Cümə axşamı, 2024-03-28, 6:11 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 6:46 AM

"Duxan” surəsinin fəziləti
 
          
İmam Baqir (ə) buyurdu: Hər kəs Duxan surəsini vacibi və yaxud nafilə (müstəhəb) namazlarında oxusa, Allah onu Qiyamət günündə amanda qalmışlar zümrəsində qaldırarlar, öz ərşinin kölgəsində ona yer verər, hesabını asan çəkər, və onun əməl naməsini sağ əlinə verər.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs cümə axşamı Duxan surəsini oxusa, o, bağışlanacaqdır. Əbu Hurəyrə Allahın Rəsulundan (s.ə.v.v) nəql edir ki, Həzrət buyurdu: Hər kəs gecə Duxan surəsini oxusa, yetmiş min dəfə oxusa, yetmiş min mələk onun üçün bağışlanmaq tələb edən halda sübhü açar. Yenədə Əbu Huriyrə Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, o Həzrət belə buyurdu: Hər kəs cümə axşamı Duxan surəsini oxusa, bağışlanmış halda sübhü açar. Əbu İmamə Allahın Rəsulundan (s.ə.v.v) nəql edir ki, Həzrət belə buyurdu: Hər kəs cümə günü Duxan surəsini oxusa, Allah Behiştdə onun üçün bir ev tikəcəkdir.
Hər kəs bu surəni yazıb özündə saxlasa, camaatın nəzərində heybətli olar. Hər kəs onu yazıb, yuyub suyunu içsə, söz gəzdirənin şərrindən amanda qalar.
İmam Cəfər Sadiqdən (ə) nəql olunub ki, hər kəs əhəmiyyətli, və çətin işlərdən ötrü bu surəni yetmiş dəfə oxusa, hacəti rəva olar. Həmçinin hər kəs bu surəni yazıb özündə saxlasa, xalq onu sevər.
Duxan surəsini yazıb, balaca uşağa bağlasan, cinlərdən və ziyanvericilərdən amanda qalar.


"Casiyə” surəsinin fəziləti
 
          
İmam Sadiq (ə) buyurdu: Casiyə surəsinin oxuyan kəsin savabı bundan ibarətdir ki, o heç vaxt Cəhənnəm atəşini (odunu) görməz, onun gurultulu nərəsini eşitməz və Məhmmədlə (s.ə.v.v) bir yerdə olar.
Həzrəti-Rəsul (s.ə.v.v) buyurdu: Hər kəs ha-mim Casiyə surəsini oxusa, Allah hesab və Qiyamət günü onun övrətini örtər, və onun qorxmasını aradan aparar.
Hər kəs bu surəni yazıb özündə saxlasa, qorxduğu bütün şeylərdən amanda qalar. Həmçinin bu surəni yazıb başının altında qoysa, cinlərin şərrindən qorunar.



"Əhqaf” surəsinin fəziləti
 
          
İmam Sadiq (ə) buyurdu: Bir kəs hər gecə və yaxud həftədə bir dəfə Əhqaf surəsini oxusa, Allah onu bu dünyada qorxu və iztiraba düçar etməz, Qiyamət gününün qorxusundan da amanda qalar, inşəllah.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Əhqaf surəsini oxusa, dünyada olan qumların sayı qədər ona həsanat veriləcək, onun on pis işini (günahını) məhv edib, ona on dərəcə veriləcək.
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 913 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]