Şənbə günü, 2024-04-20, 6:26 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 10:38 AM

"Sad” surəsinin fəziləti
 
          
Cyübəyr Əzrəmidən nəql olunub ki, imam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs cümə axşamı Sad surəsini oxusa, dünya və axirət xeyrindən o qədər ona verilər ki, Mürsəl Peyğəmbərlərdən və müqərrəb mələklərdən başqa heç bir insana verilməyib. Allah onu və ailəsindən hər kəsi istəsə, hətta ona xidmət etmiş qulluqçusu, onun əhli-əyalından olmamağına baxmayaraq, onları şəfaət etməyə icazəsi vardırsa, Behiştə daxil edər.
Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, həzrət belə buyurdu: Hər kəs Sad sursini oxusa, Allah Davud (ə) üçün ram etdiyi dağlar ağırlığında ona həsənat verər. Onu kiçik və böyük günah etməkdən saxlayar.
Su quyusu qazan zaman bu ayəni çox oxusa, quyunun suyu artar. "Urkuz biriclikə haza muğtəsəlun baridun və şərabun." (Sad-42).
Sad və Bələd: (surələri). Parkisun (sifətdə olan xəstəlik, ağzın və çənənin əyilməsi) üçün bu ayələri yaxıb suya salsın, sonra o su ilə üzünü yusun. "Fəsəxxərna ləhur-rihə təcri biəmrihi bənnain və cəvvasin. Və axərinə Muqərrəbinə filəsfad. Haza ətauna fəmunun əv əmsik biğəyri hisab:" (Bələd-8-10).

"Zumər” surəsinin fəziləti
 
          
Harun ibn Xaricdən nəql olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs Zumər surəsini oxusa, və kəməmələrini aram və aydın tələffüz etsə, Allah ona dünyada və axirətdə abır, başıucalıq əta edər. Onu qohum-əqrabasının sərvətinə eytiyaclı etməyib, əziz edər. Hər pis insan onu görsə, gözü onu tutub, böyük şəxsiyyət hesab edər. Allah Cəhənnəm odunu onun cisminə haram edər, Behiştdə onun üçün min şəhər tikərlər ki, hər bir şəhərdə min bina, və binada yüz hurisi olar. (Allahu əkbər). Bunlardan əlavə orada onun üçün iki axar su çeşməsi, vardır, ki, hər birisi zülal kimi yerdən qaynayır, və iki çeşməsi də vardır ki, yaşıl və xorrəmlikdən qaraya çalır. Pərdə arxasındakı hurilər, pərdələnmiş otaqlarda arxasındakı hurilər, pərdələnmiş otaqlarda əyləşiblər. Hər meyvəsi iki cür müxtəlif növlü meyvəlikdən ibarət bağları vardır. (La hovla vələ quvvətə illa billah).
Übəyy ibn Kəb Allahın Rəsulundan (s.ə.v.v) nəql edir ki, Həzrət belə buyurdu: Hər kəs Zumər surəsini oxusa, onun ümidi qırılmayıb, qorxanların (Allahdan qorxan kəslərin) savabını ona əta edərlər.
Ayişə deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) Bəni İsrail və Zumər surəsini oxumamış yatmazdı.
Hər kəs onu yazıb öz qoluna bağlasa, xaliqin nəzərində sevimli və həmdə xalq ona kömək edərlər.


"Mömin” surəsinin fəziləti
 
          
Əbis Səbah Kənanidən nəql olunub ki, imam Baqir (ə) belə buyurdu: Bir kəs hər gecə "ha-mim" Mömin surəsini oxusa, Allah onun keçmiş günahlarının (cavanlıqda və qocalıqda) hamısını bağışlayar, təqva kələməsini və Allahpərəstliyi onun həmdəmi edər. Axirətin dünyasından daha yaxşı qərar verər.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bir kəs Behişt boğlarında gəzmək istəyirsə, əvvəli "Ha-mim "-lə başlayan surələri oxusun. Ənəs ibn Malik Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər bir şeyin cövhəri vardır, və Quranın cövhəri isə (ha-mim) surələridir. (ha-mimlə başlayan surələr.). İbn Məsud Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət buyurdu: Hər zaman "ha-mim" surələrini oxuyub, diqqət etdim, elə bilki, xorrəm bağlarda qərar tapdım. Übəyy ibn Kəb deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs ham-mim Mö‎min surəsini oxusa, bütün möminlərin və Peyğəmbərlərin ruhu ona namaz qılarlar, və onun üçün bağışlanmaq tələb edərlər. Əbu Bəsir Həzrət Sadiqdən (ə) nəql edib ki, o Həzrət belə buyurdu: Ha-mimlə başlanan surələr Quranın reyhanıdırlar, belə isə bu surələri oxuyub, qorumaqla Allaha sitayiş etməklə, ona şükr edin. Bir Allah bəndəsi kimi yerindən qalxıb ha-mimlə başlanan surələri oxusa, onun ağzından müşk iy xaric olar. Allah onu oxuyana, qonşularına, dostlarına, rəhm edib, bağışlayar. Hər kəs ona dostluğunu izhar edib ona yaxın olsa, Qiyamət günündə ərş, kürsi, Allahın müqərrəb mləkləri onun üçün bağışlanmaq istəyirlər.
Ənəs ibn Malik Allahın Rəsulundan (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Ha-mim-lər Quranın zinətidir. İbn Əbbas deyir: Hər bir şey özəyi (içi) vardır, Quranın özəyi ha-mim (ha-mimlə başlayan surələr) surələrdir.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Ha-mimlər yeddi ədəddir, və həmçinin Cəhənnəmin qapıları da yeddi ədəddir. (Cəhənnəm, Hutəmə, Ləzi, Səid, Səqər, Haviyə, Cəhənnəm). Qiyamət günündə bu surələr gəlib hər qapının qarşısında dayanar, və onları oxuyan kəsi Cəhənnəmə aparmpğa qoymaz.
Yaralılar şifa tapmaq üçün bu surəni yazıb özündə saxlasa, Allah Cəlilur-rəhmənin izni ilə şifa tapar.
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 880 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]