Çərşənbə axşamı, 2024-04-23, 4:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 10:45 AM


"Qəsəs” surəsinin fəziləti
 
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Qəsəs surəsini oxusa, Həzrəti Musanı (ə) təsdiq və təkzib edənlərin sayı qədər ona həsənə verilər. Yer və səmada ona şəhadət verməyən bir mələk qalmaz. Onlar deyərlər ki, doğrusu o deyərdi Allahın zatından başqa bütün mövcudat məhv olacaqdır.
Hər dərdi olan bu surəni yazıb özündə saxlasa, Allahın izni ilə şifa tapar.

"Ənkəbut” surəsinin fəziləti
 
Əbi Bəsirdən rəvayət olunub ki, imam Cəfər Sadiq (ə) belə buyurdu: Hər kəs mübarək Ramazan ayının iyirmi üçüncü gecəsi Ənkəbut və Rum surəsini oxusa, Allaha and olsun Beheşt əhlindən olacaqdır. Heç vaxt bir kəsi bu hökmdən istisna etmərik. Bu anda Allahın mənə bir günah yazacağından qorxmuram. Həqiqətən Allah yanındabu iki surə uca məqama malikdir.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bu surəni oxuyan kəsə yerdə və səmada pərvərdigarına təsbih deməyə məşğul olan mələklərdən on dəfə çox əcr verilər. Bu surəni oxuduğu gecə və gündüz əgər ondan bir savab iş əldən çıxsa, yenədə ona veriləcək.
Haris həmədani deyir: Əmirəlmöminin (ə) buyurdu: Hər kəs şəfəq batanda bu ayəni "Fəsubhanəllahi hinə tumsunə və hinə tusbihunə, vələhul həmdu fissəmavati vəl ərzi və əşiyyən, və hinə tuzhurun." (Rum-17-180) üç dəfə oxusa, o gecə xeyir işlər əlindən çıxmaz, və bütün pisliklər ondan uzaqlaşar. Hər kəs sübh vaxtı deyilən ayəni üç dəfə oxusa, həmin gün o heç bir şey itirməz, və bütün şərr işlər ondan uzaqlaşar.
Allahın Rəsulundan (s ə v v) rəvayət olunub ki, hər kəs sübh və şam vaxtı bu ayəni oxusa, həmin gün yaxud həmin gecə vaxtında qıla bilmədiyi ibadətlərin yerini doldurar.
Həmçinin bu ayəni gündəlik vacibi namazlardan sonra oxumaqla yağışın damcıları ağacların yarpaqları, yer üzündəki torpağın sayı qədər, ona həsənat yazılar.
Ayə: "Fəsubhanəllahi hinə tumsunə və hinə tusbihun. Və ləhul həmdu fissəmavati vələrzi və əşiyyən və hinə tuzhirun. Yuxricul həyyə minəl məyyiti və yuxricul məyyitə minəl həyyi və yuhyil ərzə bəədə məvtiha və kazalikə tuxrəcun." (Rum-17-18-19).

"Loğman” surəsinin fəziləti
 
          
1-İmam Baqir (ə) buyurdu: Bir kəs hər gecə Loğman surəsini oxusa, Allah-taala o gecə onu sübhə qədər iblisin və onun qoşununun şərrindən qorumaq üçün mələklər göndərər. Əgər bu surəni gündüz oxusa, həmin gün şəfəq batana qədər mələklər onu şeytanların şərrindən qoruyar.
2-Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bir kəs Loğman surəsini oxusa, Qiyamətdə Həzrət Loğman onunla dost olar. Ona yaxşılığa əməl etmiş və pisliklərdən qorunmuş kəsin savabından on dörd dəfə çox savab verilər.
Xəvassul Quran kitabında yazılıb ki, hər kəs Loğman surəsini yazıb hakimin mənzilində qoysa, həmin il hakimiyyətdən endirilər. Bir kəs bu surəni yazıb özündə saxlasa, şəqiqədən (gicgahın ağrısından) və qızdırmadan sağalar.
İbn Abbasdan nəql olunub ki, hər kəsin qulaq ağrısı vardırsa;
1-Aşağıdakı ayəni oxumağı davam etdirsin.
"Fəmən yəstəmi ilanə yəcid ləhu şibahən rəsədən." (Cin-9) və ondan soanra desin:
2-Bir şəxs imam Məhəmməd Baqirin (ə) hüzurunda qulağının ağır eşitməsindən şikayət etdi: İmam ona buyurdu: Əlini qulağına çək və bu ayələri oxu: "Ləv ənzəlna hazəl Quranə əla cəbəlin lərə əytəhu xaşiən mutəsəddiən min xəsiyətillah, və tilkəl əmsalu nəzribuha linnasi ləəlləhum yətəfəkkərun."
"Huvəllahulləzi la ilahə illa huvə alimul-ğəybi vəşşəhadəti, huvər-rəhmanir-rəhim. Huvəllahulləzi la ilahə illa huvəl məlikul quddusus-səlamul muminul muhəy minul əzizul cəbbarul mutəkəbbiru, Subhanəllahi, əmma yuşrikunə. Huvəllahul xaliqul bariul musəvviru ləhul əsmaul husna. Yusəbbihu ləhu mafissəmavati vələrzi və huvəl əzizul həkim." (Həsir-21-24)
3-Qulağına tut və aşağıdakı ayəni üç dəfə oxu:
"Minha xələqnakum və fiha nundukum və minha nuxricikum tarrət ən uxra." (Taha-55)
4-Bu ayəni özundə saxlasın.
"Və iza Quriəl Quranu fəstəmiun ləhu və ənsitu ləəlləkum turhəmun." (Əraf-204) "Kəənnə ləm yəsməəha kəənnə fiuzunəyhi vəqrən, fəbəşirhu biəzabin əlim." (Loğman-7).
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 896 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]