Cümə günü, 2024-03-29, 1:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 6:22 AM

"Mursəlat” surəsinin fəziləti

          
İmam Sadiq (ə) buyurdu: Hər kəs "Əlmursəlati urfən" surəsini oxusa, Allah onunla Peyğəmbəri Muhəmməd (s.ə.v.v) arasında tanışlıq yaradar.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Mursəlat surəsini oxusa, onun müşriklərdən olmadığı yazılar.
Hər kəs bu surəni oxusa, insanların və cinlərin şərrindən amanda qalar.
Hər kəs bu surəni düşməni dəf etmək üçün oxusa, ona qalib gələr.

"Nəbə”surəsinin fəziləti
          
İmam Baqir (ə) buyurdu: Hər kəs "Əmmə yətəsaəlun" surəsini oxusa, və onu hər gün oxumağı davam etdirsə, bir il keçməz ki, Allahın evinin ziyarətinə nail olar, inşaallah.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: "Əmmə yətəsaəlun" surəsini oxuyan kəsi Allah Qiyamət günündə sərin şərab-larla sirab edər.
Hər kəs bu surəni yazıb özündə saxlasa yuxusu azalar, Hafizəsi çox olar. Həmçinin bu surəni oxuyub əzbər edən kəsi qüvvətli edər.

"Naziat" surəsinin fəziləti
 
          
İmam Sadiq (ə) buyurdu: Naziat surəsini oxuyan bir kəs sirab olmamış ölməz, Qiyamətdə sirab olmamış, qaldırılmaz, və sirab olmamış Behiştə daxil olmaz.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Naziat surəsini oxusa, Qiyamət günündə dayandırılacağı və hesabı olunacağı, müddət vacibi namazın vaxtı qədər olacaqdır, axırda isə Behiştə daxil olacaqdır.
İbn Əbbas Allahın Rəsulundan (s.ə.v.v) nəql edir ki, hər kəs Naziat surəsini oxusa, ömrününün əvvəlindən sonuna qədər vacibi namazda məşğul olmuş adam kimidir.
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 901 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]