Cümə axşamı, 2024-03-28, 6:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəzilətləri
2012-10-15, 10:07 PM
Adiyat” surəsinin fəziləti
1-İmam Sadiq (ə) buyurdu: Bir kəs Adiyat surəsini oxusa, və onu oxumağı davam etdirsə, Allah Qiyamətdə onu Əmirəl-mömininlə (ə) məşhur edər və bir otaqda o Həzrətin həmdəmlərindən olar.
2-Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Adiyat oxusa, ona müzdəlifədə (məşərul-haramda yer adı) oyaq qalmış və Ərəfatda hazır olmuş kəslərin sayı qədər on həsənə verilər.
Hər kəs ağrıdan, aclıqdan, susuzluqdan, və borcdan xilas olmaq istəyirsə, Həzrət Əlinin (ə) adını sayı qədər, yə‎ni yüz on dəfə bu surəni oxusa, çox faydalıdır.
Və həmçinin ruzinin çoxalması üçün yazıb özündə saxlasın.

"Qariə” surəsinin fəziləti
1-İmam Baqir (ə) buyurdu: Hər kəs Qariə surəsini çox oxusa, Allah-taala onu dünyada Dəccalın fitnəsindən, onun dəvətini qəbul etməkdən, və Qiyamətdə Cəhənnəm çirkinliklərindən yaxud onun yandırıcı istisindən amanda saxlayar.
2-Übəyy ibn Kəbin nəql etdiyi hədisdə yazılıb ki, hər kəs Qariə surəsini oxusa, Allah Qiyamətdə buna xatir onun əməl dəftərini ağır edər.
Hər hansı mühüm mətləb üçün əl-Qariə surəsini yüz səkksən dəfə oxusun, təcrübə olunub. Əgər onun məişəti (güzəranı) ağır keçirsə, bu surəni yazıb özündə saxlasa, ruzisi çoxalar, inşaallah.
Hər hansı zəruri hacətin üçün bu surəni yazıb özündə saxlasın.
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 999 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]