Şənbə günü, 2024-07-27, 5:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 6:41 AM

"Qaf” surəsinin fəziləti
 
          
İmam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs Qaf surəsini vacibi və müstəhəbbi namazlarında oxumağı davam etdirsə, Allah onun ruhisini bol edər, Əməlnaməsini sağ əlinə verib, hesabını asan çəkər.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Qaf surəsini oxusa, Allah onun üçün ölümün çətinliyini asanlaşdırar.
Rizq və ruzinin bol olmasına xatir üç gün üzünü qibləyə tutub bu surəni oxusun çox təsiri vardır (təcrübə olunub).
Qorxu və hürkünü aradan aparmaq üçün bu surəni yazıb, yağış suyu ilə yuyub, içsin.
Rəvayət olunub ki, hər gün evdə yaxud müqəddəs bir məqbərədə Qaf surəsi oxusa, o evin ya məqbərinin sahibi həmişə dövlətli, izzətli, və xoşbəxt olar, o zillətdən qorunar. Təcrübə olunumlardandır.
Dövlətli olmaq və işlərin düyünlərinin açılması üçün bu ayəni 350 dəfə oxusun ki, təcrübə olunub.
"Qul innəl fəzlə biyədillahi yutihi mən yəşau Vəllahu zulfəzlil əzim." (Ali-İmran-73)
Bu ayəni gündə on beş dəfə oxusun, əziz olub, ruzisi bol və cah və cəlal (məqam və mənsəb) sahibi olar.
"Ya əllahul məhmud fi kulli fialihi"
Sərvətli olmaq üçün iki rükət hacət namazını, bu niyyətlə ki, qadir Allah onun yaşayışını tənzimləyib ruzini bol edər, və elə bir nura bağlıdır ki, qiyamətə qədər işıqlanıb, qəbrini nurlandırar.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Zariyat surəsini oxusa, dünyada sən hər bir küləyin sayı qədər ona həsənə veriləcək.
Hər gün Zariyat və İnşirah surəsini oxuyan kəsin işlərinin sonu xeyrə qovuşar, özünün və ailəsinin ruzisi çoxalar. (təcrübə olunub).

"Tur” surəsinin fəziləti
 
          
İmam Sadiq (ə) və imam Baqir (ə) buyurdular: Hər kəs Tur surəsini oxusa, Allah ona dünya və axirət xeyrini əta edər.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Tur surəsini oxusa, Allah onu öz əzabından amanda saxlayar, və Behiştində ona nemət verər. Cübəyr ibn Mətəmdən rəvayət olunub o deyir ki, Allahın Rəsulundan (s.ə.v.v) gün batan çağı Tur surəsini oxuduğunu eşitdim.
Əgər məhbus (zindanda) Tur surəsini daim oxusa, həbsdən azad olar.


"Nəcm” surəsinin fəziləti
 
          
İmam Sadiq (ə) buyurdu: Hər kəs və gündüz Nəcm surəsini oxumağı davam etdirən kəs, xalq arasında əziz olub abırla yaşayar və günahları bağışlanar.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Nəcm surəsini oxusa, mənə iman gətirən və məni inkar edən kəslərin sayı qədər həsənə veriləcək.
Bu surəni hər kəs gecə və gündüz oxuyan kəsin yaşayışı bəyənilmiş olar. Hər hacətin qəbul olmasına xatir, bir məclisdə bu surəni iyirmi bir dəfə oxusa, inşallah hacəti qəbul olunar.
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 911 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]