Çərşənbə axşamı, 2024-04-23, 10:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 6:55 PM


"Ali İmran” surəsinin fəziləti
 
          
Digər bir nüsxədə: Übəyy ibn Kəb Peyğəmbərdən (s ə v v) nəql etmişdir ki, Həzrət buyurdu: Hər kəs Ali İmran surəsini oxusa, Allah-taala bu surənin hər ayəsinin müqabilində Cəhənnəm körpüsündən keçmək üçün amannamə (keçid vərəqəsi) əta edəcək.
İbn Abbas deyir: Rəsuli-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Ali-İmran surəsini cümə günü gün batançağına qədər oxusa, Allah və Mələkləri onun üçün salam göndərərlər. Burəydə deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Bəqərə və Ali-İmran surəsini öyrənin Çünki onların ikisi bir nurdur. Qiyamət günü onları bilən şəxs üçün bu surələr iki bulud, iki pərdə, yaxud iki cərgədən ibarət quşlar kimi kölgə salacaqdır.
Yuxudan oyandıqda öz ətrafınıza baxın və Ali-İmran surəsinin sonunu "İnnə fi xəlqissəmavati-dən La təxliful miada kimi oxusanız çox faydalıdır." (Ali-İmaran 190-194)
Əgər bu ayəni ağrıyan yerə (üzvə) oxusanız şifa tapar:
-Bismillahir-rəhmanir-rəhim. "Rəbbəna la tuziğ qulubəna bəədə izhədəytəna və həbləna minlədunkə rəhmətən. İnnəkə əntəl vəhhab."
İbn Məsud deyir: Allahın rəsulundan (s.ə.v.v) eşitdim ki, belə buyurdu: Hər kəs (aşağıdakı) bu ayəni oxusa, Allah Qiyamət günündə ona buyurar: Ey bəndəm, mənim əhdimə vəfa etdin və əmanətimi yerinə yetirdin ki, o yeganəlik və tövhiddən ibarətdir, və məndə öz əhdinə vəfa edənlərin ən ləyaqətlisiyəm. Bəs ey mənim Mələklərim Behiştin qapılarını açın ki, o hansı qapıdan istəyirsə, daxil olsun. Ayə "Şəhidəllahu ənnəhu la ilahə illa huvə vəlməlaikətu və ulul-elmi Ğaimən bilqisti-dən və tərzuqu məntəşau biğəyri hisab"-a kimi (Ali İmran 18-27) .
Bir kəs evdən xaric olanda (çıxanda) Ali-İmran surəsinin axırıncı ayələrini, Qədr, həmd və "Ayətəl-kürsü”nü oxusa, dünyada və axirətdə hacətləri qəbul olunacaq.
Allah buyurur: "Rəbbəna və atina ma və ədtəna" surənin axırı kimi (194-cü ayədən 200-ci ayəyə qədər) Çünki Allah-taaladan vədə xilaf çıxmaq caiz deyil. Beləliklə "Atina ma və ədtəna"-dan məqsəd Allahın dərgahına zarıldayıb ağlamaq və Allahdan başqasından rabitəni kəsməkdir. Allahın buyurduğu bunun kimidir, "Rəbbihkum bilhəqqi" (Ənbiya-112)
Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət olunub ki, Allah hər bir kəsə savab vədəsi versə, əlbəttə ona vəfa edəcək, və hər kəsə əzab vədəsi versə, əgər istəsə, əzab verəcək, və əgər istəməsə əzab verməyəcək bu iş onun öz ixtiyarındadır. Həqiqətən Nəbiyyi-Əkrəm (s.ə.v.v) həmişə buyurardı: Hər kəs gecə bu ayələri (Ali İmran surəsinin axırını) oxusa, elə bilki, bütün gecəni ibadət etmişdir. Həzrəti Sadiqdən (ə) nəql olunub ki, hər kim üçün çətinlik qarşıya çıxsa, beş dəfə "rəbbəna" desin, haqq-taala onun müşkülünü həll edər. O həzrətdən soruşdurlar: Yəbnə Rəsullah bunun mənbəyi nədir? (haradandır.) Buyurdu ki, Allah-taala bu beş kələmənin (Ali İmran 194) "Rəbbəna və atina, ma vəədtəna əla rusulik" bərəkətinə görə möminin duasını icabət (qəbul) edib buyurdu: "Fəstəcabə ləhum rəbbuhum" (Ali İmran 195)
Ali İmran surəsinin 25-ci ayəsində Allah-taala buyurur: "Qulillahummə malikəl-mulki tutil mulkə mən təşau biğəyri hisab"a qədər.
Yəni: "De İlahi! Ey hökumət maliki, hər kimə istəsən hökumət verirsən, və hər kimdən istəsən hökuməti alırsan və hər kəsə istəsən izzət verərsən, və hər kimi istəsən zəlil və xar edərsən, bütün yaxşılıqlar sənin əlindədir. Sən hər şeyə qadirsən"
İşlərin açılması və dövlətli olmaq üçün bu ayəni 350 dəfə oxusun. "Qul innəl fəzlə biyədillahi yutihi mən yəşau, vəllahu vasiun əlim." (Ali-İmran-73).
Allahın Rəsulundan (s.ə.v.v) rəvayət olunub ki, hər kəs cümə axşamı Ali İmran surəsini oxusa, Qiyamətdə ona iki qanad verərlər ki, ildırım surəti ilə sirat körpüsündən keçər.
İbn Abbas Həzrəti Rəsuldan (s.ə.v.v) rəvayət edir ki: Hər kəs cümə günü Ali-İmran surəsini oxusa, haqq-taala və Mələklər günəş batana qədər ona səlavat göndərərlər.
Həzrəti-Rəsul (s.ə.v.v) buyurub: Bəqərə və Ali-İmran surəsini öyrənin ki, işıq saçandırlar. Yəni bu iki surə nur verən və işıqlandırandırlar. Bu iki bulud parçası kimi başının üstündə kölgə salacaqlar.
Həzrət-Rəsuldan (s.ə.v.v) ayrı bir rəvayətdə nəql olunur ki, hər kəs cümə axşamı Ali-İmran surəsini oxusa, Qiyamət günü ona iki qanad verərlər ki, onun vasitəsilə sirat körpüsündən ildırım sürəti ilə keçər.
Başqa bir rəvayətdə nəql olunub ki, Məad Cəbəl rəvayət edir ki, tələbkarların borcunu tələb etməsinə görə bir cümə namazında iştirak edə bilmədim. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyrurdu: Ey Məad! hansı şey səni cümə namazından saxladı? Dedim: Ey Rəsuləllah (s.ə.v.v) Yuhənna Yəhudinin neçə vəqyə (kilo) (rətlin on ikidə biri) buğdası mənim boyunumda qalmışdı və məni namaza gəlməyə qoymadı. Buyurdu: "Qulillahummə malikəl mulkə tutil mulkəni biğəyri hisab" ayəsinə qədər oxu və de: "Ya rəhmanud-dunya vəl axirəti və rəhməhuma naqizun ənni dinni."
Hər kəs bu ayəni qeyd olunan dua ilə oxusa, əgər onun yer kürəsi qədər borcu olmuş olsa, haqq-taala onu əta edər. (La həvla və la qüvvətə illa billah).

"Nisa” surəsinin fəziləti
 
          
1-Zərr ibn Cəbiş deyir: Əmirəlmöminin (ə) buyurdu: Hər kəs Cümə günləri Nisa surəsini oxusa qəbir sıxıntısından amanda qalacaqdır?
2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən nəql edib ki, o Həzrət buyurdu: Hər kəs bu surəni (Nisa surəsini) oxusa, elə bil ki, özündən sonra gələn hər bir möminə miras sədəqə vermişdir, və onun əcri bir bəndəni (qulu) alıb azad edən şəxsin əcri qədərdir. O şirkdən uzaq olar, və Allahın nəzərində xətasına göz yumulmuş kəslərdəndir.
Ömər ibn Xəttabdan (Raşidin xəlifələrindən rəvayət olunub. O deyib: Bəqərə, Maidə, Həcc, Nur, surələrini öyrənin çünki fərizələr və vacibatlar bu surələrdədir. Əyyaşi (qabaqkı hədisi) Əmirəlmöminindən də nəql edib.
Əgər bir şəxs bir şəhərdə yaxud kənddə ürəyi sıxıla və darıxa, və o məhəllədən çıxmağı bacarmaya, o dərəcədə ki, heç cür oradan çıxa bilməsə, bu ayəni oxusa, əlbəttə bu ayə onun tezliklə o məhəllədən xaric olmasına səbəb olar. "Rəbbəna əxricna min hazihil qəryətiz-zalimi əhluha, vəcəl-ləna minlədunkə vəliyyən, vəcəl-ləna min lədunkə nəsirən." (Nisa surəsi 75).
Hər zaman müəyyən məkanda bir şey itə, bu ayəni yazıb, yağış suyu ilə yusun, və sudan həmin yerə səpsin, əgər Allah istəsə o şey tapılar. "İnnallahə yəmurukum ən tuəddul-əmanati ila əhliha. Və iza həkəmtum bəynən-nasi ən təhkumu bilədl. İnnəllahə kanə səmiən bəsirən" (Nisa surəsi-58)
Çox danışanın sakitləşməsinə xatir, bu ayəni yazıb, ona bağlasanız, az danışar. "La yuhibbullahul cəhrə bissui, minəl qəvli illa mən zulimə, və kanəllahu səmiiən əlimmən". (Nisa surəsi 148).
Allah-taala buyurur: "La yuhibbul-lahil cəhrə bissui minəl qəvli illa mən zulimə və kanəllahu səmiiən əliimən". Yəni "Allah bir kəsin öz sözləri ilə başqasının pisliklərinin izhar olunmasını (açıqlanmasını) sevmir, məgər ki, o kəs zülmə məruz qalmış ola Allah eşidən və biləndir."
Bu ayəni çox danışan, xudbin və təkəbbürlü, öz danışığı ilə məğrur olan adamın müqabilində, (göz qabağında) yazmaq lazımdır. Əgər onun sakitləşməsini istəsən, bunu oxusan, az danışacaqdır. Və əgər bir kəs bu ayəni ceyran dərisinə yazsa, və özü ilə saxlasa, zalım yaxud Cabbar hakimin yanına getsə, ondan qorxarlar. Bu ayəni təkrar-təkrar oxusan cabbar (təkəbürlü) hakimin şərrindən amanda qalar, və ona heç bir zərər dəyməz.
Əgər bu ayəni müşk, zəfəran, və gülabla yazıb yağış suyu ilə yuyub, onu hakimin üstünə səpsən, ədaləti rəayət edib, doğuruluğa hökm edər.
Bu ayəni, paltarın bir parçasına (yaxasına), yazsınlar, o paltarı cümə axşamı kəsmək, və sonra onu acı dil arvadın evinin astanasında basdırmaq lazımdır. İnşaallah onun dili qısalar.


"Maidə” surəsinin fəziləti
 
1-Əbul Carud Həzrət Bağırdən (ə) nəql edir ki, imam buyurdu: Hər kəs Maidə surəsini cümə axşamı oxusa, imanı zülmlə qarışmaz və heç vaxt Allaha şərik qərar verməz.
2-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, hər kəs Maidə surəsini oxusa, Allah-taala yer üzünündəki bütün xiristianlar və yəhudilərin sayı qədər, ona muzd verər. Onun üçün on həsənə (savab) yazırlar, nameyi-əməlindən on günahı məhv olar, və on dərəcə yüksəyə qalxar. Əyyaşi öz mənbəsinə əsaslanaraq Əlidən (ə) nəql edib ki, Quranın bəzi ayələri bəzilərini nəsx (batil) edirdi. Onun icrası Peyğəmbərin əmri ilə idi, o vaxta qədər ki, Maidə surəsi nazil oldu və qabaqkı hökmlə bağlı olan ayələri nəsx etdi ancaq onun özündən bir şey nəsx olmadı. Bu surə nazil olan zaman Peyğəmbər bir qatıra minmişdi. Vəhyin ağırlığı o dərəcədə idi ki, qatırı hərəkət etməkdən saxladı və çox çəkmədi ki, onu yerə çökdürdü. Peyğəmbər elə bir hala düşdü ki, əlini Şeybət ibn Vəhəbin başına qoydu özünə gələnədən sonra Maidə surəsini bizə oxudu və biz hamımız ona əməl etdik.
Həmçinin əbi Həmzə Sumalidən nəql olunub ki, Maidə surəsi bütövlükdə, kamil surətdə nazil olunub, və onunla Maidə surəsi ilə birlikdə yetmiş min mələk yerə gəldilər.
Hər kəs sübh vaxtı bir söz danışmamışdan qabaq bu ayəni üç dəfə oxusa, həmin gün güman etmədiyi qədər ruzisi çoxalar. "Bismillahir-rəhmanir-rəhim. Rəbbəna ənzil ələyna Maidətən Minnəs-səmai, təkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə. Vərzuqna və əntə xəyrurraziqin. " (Maidə surəsi-114)
-Birinci gün sübh namazını qıldıqdan sonra dəstəmazlı halda iki rükət hacət namazı qılsın. Bu əməli qırx gün üzünü qibləyə tutub yüz dəfə salavat göndərsin və aşağıdakı ayəni (Maidə surəsi-114) əlli dəfə oxusun. Bu ayəni oxuduğu müddətdə heç kəslə danışmasın, işlərin fəth olunmasında bunun çoxlu təsiri vardır və təcrübə olunmuşdur. Amma ayənin məzmunu: "Rəbbəna ənzil ələyna Maidətən minəs-səmai, təkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə. Vərzuqna və əntə xəyrurraziqin" (Maidə-114)
-Hər kəs sübh yuxusundan ayıldıqdan, və heç bir söz danışmamışdan əvvəl aşağıdakı ayəni üç dəfə oxusa, o gündə onun ruzisi güman etmədiyi yerdən gələr. Ayə: "Bismillahir-rəhmanir-rəhim. Rəbbəna ənzil ələyna Maidətən minəs-səmai, təkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə. Vərzuqna və əntə xəyrur-raziqin."

Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 1424 | Downloads: 0 | Comments: 2 | Rating: 4.5/2
Total comments: 2
0  
2 GADİR   (2013-06-03 8:50 AM) [Daxil et]
Allah razi olsun
Allah-Təala  daimi gəlblərimizi düşüncələrimizi danişiğlarimizi baxişlarimizi
və əməllərimizi,xeyir bərəkəti olan bəndələri nura tərəf aparan
Qur`ani-Kərimlə bol edsin. AMİN !

+1  
1 AGAHUSEYN   (2013-05-31 12:01 PM) [Daxil et]
ALLAH razi olsun butun emeyi olanlardan smile

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]