünün davamında buyurdu: Evlən, evlən, evlən. (Bu surələri həyat yoldaşın üçün məhriyyə ünvanında qərar ver.)

Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 983 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]