Şənbə günü, 2024-04-20, 2:56 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-15, 10:21 PM

"Bələd”surəsinin fəziləti

          
İmam Sadiq (ə) buyurdu: Bir kəs gündəlik namazlarında "La uqsimu bihazil bələd surəsini oxusa, bu dünyada ləyaqətli və tanınımış olar. Axirət dünyasında isə Allah yanında məqam sahibi olub, orada Peyğəmbərlərlə, şəhidlərlə, və bəyənilmişlərlə həmdəm olacaqdır.
Allahın Rəsulu (s.ə.v.v) buyurur: Bir kəs Bələd surəsini oxusa, Allah onu Qiyamət gününün qəzəbindən amanda saxlayar.
Hər vaxt Bələd surəsini yazıb təzə dünyaya gəlmiş oğlan yaxud qız uşağına bağlasan hər eyb və çatışmamazlıqdan amanda qalar, inşaallah.


"Şəms” surəsinin fəziləti

          
İmam Sadiq (ə) buyurdu: Bir kəs gecə yaxud gündüz) Vəşşəms, Vəlləyl, Vəzzuha, və ələm nəşrəh surələrini oxusa, heç bir şey onun ətrafına toplaşmaz, madam ki, onun xeyrinə şəhadət verərlər. Hətta onun tükü, dərisi, qanı, damarları, əsəb sisiemi, sümükləri, və bədəninin hamısı, və onun üzərində saxlayan yer də onun xeyrinə şəhadət verərlər. Allah-taala buyurar: "Bəndəmin xeyrinə verdiyiniz şəhadəti qəbul etdim və ona əsasən hökm verdim, onunla mənim Behiştimə tərəf gedin və hansı yeri bəyənirsə oranı seçin. Bu mənim tərəfimdən minnətsiz bəlkədə məhəbbət və ehsan kimi bir hədiyyədir və bunu ona verin. Beləliklə mənim bəndəmə halal olsun halal olsun. "
Peyğəmbər-Əkrəm (s.ə.v.v) buyurdu: Bir kəs Şəms surəsini oxusa, elə bilki, günəş və ay saçmış bütün şeylər qədər sədəqə vermişdir.
Üç gün günəş çıxan zaman (üçüncü dördüncü, beşinci günlər) alnını səcdəyə qoyub, üç dəfə bu surəni oxusun. "Fəəlhəməha" kələməsinə çatanda hacətini ürəyindən keçirsin.
Düşməni dəf etməkdən ötrü də belə etsin.

Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 961 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]