Cümə axşamı, 2024-03-28, 9:57 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 10:35 AM

"Fussilət” surəsinin fəziləti
 
          
Zərih Məharibdən nəql olunub ki, Həzrət Sadiq (ə) belə buyurdu: Hər kəs ha-mim Səcdə surəsini oxusa, Qiyamət günündə elə göz baxdıqca görünən bir nura sahib olub, şad və xoşhal olacaq. Bu dünya da elə gözəl bir həyat tərzi keçirər ki, görənlər onun arzusunda olarlar.
Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs ha-mim Səcdə surəsini oxusa, onun hər hərfinin sayı qədər ona həsanat veriləcəkdir.
Fussilət surəsini yazıb, yağış suyu ilə yuyub, onun suyu ilə sürmə düzəldib, gözünə çəksə, göz ağrısı üçün faydalı olar.


"Şura” surəsinin fəziləti
 
          
Seyf ibn Öməyrədən nəql olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs ha-mim-əyn-sin-qaf, surəsini (Şura surəsini) oxumağa davam etdirsə, Allah Qiyamət günündə onu qor üzlü kimi, (yaxud on dörd gecəlik ay kimi Allahın dərgahında dayanar, və Allah ona xitab edər ki, ey mənim bəndəm, sən bu surəni oxumağı davam etdirdin, və onun saıvabının nə qədər olduğunu bilmirdin. və savabının nə qədər olduğunu bilsəydin, heç vaxt onu oxumaqdan yorulmazdın. İndi isə səni bu surənin dəyərindən xəbərdar edəcəyəm. O zaman onu Behiştə daxil etməyin fərmanını verər. Onun üçün Behiştdə qapıları, bürcləri, və pillərinin hamısı qırmızı yaqutdan, hazırlanmış bir saray vardır. Onun (evin) içərisi, eşikdən eşiyi isə daxildən görünər. Onun üçün o sarayda (Behiştin Huri qız kənizləri) min nəfər xidmətçi qadın və min nəfər təzə ayaq açmış uşaqlar vardır ki, Allah Quranda vəsf etdikləri kimi həmişə o qəsrdə bir haldadırlar.
Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs ha-mim-əyn-sin-qaf (Şura) surəsini oxusa, Mələklər onlara salam göndərmş və onlar üçün bağışlanmaq və rəhmət tələb edən, şəxslərdəndirlər.
Hər kəs onu yuyub yesə, az ssusuz olar. Əgər bu surəni yazıb gecə yatan zaman balışının altına qoysa, yaxşı yuxular görər.



"Zuxfur” surəsinin fəziləti
 
İmam Baqir (ə) buyurdu: Hər kəs Zuxfur surəsini çox oxusa, o, Allahı qarşısında qalxacağı günə kimi qəbir-də Allah onun cəsədini həşaratlardan, yırtıcılardan və qəbrin sıxıntısından qoruyacaqdır. O Qiyaməki dayanacağı yerdə hazır olacaq və ozaman Zuxruf surəsi gəlib Allahın əmri ilə onu Behiştə daxil edəcək.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Zuxruf surəsini oxusa, Qiyamətdə onlara belə deyiləcək kəslərlə birlikdə olacaqdır. Ey mənim bəndələrim, bu gün qəmlənib, özünüzü qorxutmayın, siz hesab çəkilməmiş Behiştə daxil olun.
Hər kəs bu surəni özündə saxlasa, hər şərdən və afətdən qorunmuş olar. Yatan zaman hər kəs bu surəni başının altına qoysa, yaxşı yuxular görəcək.
Hər kəs aşağıdakı ayəni yazıb, yağış suyu ilə yusa, və acı dilli qadına yedizdirsə, Allahın izni ilə şirin dilli olar, və həmçinin bu surənin özünü də.
Ayə: "La xəvfun ələykumul yəvmə vəla əntum təhzənun. Udxulul Cənnətə əntum və əzvacukum tuhbərun." (Zuxruf 68-70).
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 820 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]