Cümə günü, 2024-03-29, 12:49 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 10:40 AM


"Fatir” surəsinin fəziləti
 
          
Übeyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs Məlaikə surəsini (Fatir) surəsini, oxusa Qiyamət günündə Behiştin qapılarında üçü onu çağırar ki, bu üç qapının hansı birisindən istəyirsən daxil ol.
Çoxlu dua kitablarında yazılıb ki, hər kəs yatan zaman bu ayəni "İnnəllahə yəmsukum-səmavati vəl ərzə ən təzulən, vələin zaləta in əmsəkəhuma min əhədin min bəədihi, İnnəhu kanə həlimən ğəfura." (Fatir-14). oxusa, binanın onun üzərinə tökülməsindən amanda qalar.
Çoxlu kitablarda o cümlədən Şeyx İbrahim Kəfhəminin Misbah kitabında qeyd olunub ki, bu surənin 41-ci ayəsini sona kimi oxuyandan (İnnallahə yəmsuku) sonra bunu "Səlli əla Muhəmmədin və ali Muhəmməd və əmsik ənnəssui innəkə əla Kulli şəyin qədir." əlavə etsə, onun evi Allahın amanında qalıb uçmaz.


"Yasin” surəsinin fəziləti
 
          
1-Əbi Bəsirdən rəvayət olunub ki, Həzrət Sadiq (ə) belə buyurdu: Həqiqətdə hər bir şeyin qəlbi vardır. Quranın qəlbi isə Yasin surəsidir. Hər kəs bu surəni gündüz oxusa, həmin gün şam vaxtına qədər qorunmuş və bəhrə aparmışlardan olar.
Bu surəni gecə yatmazdan qabaq oxuyan kəs qovulmuş şeytanın şərrindən qorunmaq üçün Allah min mələyi göndərər. Əgər o həmin gün vəfat etsə, Allah onu Behiştə daxil edər. Qüsl verilən zaman otuz min mələk onun ətrafında dövrə vurar və ona bağışlanmaq tələb edib, onu istiğfar etməklə qəbrin kənarına qədər müşayiət edərlər. Onu qəbirə qoyanda mələklərin bir dəstəsi onun yanında qalıb, Allaha ibadət edər və onun savabını o şəxsə hədiyyə edərlər. Onun qəbrini göz işlədikcə genişlən-dirərlər, və onu qəbrin sıxıntısından amanda saxlayarlar. Həmişə onun qəbrindən Ənam səmaya qədər nur saçar. Nəhayət Allah onu qəbrindən çıxarar. Allah onu məşhur edəndə (qaldıranda) Mələklər onunla birlikdə olub, onu bədrəqə edər onunla söhbət edib, üzünə təbəssüm edərlər. Axırda onu sirat körpüsndən və mizan-tərəzidən keçirərlər. Onu elə bir məqama və mənzilətə çatdırarlar ki, Allahın müqərrəb mələklərindən başqa heç bir məxluq nail ola bilməz. O Peyğəmbərlərlə birlikdə orada Allahın yanında dayanarlar. Qəm çəkənlərlə qəmlənməz, qüssə çəkənlərlə qüssələnməz, ağlayanlarla, ağlamaz. O, zaman Allah təbarək taala deyər: Ey mənim bəndəm hər kimə istəyirsən şəfaət et. Çünki hamısının şəfaətini qəbul edəcəyəm. Hacət istə, çünki hər nəyi istəsən sənə verəcəyəm. Nəhayət o öz hacətini Allahdan istəyəcək və qəbul olunacaq, şəfaət etsə, qəbul olunacaq. Onun hesabını başqaları kimi çəkməzlər, orada başqaları kimi saxlanılmayacaq. Zəlil və xar olmuşlar kimi xar olmayacaq. Ondan baş vermiş pis əməllərin və günahların cəzasına giriftar olamayacaq, onu bəraət qazandırıb, azadlığını ona verərlər, sonra Allahın dərgahından başı uca çıxarlar. Bütün camaat təcübblə deyərlər. "Sübhənəllah" bu bəndənin hətta bir günahı belə yoxdur, və onu Həzrət Məhəmməd (s.ə.v.v) həmdəmlərindən olacaqdır.
2-Cabir ibn Cəfidən rəvayət olunub ki, imam Baqir (ə) belə buyurdu: Hər kəs ömründə bir dəfə Yasin surəsini oxusa, Allah bu dünyada yaratdıqlarının və o biri dünyadakıların və səmada olan şeylərin hamısının hər birisinin sayı qədər, iki min həsənə onun nameyi əməlində yazacaqdır, və həmin qədər də günahlarından keçəcəkdir. O heç vaxt kasıblıq və ziyan çəkməyib, borclu və evsiz-eşiksiz qalmaz, bədbəxtlik, dəlilik görməz, vasvaslığa, iradəsizliyə, və müxtəlif zərər verici xora xəstəliklərə mübtəla olmaz. Allah-taala ölümün çətinliyini onun üçün asanlaşdırar, və özü onu qəbz ruh edər. O elə bir şəxslərdəndir ki, Allah onun yaxşı yaşamasını öz öhdəsinə almış, ölüm anlarında onun xoşhal olmasına zamin durmuş, axirətdə də onu sevindirəcəyinə zəsanət vermişdir. Sonra Allah göyün və yerin mələklərinə xitab edib buyurar: Mən bu bəndədən razıyam, elə isə onun üçün bağışlanmaq tələb edin.
Übəyy ibn Kəb [Məsumların (ə) buyurduğlarına əsaslanaraq] deyir: Hər kəs Allaha xatir Yasin surəsini oxusa, Allah ona Quranı on iki dəfə oxumuş kəsin əcrini verər. Xəstənin yanında Yasin surəsini oxusa, onun hər bir hərfinə on mələk nazil olar ki, qarşısında cərgə ilə dayanıb onun üçün bağışlanmaq tələb edərlər, və onu qəbz ruh edəndə yanına gələrlər. Onun cənazəsini dəfn etmək üçün hazırlayıb (Qüsl-kəfən edib) ona namaz qılıb dəfn mərsasimində iştirak edərlər. Hər xəstə onu (Yasin surəsini) oxusa, yaxud onun yanında bu surə oxunsa, rizvan (Behiştin xəzinədarı, bir qabda Behiştdən gətirdiyi suyu ona içirdər. O nə qədər xəstə yatırsa, onu içər və doyub vəfat edər. Doyan halda qaldırılar, daha peyğəmbərlərin hovuzlarına ehtiyacı olmaz, nəhayət Behiştə daxil olub sirab olar.
Əbu Bəkr dən (s.ə.v.v) nəql edir ki, Həzrət buyurdu: Yasin surəsi Tovratda "moməh" oxunur. Dedilər; Moməh nədir? Buyurdu: Onun sahibini dünya və axirət xeyri əhatə edər. Bu surə səbəbi nəticəsində o dünyadan bəlasına dözər, və bu surə axirət qorxusu dəf edər. Ona müdafiə və Qaziyə də deyərlər, çünki sahibindən (onu oxuyan) hər cür uzaqlaşdırar. Hər bir hacətini (istəyini) qəbul etdirər. Hər onu oxusa, onun üçün iyirmi Həccin savabı yazılar. Hər kəs onun oxunuşuna qulaq assa, onun üçün min dinar Allah yolunda verən şəxsin savabı yazılar. Bir kəs onu (Yasin surəsini) yazıb onun suyunu içsə, onunla min dərman, min nur, min yəqin, min bərəkət, min rəhmət onun qarnına daxil olar, və hər cür xəstəlik dən (s.ə.v.v) nəql edir ki, Həzrət belə buyurdu: Əlbəttə hər bir şeyin qəlbi vardır, Quranın qəlbi isə Yasin surəsidir. Yenədə Ənas İslam Peyğəmbərindən (s.ə.v.v) nəql edir ki, Həzrət buyurdu: Bir kəs qəbiristana daxil olsa, və orada Yasin surəsini oxusa, Allah-taala həmin gün onların (qəbiristan əhlinin ) əvbını azaldar, və onu oxuyan üçün oradakı ölülərin sayı qədər həsənat yazılar. Əbu Bəsir imam Sadiqdən (ə) rəvayət edib ki, Həzrət belə buyurdu: Əlbəttə hər bir şeyin qəlbi vardır, və Quranın qəlbi isə Yasin surəsidir. Beləliklə hər kəs bu surəni gündüz oxusa, həmin gün axşama qədər hafizlərdən olar. Hər kəs onu gecə yatmazdan əvvəl oxusa, Allah onu çirkin şeytanın afətlərindən qorumaq üçün min mələyi məmur edər. Əgər yatdığı vaxt vəfat etsə, Allah onu Behiştə daxil edər. Otuz min mələk ona qüsl veriləndə hazır olarlar, onun üçün bağışlanmaq istəyər, və onu qəbrinə qoyub, qəbrində Allaha ibadət edər, və savabını ona verərlər. Qəbri göz işlədikcə genişlənər, sıxıntısından amanda qalar, həmişə onun qəbrindən səmaya kimi nur saçar. Nəhayət Allah onu qəbrindən çıxardar (qaldırar). Necəki o qəbrindən çıxdı Mələklər həmişə onun yanında olub, onu müşayiət edərlər. Onunla söhbət edib, üzünə təbəssüm edər, və onu hər bir xeyrə müædə verərlər.
İmam Sadiq (ə) buyurdu: Allahın Rəsulu (s.ə.v.v) üçün Quranda on iki ad qeyd olunub ki, onun beşi bu surətdə yazılıb: Məhəmməd Əhməd-Əbdullah, Yasin-Nun.
İnsanın asan can verməsinə kömək edən amil yeddi şeydən ibarətdir. Onlardan biri Yasin surəsidir.
Bəyənilmiş işlərdən biri də odur ki, Şəban ayının on beşi axşamı üç dəfə mübarək Yasin surəsini oxuyasan, onun birini yaşamaq, birini isə sağlamlıq məqsədilə oxusun, hər kəs bu ayəni özündə saxlasa, heç vaxt birinə möhtac olmayıb zalımın əlində giriftar olmaz.
"Hum və əzvacuhum fizilalin ələl əraiki muttəkiun" (Yasin56) Çahar şənbə (üçüncü gün) günündən başlayıb on beş gün müddətində hər gün 818 dəfə bu ayəni oxusun, muradının hasil olması üçün təsirlidir. "Səlamun qəvlən min rəbbin rəhim." (Yasin-58).
Bu ayəni oxumağı davam etdirmək 1000 Quran xətmi kimidir. "Vəmtazul yəvmə əyyuhəl mucrimun." (Yasin-59).
Fəqirliyi (yoxsulluğu) aradan qaldırmaq üçün hər sübh bu ayəni oxuyun: "Və mən nuəmmirhu nunəkkisihu filxəlqi əfala yə‎qilun" (Yasin-68).
Vəfat etmiş şəxsin kəfəninə bu ayəni yazsanız, o gor əzabından nicat tapar. "Fəla yəstətiunə təvsiyətən vəla ila əhlihim yərciun. Və nufixə fissuri fəizahum minəl əcdasi ila rəbbihim yənsilun. Qalu ya vəyləna mən bəəsəna min mərqədina haza mavəədər-rəhmanu və sədəqəl mursəlun. İn kanət illa səyhətən vahidətən fəizahum cəmiun lədəyna muhzərun." (Yasin-50-53).
Hər kəs hacət niyyəti ilə aşağıdakı ayəni yeddi dəfə oxusa, hacəti qəbul olunar. "Ləş-şəmsu yənbəği ləha ən tudrikəl qəmərə vələlləylu Sabiqin-nəhari və kullun fi fələkin yəsbəhun." (Yasin-40).
Aşağıdakı ayəni üç gecə və hər gecədə otuz dəfə Peyğəmbəri yuxuda görər. "Və xələqna ləhum min mislihi ma yərkəbun" (Yasin-42).
Mal mənal (dükan kimi) dövlət qazanmaq istəyirsə, pəncşənbə (dördüncü) günü iki rükət namaz qılıb sonra Yasin surəsini oxusun, bu əməli üç gün təkrar etsin. Çox təcrübə olunub.


"Saffat” surəsinin fəziləti
 
          
Həsən ibn Übəyyil Əladan nəql olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs cümə günləri Saffat surəsini oxusa, həmişə bütün xətalardan amanda qalar, bu dünyada hər cür giriftarçılıqdan və müsibətdən qorunmuş olar, Ruzinin bolluğundan tamamilə faydalanar. Allah onu qovulmuş Şeytanın və yaxud zülmkarın şərrindən giriftar etməz.
Əgər həmin gün və yaxud gecə vəfat etsə, Allah onu şəhidlərlə qaldırar, şəhid öldürər, onlarla birlikdə məqam və dərəcədə Behiştə daxil edər.
Übəyy ibn Kəb deyir: Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bir kəs Saffat surəsini oxusa, Allah ona on həsənə əta edər, onu bütün cinlərdən şeytanlardan və şirkdən uzaq edər, və iki qoruyucu mələk Qiyamət günündə onun Peyğəmbərlərə iman gətidiyinə şəhadət verərlər.
Hər kəs bu surəni yazıb yusa, və o su ilə qüsl etsə, ağrıları sağalar.
Əgər gözdə çiçək xəstəliyi olsa, aşağıdakı ayəni bir qədər pak buğdaya yaxud duza oxusun və suya töksün, inşaallah çiçəyi (xəstəliyi) sağalar. "Fəinnəma hiyə zəcrətun vahidətun" (Saffat-19) "Fəkəşəfna ənkə citaəkə fəbəsərukəl yəvmə hədid." (Qaf-22) "Əvla ləkə fəəvla əyəhsəbul insanu ən yutrəkə sudən. Ələm yəku nutfətən min məniyyin yumna." (Qiyamət-35-37) sudan gözünə sürtsün, sonra oxusun. "Və yursilun-səmaiqə fəyusibu biha mən yəşau vəhum yucadilunə fillahi və huvə şədidul mihal." (Rədd-13).
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 1237 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]