Çərşənbə günü, 2024-04-24, 1:22 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəzilətləri
2012-10-15, 10:03 PM
"Huməzə” surəsinin fəziləti
İmam Sadiq (ə) buyurdu: Bir kəs Huməzə surəsini özünün vacibi namazlarında oxusa, Allah yoxsulluğu ondan uzaq edər, ruzinin ona yaxınlaşdırar, və pis ölümü ondan dəf edər.
2-Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə yazılıb ki, hər kəs Huməzə surəsini oxusa, Allah Həzrət Məhəmməd (s.ə.v.v) və onun dostlarını istehza edənlərin sayı qədər ona on həsənə əta edər.
Hər kim bu surəni ağrıyan gözə oxusa, Allah o ağrıdan ona şifa verər.
Hər kəs Huməzə surəsini müstəhəbbi namazında çox oxusa, ruzisi və malı çoxalar.

"Fil” və "Qurəyş” surəsinin fəziləti
İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacibi namazlarında Fil surəsini oxusa, Qiyamətdə bütün qumlar dağlar, çəmənliklər onun xeyrinə şəhadət verərlər ki, o namaz qılanlardandır. Haqqın carçısı nida edər ki, mənim bəndəmin barəsində düz dediniz onun haqqında verdiyiniz şəhadət qəbul olundu, onu Behiştə daxil edin, və ondan hesab çəkməyin. Çünki o elə bir kəslərdəndir ki, mən onu və əməlini sevirəm.
2-İmam Sadiq (ə) buyurdu: Allah "Li ilafi Qurəyş" surəsini çox oxuyan şəxs, Qiyamət günündə Behişt atına minmiş halda məşhərə daxil edər ki, Cənnətin nurlu süfrələrinin kənarında əyləşsin.
3-Şeyx Səduq (rəh) buyurub: Hər kəs vacibi namazlarının rükətlərində Fil surəsini oxusa, onda gərək İlaf (Qurəyş) surəsini də onunla birlikdə oxusun. Çünki bu iki surə ikisi birlikdə bir surə hesab olunur. Vacibi namazların bir rükətində onların ikisindən birini oxumağa icazə verilmir.
4-Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə vardır ki, hər kəs Fil surəsini oxusa, Allah onua dünyada yaşadığı müddətdə məsx olmaqdan (heyvan surətinə dönməkdən) iftira və böhtana mübtəla olmaqdan qoruyar. Yenədə Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə yazılıb ki, hər kəs İlaf (Qurəyş) surəsini oxusa, Allah ona Kəbə evini təvaf etmiş, və orada etikaf (məsciddə ibadətlə məşğul olan) etmiş şəxslərin sayı qədər on həsənə əta edər. (Nəbiyyi-Əkrəm (s.ə.v.v)) hər kəs Fil surəsini müharibədə oxusa, möhkəm, ciddiyyətli olar, və hər cür iradəsizlikdən uzaq olar.
Çahar şənbə (üçüncü) günü bu surənin hərflərinin sayı qədər (yəni 98 dəfə) Fil surəsini oxuyub düşməninə tərəf üfürsən, əlbəttə o məğlub olar.
Əgər bir kəs soltan və hakimlərin yanına getmək istəyirsə, və onlardan qorxursa, Fil surəsini "Təyrən əbabil"-ə qədər oxusun. "Tərmihim" kələməsini oxumaq istədikdə sol əlinin kiçik barmağından başlayıb sağ əlinin kiçik barmağına qədər "Tərmihim" kələməsini deyib barmaqlarını bir-bir yumsun, və gözü ilə mətləbini görməyincə bir kəslə söhbət etməsin. Mətləbi hasil olandan sonra sağ əlinin kiçik barmağından başlayıb "bihicarətin min siccil" cümləsini (on dəfə ) deməklə sol əlinin kiçik barmağına qədər barmaqlarını bir-bir açsın. Sonra surəni qalanını sonuna qədər oxusun, və o zalıma tərəf üfürsün. Allahın izni ilə ucalar. (çox təcrübə olunub).
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 1070 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]