Cümə axşamı, 2024-03-28, 11:44 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 6:19 AM

"Əbəsə” surəsinin fəziləti
 
İmam Sadiq (ə) buyurdu: Hər kəs "Əbəsə və Təvəla" və "İzəş-şəmsu kuvvirət" surəsini oxusa xəyanət olunmaqdan himayəsində olar. Həmçinin onun sayəsində kəramətə layiq olar, və Behiştdə məskunlaşar. Bu iş Allahın nəzərində çoxda çətin deyildir.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Əbəsə surəsini oxusa, Qiyamət günündə üzü gülər və xoşhal halda gələr.
Hər kəs bu surəni yazıb özündə saxlasa, səfərdə çoxlu xeyirlər görər və hacəti qəbul olunar.
Üç gün və hər gündə yeddi dəfə surəni qurumuş çeşməyə oxusan, onun suyu çoxalar. Əgər bir şeyin qoyduğun yerini unutmusansa, bu surəni oxumaqla, Allah yadına salar.



"Kuvvirət” surəsinin fəziləti
 
          
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: "İzəşşəmsu Kuvvirət" surəsini oxuyan bir kəsin, Allah-taala əməl dəftərini açan zaman rüsvay olmaqdan qoruyar. Əbdullah ibn Ömər deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Qiyamət günündə hər kəs mənə baxmaq istəyirsə, "İzəşşəmsu Kuvvirət" surəsini oxusun. Əbubəkr də rəvayət edir ki, Məhəmmədə (s.ə.v.v) söylədim Ya Rəsuləllah nə tez qocaldın? Buyurdu: Hud, Vaqiə, Murəsəlat, Əmmə yətəsaəlun, və İzəşşəmsu kuvvirət surələri məni qocaldıb tüklərimi ağartdı. Amma Ənəs ibn Malikdən nəql olunub ki, ondan belə soruşdular. Görəsən Nəbiyyi-Əkrəm (s.ə.v.v) tükünə rəng qoyurdu? O dedi: Qocalıq və tükün ağarması Peyğəmbərin şəninə layiq deyil. Sonra deyildi: Ey Əba Həmzə görəsən qocalıq yaxşı deyil? Sizin hamınız qocalığı və tükün ağrımasını sevmirsiniz.
Rəvayət olunub ki, Həzrət Əli (ə) Nəbiyyi-Əkrəmə (s.ə.v.v) qüsl verəndə neçə ədəd ağ tünk o hərzətin saqqalında gördü. Yağış yağanda yüz dəfə onu oxusan hər hacəti qəbul olunması üçün çox təsirlidir.

"İnfitar” surəsinin fəziləti
 
          

İmam Sadiq (ə) buyurdu: Bir kəs bu iki "İzəs-səmaunfətərət" və "İza-səmaunşəqqət" surəsini oxusa, və bunları vacibi və müstəhəbbi namazlarında dil əzbəri etsə, Allah onu istədiyinə çatdırar və heç bir şey onunla Allah arasında mane yarada bilməz. O həmişə Allahın kəramətlərinə baxar və Allah ona rəhmət nəzəri salar, sonda onun hesabını xalqdan ayırar.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs damlanın sayı qədər yüz həsənə ona əta edib, Qiyamət günündə onun işlərini islah edər.
Həzrət Sadiqdən (ə) nəql olunub ki, hər kəs bu surəni işləri ləng olanda yetmiş dəfə oxusa, işləri qaydasına düşər.
Əgər həbsdə olan bu surəni yetmiş dəfə oxusa, azad olar.
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 866 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]