Şənbə günü, 2024-04-20, 7:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 6:27 AM
"Məaric” surəsinin fəziləti
 
          
İmam Sadiq (ə) buyurdu: Səələ Sailun surəsini çox oxuyun. Çünki hər kəs onu çox oxusa, Allah Qiyamətdə onun etdiyi günahdan soruşmaz, və Behişə ona Nəbiyyi-Əkrəm (s ə v v) və əhli beyti ilə birlikdə yer verər, inşaallah.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Səələ Sailun surəsini oxusa, Allah ona əhdə və əmanətə riayət edənlərin və həmçinin namazlarını qoruyanların savabını əta edər.
Übəyy ibn Kəb Allahın Rəsulundan (s.ə.v.v) rəvayət edir: Hər kəs Məaric surəsini oxusa, Allah namaz qılan-ların, Həcc edənlərin, oruc tutanların, zəkat verənlərin və əmanətə riayət edən kəslərin savabını onun əməl dəftərində yazar.
Əgər bir kəs gecə bu surəni oxusa, heç vaxt möhtəlim (cunub, cənabətli) olmaz.
İmam Sadiq (ə) buyurdu: Hər kəsin Allaha və onun kitabına imanı vardırsa, bu surəni oxumağı tərk etməsin.
Hər kəs gecə və gündüz bu surəni oxumağı davam etdirsə, hər cür hacəti olsa, qəbul olar.


"Nuh” (ə) surəsinin fəziləti
 
          
İmam Sadiq (ə) buyurdu: Hər kəsin Allaha imanı varsa, və onun kitabını oxuyarsa, "İnna ərsəlna Nuhən ila qəvmihi" (Nuh) surəsini oxumağı tərk etməsin. Bir bəndə onu xalis niyyətlə və haqq üçün, vacib və yaxud müstəhəbbi namazında oxusa, Allah onu Qiyamətdə saleh və ləyaqətli bəndələrlə birlikdə məskunlaşdırar, və Behiştə üç bağ ona kəramət edər. Bunlardan əlavə Behiştdəki mənzilində iki yüz bakirə huriyyəni və dörd min ər görmüş huriyyəni onunla evləndirərlər inşaallah.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Nuh (ə) surəsini oxusa, Nuhun (ə) dəvətini qəbul etmiş möminlərdən olacaqdır. Orada buyurur: "Rəbbiğfirli vəli validəyyə və limən dəxələ bəytiyə muminən və lilmumininə vəl muminati." (Nuh-28).
Hər kəs sübh və axşamlar Nuh surəsini oxusa, hər hacəti olmuş olsa, qəbul olar, inşaallah.



"Cin” surəsinin fəziləti
 
          
İmam Sadiq (ə) buyurdu: "Qul uhiyə iləyyə" (Cin) surəsini çox oxusa, ömrü boyu göz yarasına, sehr-caduya, cinlərin hiyləsinə düçar olmaz, və Muhəmmədlə (s.ə.v.v) birlikdə olar. Onlar deyərlər: İlahi! Mən bu məqamımın dəyişilməsini istəmirəm.
Allahın Rəsulu (s ə v v) buyurdu: Hər kəs Cin surəsini oxusa, Allah Peyğəmbəri (s.ə.v.v) təsdiq və yaxud təkzib edən hər cin və şeytanların sayı qədər, və bəndə alıb (qul) azad etməyin savabını ona əta edər.
Hər kəs bu surəni yazıb, yuyub suyunu içsə, hər nə eşitsə öyrənər, və hər kimlə (elmi) münazirə etsə, ona qalib gələr. Əgər borclu bu surəni borcunu ödəmək niyyəti ilə oxusa, borcunu ödəyər. Əgər həbsdə olan bu surəni oxusa, tezliklə həbsdən azad olar.
Hər yerdə bu surə oxunsa, cinlər aradan qaçıb uzaqlaşarlar.
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 922 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]