Cümə günü, 2024-04-19, 9:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəzilətləri
2012-10-15, 10:01 PM
"Maun” surəsinin fəziləti
1-İmam Baqir (ə) buyurdu: Bir kəs "Ərəəytəl-ləzi yukəzzibu biddin" (Maun) surəsini vacibi və müsətəhəbbi namazlarında oxusa, Allah onun namaz və orucu qəbul olunmuş kəslərdən hesab edər, və dünyada baş vermiş işlərin (günahları) hesabını ondan çəkməz.
2-Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə yazılıb ki, hər kəs Ərəəytə surəsini oxusa, zəkatını vermiş olsa, Allah onu bağışlayar. (Allahın Rəsulundan (s.ə.v.v)
Çoxlu müvəffiqiyyətlər kəsb etmək niyyəti ilə duşənbə gününün gecəsindən (birinci gün axşam) on beş dəfə bu surəni oxusun. Bu surəni hər dəfə oxuyan, bu ayəni desin:
"Ya əyyuhəlləzinə amənur-kəu vəscudu vəbudu rəbbəkum vəfəlul xəyrə ləəlləkum tuflihun", və on beş dəfə salavat göndərsin. Oxuyub qurtardıqdan sonra səcdəyə edib öz hacətini Allah-taalanın məhzərində elan etsin.

"Kafirun” surəsinin fəziləti
1-İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacibi namazlarında "Qul ya əyyuhəl kafiriun" və "Qul huvəllahu əhəd" surələrini oxusa, Allah onu, ata-anasını və onların övladlarının hamısını bağışlayar. Əgər o bədbəxtlərdən olmuş olsa, onun adını onların dəftərindən pozub, xoşbəxtlərin dəftərinə yazar, bu dünyada ona səadət bəxş edib, onu şəhid kimi öldürər, və şəhid kimi məşhur edər.
2-Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə yazılıb ki, hər kəs Kafirun surəsini oxusa, Quranın dörddə birini oxumuş şəxs kimi olar, Şeytanın nökərləri ondan uzaq şirkdən pak, böyük divin qorxusundan amanda qalar.
Cümə günü sübh namazından sonra günəş çıxmazdan əvvəl Kafirun surəsini on dəfə oxu və yüz dəfə bu tərzdə salavat göndər "Əllahummə səlli əla Muhəmmədin ummi və alihi və səlləm", hər hacətin olmuş olsa, hasil olar.
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 1024 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]