Çərşənbə günü, 2024-04-24, 7:51 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 6:44 PM

"Həcc” surəsinin fəziləti
 
          
1-Surət ibn Kuləybin atasından rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Bir kəs hər üç gündə həcc surəsini oxusa, bir il keçməz ki, Allahın evinin (Kəbə) ziyarəti ona nəsib olar, və Həccə yola düşər. Əgər bu səfərdə dünyadan getsə, (vəfat etsə) onu birbaşa Behiştə apararlar. Ravi (rəvayət edən) deyir: Söylədim əgər bu kişi müxalifətlərdən olsa, onunla nə edəcəklər? Həzrət buyurdu: Əzabını yüngülləşdirəcəklər.
2-Allahın Peyğəmbəri (s.ə.v.v) buyurdu: Hər kəs Həcc surəsini oxusa, bütün Həcc və ömrə edənlərin, keçmişdə və gələcəkdə ömrə ziyarəti edənlərin, savabı ona veriləcək.
İşlərin sonundan xəbərdar olmaq üçün bu ayəni 201-dəfə oxusun və yatsın.
"Ələm təələm ənnəllahə yəələmu ma fissəmai vələrzi innə zalikə fikitabin innə zalikə ələllahi yəsirun" (Həcc-70)

"Möminun” surəsinin fəziləti

          
1-Hüseyn ibn Übəyyil Əla rəvayət olunub ki, imam Cəfər Sadiq (ə) belə buyurdu: Hər kəs Muminun surəsini oxusa, Allah onun ömrünü səadət və xoşbəxtliklə sona çatdırar. Əgər bir kəs bu surəni oxumağı davam etdirsə, Allahın göndərdikləri və Peyğəmbərlərlə birlikdə Əəlada olacaqdır.
2-Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Mələklər bu surəni oxuyan kəsə, Qiyamət günündə ruh və reyhanla, və göz aydınlığına səbəb olan şeyləri bəşarət verərlər.
Həlakətdən nicat tapmaq üçün (ancaq zərur işlərdə) 140 dəfə oxuyun. Əgər onu gecə yazıb ipək parçada başına qoysa, (fasiqlik) həvəsi qəlbindən gedər, və şərabı tərk edər.
Rəvayətlərin birində yazılıb ki, Əbdullah Məsud günlərin birində xəstə yanına gedib, bu ayəni "Əfəhəsibtum ənnəma xələqnakum əbəsən və ənnəkum iləyna laturcəun. Fətəallahul məlikul həqqu la ilahə illa huvə rəbbul ərşil Kərim. Vəmən yədu məəllahi ilahən axirə la burhanə ləhu bihi fəinnəma hisabuhu ində rəbbihi innəhu la yuflihul kafirun. Və qul rəbbiğfir vərhəm və əntə xəyrur-rahimin." (Muminin 115-118) onun qulağına oxudu və tezliklə şifa tapdı. Bu xəbəri Allahın Rəsulunun hüzuruna çatdırdılar. Həzrət Əbdullaha dedi: xəstənin qulağına nə oxudun? o dedi: Filan ayəni (Muminun-115-118). Həzrət buyurdu: Bəli, doğrudur, canım əlində olan Allaha and olsun. Əgər bu ayəni sidq ürəkdən və yəqinliklə dağa oxunsa, dağ yerindən qopar.
Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql olunub ki, hər kəs muminun surəsini cümə günündə oxuya, və bu işi davam etdirə, onun mənzili Firdovs Əlada olar. Sonra yenə də buyurdu: Bu surənin əvvəli və sonu Behiştin qiymətli cəvahiratlarındandır.
 
"Nur” surəsinin fəziləti
          
1-İbn Məskandan rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Namus və malınızı Nur surəsini oxumaqla qoruyun. Həmçinin öz xanımlarınızı onunla qoruyun, çünki, bir kəs bu surəni hər gün yaxud hər gecə oxumağa davam etdirsə, ölənə qədər öz ailəsindən heç bir kəs iffətsizliyə (əxlaqsızlığa) düçar olmaz, Dünyadan gedəndə yetmiş min Mələk onu qəbrinə qədər müşayiət edər, hamısı onun üçün dua edib bağışlanmaq tələb edərlər, sonra onu qəbrə qoyarlar. (Yusif surəsinin 12-ci ayəsinə müraciət edin).
2-Allahun Rəsulu (s.ə.v.v) buyurdu: Allah Nur surəsini oxuyan kəsə keçmişdəki və gələcəkdəki möminlərin hamısının əcri qədər həsənə (savab) verər.
Hakim Əbu Əbdullah öz səhihində Ayişədən nəql edir ki, Nəbiyyi-Əkrəm (s.ə.v.v) belə buyurdu: Xanımlarınızı evlərdə bekar saxlamayın, bəlkə toxuculuğu və Nur surəsini onlara öyrədin.
Hər kəs Nur sursini yazıb yatanda onu başına altına qoysa, həmin gecə möhtəlim (cunub) olmaz.
Əgər Nur surəsini yazıb yuyub onun suyunu gözünüzə sürtsəniz, qaranlıq və zəifliyi aradan gedər.
"Əllahu nurus-səmavati vələrzi məsəlu nurihi kəmişqati fiha misbahunil misbahu fizucacətin-əzzucacətu kəənnəha kəvkəbun durriyyun yuqədu min şəcərətin mübarəkətin zeytunətin la şərqiyyətin vəla ğərbiyyətin yəkadu zəytuha yuziu vələv ləm təmsəshu narun. Nurun əla nurin yəhdillahu linurihi mən yəşau. Və yəzribullahul əmsalə linnasi, vəllahu bikulli şəyin Əlim" (Nur –35)
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 1133 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]