Cümə axşamı, 2024-04-25, 9:41 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 10:47 AM

"Furqan” surəsinin fəziləti

          
1-İshaq ibn Əmmardan rəvayət olunub ki, Musa ibn Cəfər (ə) ona belə buyurdu: Ey Əmmarın oğlu! "Təbarəkəl-ləzi nəzzələl Furqanə əla əbdihi" ni tərk etmə. Çünki bir kəs bu surəni hər gecə oxusa, Allah heç vaxt onu əzab etməz, və ondan çox hesab çəkməz. Onun yeri Firdovs əlada olacaqdır.
Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, hər kəs bu surəni oxusa, Allah-taala Qiyamətdə onu mömin, müvəhhid və yenidən diriləcəyiini təsdiq edən halda Behiştə aparar.
Hər kəs bu surəni gecə yaxud gündüz oxusa, onun ailəsi heç vaxt əxlaqsızlığa yönəlməz. Öləndən sonra yetmiş min onu müşayiət edər, və onların hamısı onun üçün dua edib bağışlanmaq tələb edərlər, sonra ona qəbrə qoyarlar.
Bir kəs gündəlik namazlarında şam namazın qılandan sonra "İza vəqəətil vaqiə " surəsini, sübh namazını qıl-andan sonra "Yasin" surəsini, Zöhr namazını qılandan "Nəbə" surəsini, və əsr namazını qılandan sonra "Fəth" surəsini oxusa, Həcəti qəbul olar,
Təngnəfəsi (astma yaxud alergiya) müalicə etmək üçün bu ayəni oxuyun:
"Bismillahir-rəhmanir-rəhim. Təbarəkəlləzi in şaə cəələ ləkə xəyrən min zalikə cənnatin təcri min təhtihəl ənharu və yəcəl ləkə qusurən." (Furqan-10).


"Şuəra” surəsinin fəziləti
 
          
Allahın Peyğəmbəri (s.ə.v.v) buyurdu: Bir kəs Şuəra surəsini oxusa, onun əcri on həsənə miqdarında olacaq, hər bir həsənə Həzrət Nuhu, Hudu, Şüeybi, Salehi, və İbrahimi təsdiq və təkzib edənlərin, və Həzrət İsanı təkzib edənlərin, və Həzrət Məhəmmədi (s.ə.v.v) təsdiq edənlərin sayı qədərdir.
Əbi Bəsirdən rəvayət olunub ki, imam Cəfər Sadiq belə (ə) belə buyurdu: Hər kəs bu üç [ta-sin]-ni (Şuəra, Nəml, Qəsəs) cümə axşamı oxusa, Allahın dostlarından və övliyalarından olar. Dünyada heç vaxt çətinlik çəkməz. Beheşt nemətlərindən o qədər ona verərlər ki, çox razı qalar. Allah Beheşt hurilərindən yüz hurini onunla evləndirər.
İbn Abbas deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Allah mənə Tövratın əvəzinə yeddi böyük surəni nazil etdi. Onlar ibarətdir: Bəqərə-Ali İmran-Nisa-Maidə-ənam-Əraf Ənfaldan, Taha və Təvasin (Şuəra, Nəml, Qəsəs) sursini Zəburun əvəzinə mənə nazil etdi, və sair….
Dərdə olan ağ-qara ləkələri müalicə etmək üçün bu ayələri ləkələrin üzərinə yazın:
"Və in min şəyin illa indəna xəzinuhu vəma nunəzzinhu illa biqədərin məlum" (Hicr-21) "Qalə həl yəsməunəkum iz tədunə əv yənfəunəkum əv yəzurrun." (Şuəra73).


"Nəml” surəsinin fəziləti
 
          
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs ta-sin Süleymanı oxusa, Həzrət Süleymanı, Hudu, Şüeybi, Salehi, İbrahimi təsdiq və təkzib edənlərin sayı qədər həsənat əcr alar. Qəbirdən çıxanda "la ilahə illəllah" deyər.
Hər kəs bu surəni ozxusa, heç vaxt onu aldatmazlar.
Bir kəslə dostluq etmək istəyirsənsə, və necəki, bir saat belə onsuz şadlanmırsansa, aşağıdakı ayəni yeməli şeyə üfürüb ona yedizdir. "Bismillahir-rəhmanir-rəhim. Əlla təlu ələyyə vətuni musliminə." (Nəml-31) "Ləvla ən rəbətna əla qəlbiha litəkunə minəl muminin." (Qəsəs-10).
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 942 | Downloads: 0 | Rating: 3.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]