Cümə günü, 2024-04-26, 2:35 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 6:46 PM

"Məryəm” surəsinin fəziləti
 
          
1-Əban ibn Osmandan nəql olunub ki, Həzrət Sadiq (ə) belə buyurudu: Hər kəs Məryəm surəsini oxumağı davam etdirsə, bu surə onu istədiyi şeylərdən, (candan, maldan, övladdan) ehtiyacsız etməyincə ölməz. Həmçinin axirətdə İsa ibn Məryəmin (ə) dostlarından olar, və o gün Həzrət Süleymanın (ə) dünyadakı səltənəti kimi səltənətəsahib olar.
2-Übəyy ibn Kəb İslamın əziz Peyğəmbərindən (s.ə.v.v) nəql edib ki, bu surəni oxuyan kəsə Zəkəriyyaya, Yəhyanı, Məryəmi (ə), İsanı (ə), Musanı (ə), Haruna (ə), İbrahimi (ə), İsahaqı (ə), Yəqubı (ə), İsmaili (ə) təsdiq və yaxud təkzib edənlərdən və həmçinin Allahdan övlad istəyib yaxud istəməyənlərin sayı qədər Allah on həsənə (savab) verər.
Hər kim bu surəni yazıb evidə saxlasa o evin xeyir-bərəkəti çoxalar. Bir kəs bu surəni yazıb suyunu içsə, heç vaxt qorxmaz.
Əgər bu surəni yazıb onu yuyub suyunu bir qızın üstünə töksələr, onun üçün həyat yoldaşı tapılar.
Məryəm və Fəth surəsini: Baş ağrısı və [miqren) üçün yazın.
Aşaağıdakı ayələri yazıb başınıza bağlasanız inşaallah ağrısı keçib gedər.
"Bismillahir-rəhmanir-rəhim. Kaf ha, ya, əyn, sad, zikru rəhməti rəbbikə Əbdəhu Zəkəriyya. İz nada rəbbəhu nidaən xəfiyyən. Qalə rəbbi inni vəhənəl əzmu minni vəştəələrrəsu şəybən və ləm əkum biduaikə rəbbi şəqiyyən." (Məryəm 1-4)
"Muhəmmədun rəsulullahi vəlləzinə məəu əşiddau ələl kuffari ruhəmau bəynəhum tərahum rukkəən succədən yəbtətunə fəzlən minəllahi və rizvanən, simahum fitvucuhihim min əsəris-sucudi zalikə məsəluhum fittovratı və məsəluhum fil incili kəzərin əxrəcə şətəhu fəəzərəhu fəstəğləzə fəstəva əla sutihi yucibuz zurraə liyəcizə bihimul kuffarə, vəədəllahul-ləzinə amənu və əmilussalihati minhum məğfirətən və əcrən əzimən." (Fəth-29)
2-İmam Əliyyən Nəqidən (ə) rəvayət olunub ki, baş ağrısı üçün bu ayəni qabdakı suya oxuyub içsin.
"Əvələm yərəlləzinə kəfəru innəs-səmavati vəl ərzə kanəta rətqən fəfətəqnahuma və cəəlna minəlmai kullə şəyin həyyin əfəla yuminun". (Ənbiya-30)
3-Bir rəvayətdə nəql olunub ki, bir şəxs Mərv (Xorasan) əhlindən imam Hadinin (ə) xidmətinə başağrısından şikayət etdi. Həzrət onu yanına çağırıb əlini onun başına sürtüb bu ayəni oxudu: "İnnəllahə yumşkus-səmavati vələrzə ən təzula, vələin zaləta in əmsəkəhuma min əhədin min bəədihi innəhu kanə həlimən ğəfurən." (Fatir-41)
4-İmam Məhəmməd Baqirdən (ə) nəql olunub ki, başağrısını müalicəsi aşağıdakı ayəni yazıb başınıza bağlasananız inşallah şifa taparsınız.
"Və kəlbuhum basitun ziraəyhi blvəsidi ləvittələtə ələyhim ləvəlləytə minhum firarən vələmuliət minhum rubən." (Kəhf-18).
5-Məkarimul-əxlaqda (kitabında) yazılıb ki, şəqiqənin (gicgahın) ağrısı üçün ibam (baş barmaq) və səbabə (işarə barmağı) barmağınla gicgahını möhkəm sıxıb bu ayələri oxu: "Fəmən kanə minkum mərizən əv bihi əzən min min rəsihi fəfidyətun min siyamin əv sədəqətin, və nusukin." (Bəqərə-196)
"Yədullahi fəvqə əydihim fəmən nəkəsə fəinnəma yənkusu əla nəfsihi və mən əvfa bima ahədə ələyhullahə fəsəyutihi əcrən əzimən" (Fəth-10) İskin səkəntukə ya vəcəəş-şəqiqəti billəzi səkənə ləhu ma filləyli vənnahari və huvəs-səmiul əlim."
6-Bu ayəni başınıza bağlayın: "Bismillahir-rəhmanir-rəhim. Rəbbəna la tuzii qulubəna bəədə izhədəytəna vəhəb lana minlədunkə rəhmətən innəkə əntəl vəhhab." (Ali-İmran-8)
7-Bu ayəni yazıb özündə saxla: "Ələm tərə ila rəbikə kəyfə məddəzzillə vələv şaə ləcəələhu sakinən summə cəəlnaş-şəmsə ələyhi dəlilən summə qəbəznahu iləyna qəbzən yəsirən." (Furqan-45-46)


"Taha” surəsinin fəziləti

          

1-İshaq ibn Əmmardan rəvayət olunub ki, oxumağı tərk etməyin, çünki Allah bir surəni, və onu oxuyanı sevir. Hər kəs bu surəni oxumağı davam etdirsə, Allah Qiyamət günündə onun əməllərini sağ əlinə verər. onun İslam dinindəki buyurulan əməllərindən çətin hesab çəkməz, və ona o qədər savab əta edər ki, axırda sevinər.
2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s) nəql edib ki, hər kəs bu surəni oxusa, Qiyamət günündə mühacir və Ənsarın savabı ona verilər.
Əbu hurəyrə deyir. Allahın Peyğəmbəri deyir. Allahın Peyğəmbəri buyurdu: Allah-taala Taha və Yasin surəsini Adəmin xilqətindən iki min ilə qabaq oxudu, Mələklər Quranın avazını eşidib dedilər: Quran onlara nazil olan ümmət, Quranı həml edən sinələr, Quranla danışan dillər xoşbəxtdirlər. Həsən deyir: Allahın Peyğəmbəri buyurdu: Beheşt əhli Yasin və Taha surəsindən başqa Quranın surələrini tilavət etməzlər (oxumazlar).
Günəş çıxanda bu surəni oxumaqla ona təzə ruzi kəramət olunar. Bir kəs bu surəni yazıb özündə saxlasa, hər hacəti ardınca getsə, qəbul olunar, və hər kimdən elçilik etsə müsbət cavab verərlər.
Hər kim iki nəfərin arasında sülh etmək istəsə, bu surəni oxusun, sözünü hər iki tərəf qəbul edər.
Ağızda hər cür ağrıya görə bu ayələri yazıb özündə saxlasın.
"Bismillahir-rəhmanir-rəhim Ta-ha ma ənzəlna ələykəl Quranə litəşqa. illa təzkirətən limən yəxşa. Tənzilən mimmən xələqəl ərzə vəssəmavatil ula. Ərrəhmanu ələl ərşistəva" (Taha-1-5)
Sinə ağrısı üçün ayəni üç dəfə qabdakı suya oxuyub içsin və bir qədər də sinəsinə sürtsün.
"Rəbbişrəhli sədri və yəssir li əmri vəhlul uqdətən min lisani yəfqəhu qəvli." (Taha-25-28)
Bu ayəni torpağa oxusun, yaranın üzərinə töksün, və sonra yaraya oxuyub piləsin, inşaallah sağalar.
"Minha xələqnakum və fiha nuidukum və minha nuxricukum tarrətən uxra" (Taha-55)
Zigili və keçəlliyi dəf edib onu müalicə etmək barəsində Əli ibn Nomandan belə nəql olunub. Bir gün imam Rzanın (ə) xidmətinə gedib dedim ki, bədənimdə çoxlu zigil var və elə buna gör qəmginəm.
Həzrət buyurdu: Hər bir zigil üçün yeddi buğda götür və buğdanın hər birinə Vaqiə surəsinin başlanğından yeddi dəfə oxu "İza vəqəətil vaqiəti. Ləysə livəətiha Kazibətun Xafizətun rafiətun. İza ruccətil ərzu rəccən. Və bussətil cibalu bəssən. Fəkanət həbəən munbəsən (Vaqiə-1-6) Sonra onun ardınca aşağıdakı ayəni yeddi dəfə "Və yəsəlunəkə ənil cibali fəqul yənsifuha rəbbi nəfsən fəyəzəruha qaən səfsəfən latəra fiha ivəcən vəla əmtən." (Taha 105-107)
İflicin müalicəsi üçün aşağıdakı ayəni yazıb özünüzdə saxlayın və ayəni bir dəfə iflic olan üzvə oxuyun.
"Bismillahir-rəhmanir-rəhim. Yəmhullahə ma yəşau və yubitu və indəhu ummul kitab (Rəd-39)
"Əlhəmdu lillahi fatiri s-səmavati vələrzi cailil məlaikəti rusulən ulii əcnihətən məsna və sulasə, və rubaə." (Fatir-1) bağladım (filan ibn filan) xəstənin adı və anasının adı.


"Ənbiya” surəsinin fəziləti
 
          
1-Fəzl ibn Rəssandan rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs Ənbiya surəsini həvəslə oxusa, əbədi Behiştdə Peyğəmbərlərlə birlikdə olacaq. yaşadığı müddətdə xalqın nəzərində hörmətli və əzəmətli olar.
2-Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Allah Ənbiya surəsini oxuyan kəsdən asanlıqla hesab çəkər, onu bağışlayıb və Quranda adı olan Peyğəmbərlər ona salam deyərlər.
Hər cür xəstəlik və yaxud fikrin pərişanlıq yaxud da yuxusuzluq üçün bu ay əni yazıb özündə saxlayın: "Vəzənnuni iz zəhəbə mucazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fizzulumati ən la ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin." (Ənbiya-87).
Qızdırmanı müalicə etmək üçün bu ayələri yazıb özündə saxlasın.
"Ya naru kuni bərdən və səlamən əla İbrahimə və əradu bihi kəydən fəcəəlnahumul əxsərin." (Ənbiya-69-70)
Taha və Ənbiya: Xora (cozan) xəstəliyinin müalicəsi üçün bu ayələri yazıb özündə saxlayın.
"İnnəhu mən yəti rəbbuhu mucrimən fəinnə ləhu cəhənnəmə layəmutu fiha və la yəhya. Və mən yətihi muminən qəd əmiləs-salihati fəulaikə ləhumud-dərəcatul-ulya". (Taha-74-75) "Kullu nəfsin zaiqətul məvti və nəblukum bişşərri vəlxəyri fitnətən və iləyna turcəun". (Ənbiya-35)
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 1293 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]