Cümə günü, 2024-04-19, 7:22 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 6:50 PM

"Hud” surəsinin fəziləti
 
          
1-Fərvə Aciri Həzrət Baqirdən (ə) rəvayət edir ki, Həzrət buyurdu: Hər kəs həftədə bir dəfə Hud surəsini oxusa, Allah-taala Qiyamətdə onu Peyğəmbərlərlə birlikdə gətirər. O gün dünyada aludə olduğu günahları onun üçün yazmazlar.
2-Ubəyy ibn Kəb Allahın Rəsulundan (s.ə.v.v) rəvayət edib ki, Həzrət belə buyurdu: Hər kəs bu surəni oxusa, Həzrəti Nuha, Huda, Salehə, Şüeybə, Luta, İbrahimə və Musaya iman gətirənlərin yaxud onları təkzib edənlərin sayı qədər, ona on həsənə (savab) əta olunar. Qiyamət günü xoşbəxtlərdən olacaq. Səələbi öz sənədinə əsaslanaraq əbi Cuhəyfədən hədis nəql edib ki, Allahın Rəsuluna (s.ə.v.v) belə müraciət etdik. Qocalıq sizdə təsir qoymuşdur? Həzrət buyurdu: Bəli Hud və onun kimi surələr məni qocaltdı. Başqa bir rəvayətdə Əbubəkr də bu sözü Həzrətdən soruşmuşdu. Həzrət isə onun cavabında buyurmuşdu: Hud və onun kimi surələr, yəni "haqqə", "Vəqiə", "Əmmə yətəsaəlun" və "həl ətakə hədisul caşiyə" məni qocaltdı.
İmam Muhəmməd Baqir (ə) buyurdu: Hər kəs cümə günü bu surəni oxusa, Allah-taala onu Qiyamətdə Peyğəmbərlərlə məhşur edər, və onun hesabını asan edər ki, bir kəs onun günahından xəbərdar olmaz.
Hər kəs hacət üçün Hud surəsini on üç dəfə oxu.
Aşağıdakı ayəni yazıb maşına bağlasan, hər cür xətər və təhlükədən qorunarsan. Ayə: "Və qalərkəbu fiha bismillahi məcraha və mursaha innə rəbbi ləğəfurun rəhim" (Hud-41)


"İbrahim” və "Hicr” surələrinin fəziləti
 
1-Ənbə ibn Məsəbdən rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: hər kəs Həftədə bir dəfə namazının birinci və ikinci rükətində İbrahim və hicr surəsini oxusa, yoxsul ehtiyaclı dəli olmayıb, başqa bəlalara da giriftar olmaz.
2-İbn Əbi Kəb deyir ki, Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs İbrahim və hicr surəsini oxusa, bütləri sitayiş edənlərin və sitayiş etməyənlərin sayı qədər ona on savab verilər.
3-Übəyy ibn Kəb başqa bir rəvayətdə Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) belə nəql edib. Hər kəs Hicr surəsini oxusa Allah ona mühacir və Ənsarın və Məhəmmədi (s.ə.v.v) məsxərə edənlərin sayı qədər on həsənə (savab) verəcək
Deyirlər ki, hafizənin güclənməsinə xatir aşağıdakı ayəni qırx bir dəfə quru incilə oxuyub, gündə neçə ədəd ondan yesin. Ayə: "İnna nəhnu nəzzəlnəz-zikr və inna ləhu ləhafizun." (Hicr- 9)

"Rəd” surəsinin fəziləti
 
1-Hüseyn ibn Əbil Əladan rəvayət olunub ki, imam Sadiq (ə) buyurdu: Hər kəs Rəd surəsini çox oxusa, hərçənd Əhli-beytin düşmənlərindən olsa belə Allah onu dünyada ildırım vurmaqla həlak etməz. Əgər şiə qarilərindən (Quran oxuyanları) olsa, Allah onu hesab-kitabsız Behiştə daxil edər, ailəsinin mömin qardaşlarının və dostlarının barəsində etdiyi şəfaəti qəbul olunar.
2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, hər kəs Rəd surəsini oxusa ona on savab əta olunar ki, xilqətin (yaranışın) əvvələrindən Qiyamət gününə kimi yaranan buludlarla eyni səviyyədə olar. Qiyamət günündə o kəslərdəndirlər ki, onlar öz əhdlərinə vəfa etmişlər.
Şeyx Bəhaidən nəql olunub ki, qadınların hamilə olması üçün bu ayəni "Vələv ənnə Quranən suyyirətbihil cibalu, əv quttiət bihil ərzu, əv kullimə bihil məvta, bəllillahil əmru cəmiən." (Rəd 31).
Muqəttəə hərifləri ilə yazıb (vav, lam, vav, əlif, nun, qaf, ra, əlif, nun, əyn…) həyat yoldaşının böyrünə bağlasan, hamilə olar. (O dedi: bunu 900 qadına bu nüsxəni yazdım hamısı hamilə oldular).
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 1111 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]