Cümə günü, 2024-04-26, 11:46 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 6:37 AM

"Hədid” surəsinin fəziləti
 
          
İmam Sadiq (ə) buyurdu: Hər kəs vacibi namazlarında hədid surəsini oxumağı davam etdirsə, Allah onu yaşadığı müddətdə heç əzab etməz, özünün və ailəsinin canı heç bir xəstəlik görməz.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs hədid surəsini oxusa, Allaha və Peyğəmbərə iman gətirmiş şəxslərdən olar. Ərbaz ibn Sariyə deyir: Peyğəmbər yatmazdan əvvəl müsəbbəhatı (Hədid-Həşr-Səf-Cümə-Təğabun-Səbbih ismə rəbbikəl əla surələrini) oxuyardı. Əmr ibn Şümr, Cabir ibn Yəzid Cəfidən o da, Həzrət imam Məhəmməd Baqirdən (ə) rəvayət edib ki, o Həzrət belə buyurdu: Yatmazdan əvvəl müsəbbihatı oxuyan kəs Həzrət Qaimi (əc) dərk etməmiş ölməz. Və əgər ölsə, Allahın Rəsulunun (s.ə.v.v) qonşuluğunda olacaqdır. (sonrakı hədislərə müraciə edin).
Dəstəmaz aldıqdan sonra cümə günündə yeddi dəfə Hədid surəsini oxusun və sonda bu duanı desin. "Allahummə inni əsəlukə biizzətikə ya əziz və biqüdrətikə ya qədir. və bihukumətikə ya həkim. Və birəhmətikə ya rəhman, Və bimənnikə ya mənnan, ən təhfəzəna bilimani qaimən qaidən rakiən, və sacidən, və nadimən, və yəqzətən və həyyən, və məyyitən. və əla kulli hali. Əuzu billahi min şərri nəfsi. və min kulli zi şərrin. və min şərri şəyatinil cinni və linsi və min şərri kulli dabbətin əntə axuzu bina məyyitəha inn rəbbi əla siratin mustəqim. və səllallahu əla muhəmmədin və alihi əcməin."


"Mucadilə” surəsinin fəziləti
 
          
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Mucadilə surəsini oxuyan bir kəs Qiyamət günündə hizbullah ünvanında qələmə alarlar.
Sələbidən nəql olunub ki, Davud Peyğəmbər (s) öz münacatlarında deyərdi: Kimlər sənin partiyandır? Nida gəldi: ‎Gözlərini naməhrəmlərdən yumanlar, xalqı əziyyət etməyənlər, haram mal yeməyənlər, və Allahdan başqasından qəlblərini pak edənlər, bunlar mənim partiyamdandırlar, və ərşin xidmətçiləridirlər.
Bu surəni oxuyan şəxsə bir kəs qalib gələ bilməz, onunla mubahisə edə bilməz, və xalqın gözündə etibarlı və inanılmış şəxslərdən olar.
Düşmənə qələbə çalmaqdan ötrü, bir ovuc torpağa bunu üç dəfə oxuyub, düşmənə tərəf atsa, düşmən məğlub olar. Əgər bu surəni oxusalar ağrı sakitləşər.
Allahın Rəsulu (s.ə.v.v) Bir kəs yatan zaman otuz ayədən ibarət (Mucadilə və Mülk) olan surələri oxusa, o şəxs üçün otuz xeyirxahlıq yazılar, və otuz pislik onun əməllərindən məhv olunar, və onun üçün otuz dərəcə qaldırılar. Allah-taala onu oxuyan yanına mələklərin arasından mələk göndərər ki, qollarını açıb onu əhatə edərək yuxudan oyanana qədər hər bir xətərdən qoruyarlar.
          
"Həşr” surəsinin fəziləti

1-Həzrət Sadiq (ə) buyurdu: Gecələr Rəhman və Həşr surəsini oxuyan kəsin evinə sübhə qədər gözətçilik etmək üçün əlində siyirmə qılıncı olan bir mələk göndərər.
2-Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Həşr surəsini oxyuyan kəsə, Behişt, Cəhənnəm, ərş, kürsü, hucub, göyün yeddi təbəqəsi, yerin yeddi qatı, hava, küləklər, quşlar, ağaclar, dağlar, günəş, ay, mələklər, salam göndərər, və onun üçün bağışlanmaq tələb edərlər. Əgər o həmin gün və yaxud gecə ölsə, şəhid kimi dünyadan getmişdir.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Allahın əzəmətli adları Həşr surəsinin altı sonuncu ayəsindədir. Və həmçinin Həzrət buyurdu: Hər kəs Həşr surəsinin sonuncu ayələrini gecə yaxud gündüz oxusa, və həmin gün və yaxud gecə ölsə, Allah-taala onu Behiştə aparar.
İmam Cəfər Sadiqdən (ə) nəql olunub ki, hər kəs bu surəni çətinliklərin aradan qaldırılmasına və hacətlərinin qəbul olunmasına xatir qırx gün və hər gündə bir dəfə oxusa, hacəti tezliklə verilər, və duaları qəbul olunar,
Peyğəmbər Əkrəm (s.ə.v.v) Əli (ə) buyurdu: Ya Əli: Hər gecə Həşr surəsini oxu ki, dünya və axirət şərri səndən dəf olar.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Cəbraildən Allahın əzəmətli adları barədə soruşdum. O dedi: Həşr surəsi-nin sonunu oxu. İkinci və üçüncü dəfə Allahın əzəmətli adları haqqında soruşdum, o yenə də həmin sözü dedi.
Məqəl ibn Yəsar bir hədisdə deyir: Hər kəs sübh desə: "Əuzu billahi əssəmil əlim minəl-şəytanir-rəcim.", və Həşr surəsinin sonuncu ayələrini (ləv ənzəlna hazəl Quranə….. 21-24) oxusa, Allah taala bütün bəlalardan qorunmaq üçün yetmiş min mələyi ona müvəkkəl edər, və onlar gecəyə qədər onun sələvat göndərərlər. Əgər o həmin gün ölsə, şəhid kimi ölmüşdür, və Qiyamətdə möminlərin hamısı ona şəfaətçi olarlar. Bu surənin sonuncu ayələri hər bir əlacsız dərdə dərmandır.
Bu surəni xalis niyyətlə xəstəyə oxusanız inşallah şifa bağışlayar.
Deyirlər ki, bu ayəni çahar şənbə günü yetmiş dəfə oxusa, elm və qələm əhlinə qələbə çalar, bağlı qapılar açılar, və hacətləri qəbul olunar.
"Huvəllahul-ləzi la ilahə illa zuvə, alimul ğəybi vəşşəhadəti, huvər-rəhmanur-rəhim." (Həşr-22) və həmçinin mühüm işlərə xatir bu ayəni səksən dəfə oxusa, çox faydalı olar.


"Mumtəhənə” surəsinin fəziləti

Əli ibnil Hüseyn (ə) buyurdu: Bir kəs gündəlik vacibi və müstəbbi namazlarınızda Mumtəhənə surəsini oxusa, Allah onun qəlbini imanla imtahana çəkər və gözlərini nurlu edər. Fəqirlik, dəlilik ona və övladlarına yol tapmaz.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Qiyamət günündə Mumətəhənə surəsini oxuyan kəs üçün, mömin kişi və möminə qadınlar şəfaətçi olacaqlar.
Hər cür xəstəlik üçün, üç gün dalba-dal bunu (Mumtəhənə surəsini) yazsın və hər gün birini yusun, sonra onu içmək üçün dərdi olana versin, ki inşaallah o dərddən sağalar.
Asmanı (təngənəfəsi) müalicə etmək üçün bu ayələri oxusun və xəstəyə yedizdirsin: "Və in fatəkum şəyun min əzvacikum iləl kuffari. fəaqibtum, fəatul-ləzinə zəhəbət əzvacuhum mislə maənfəqqu vəttəqullahəl-ləzi əntum bihi möminun." (Mumtəhən-11) "Vəli-kulli vichətun huvə muvəlliha fəstəbiqul xəyrat." (Bəqərə-147).
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 1210 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]