Şənbə günü, 2024-04-20, 4:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəzilətləri
2012-10-15, 9:59 PM
"Nəsr” surəsinin fəziləti
1-İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacibi yaxud müstəhəbbi namazlarında "İza caə nəsrullahi vəlfəth" surəsini oxusa, Allah onu düşmənlərinin hamısının əleyhinə vuruşmaqda kömək edər. Allah Qiyamət günündə onun qəbrindən çıxartdığı məşhərə gələr, və o məktub onun Cəhənnəm körpüsündən ötüb keçmək üçün amannamədir. O gün heç bir şey nəzərdən yayınmaz, madam ki, ona xeyir ə yaxşılıqla müædə verər və axırda Behiştə daxil olar, və bu cahan heç vaxt arzu etmədiyi və qəlbindən keçmədiyi xeyr qapılarını onun üzünə açar.
2-Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə vardır ki, hər kəs Nəsr surəsini oxusa, Məkkənin fəth olunmasında Allahın Rəsulu (s.ə.v.v) ilə birlikdə iştirak etmiş kimidir.

"Təbbət” surəsinin fəziləti

(Ləhəb, Məsəd)
1-İmam Sadiq (ə) buyurur: "Təbbət yəda əbi Ləhəb" surəsini oxuyan zaman Əbu Ləhəbə nifrin edin. Çünki o Nəbiyyi-Əkrəmin (s.ə.v.v) Allah tərəfindən gətirdiklərini təkzib edən kəslərdən idi.
2-Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə vardır ki, hər kəs Təbbət surəsini oxusa, Allah onu Əbi Ləhəblə bir evdə yerləşdirməyəcəyinə ümidvaram.
Bu surəni bütün ağrılara oxu, inşaallah ağrı sakitləşər.
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 1045 | Downloads: 0 | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]