Bazar günü, 2024-05-05, 1:45 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhələrə cavab
2012-10-18, 0:02 AM
 Niyə görə şiələr Peyğəmbər(s) və Əhli-Beyt(ə)-ın şəfa verə bilməsinə inanırlar, axı Quranın ''Yunis'' surəsi 106-cı ayə buyurur: ''Allahdan başqa sənə nə bir xeyir, nə də bir zərər verə biləni çağırma.''?

''Yunis'' surəsi 106-cı ayədə bütlər və tanrılar nəzərdə tutulur ki, bu da müşrüklər haqqında deyilmişdir. Şiələr isə bunu Allahın qüdrəti və möcüzəsi kimi qəbul edir, İslam Peyğəmbəri(s) və Əhli-Beyt(ə)-ın Allahın qüdrəti ilə şəfa verə bilməsində inkar edilməz dəlilləri var. ''Allahın izni ilə ölüləri dirildirəm.'' ''Ali İmran'' surəsi, ayə-49-da İsa peyğəmbərin dilindən belə buyurulur. Peyğəmbərimiz və Əhli-Beytin Allahın qüdrəti ilə şəfa verə bilməsinə gəldikdə isə bu hadisələr tarixdən bizə çox tanışdır və dəfələrlə bu kimi halların şahidi olmuşuq. Ancaq biz o misallarla deyil, Quran ayəsi və hədislərlə cavab verəcəyik: ''Bu köynəyimi aparın atamın üzünə sürtün və yenidən görməyə başlayar.'' (''Yusif'' surəsi, ayə-93) Başqa yerdə ''Muştuluqçu gəlib köynəyi Yəqubun üzünə sürtən kimi onun gözləri açıldı.'' (''Yusif'' surəsi, ayə-96) Yusif peyğəmbərin köynəyi Yəqub peyğəmbərin gözlərinə şəfa verdi. Göründüyü kimi peyğəmbərin köynəyi insan gözünə nur verə bilər və buna ancaq kafirlər inanmaz. İslam peyğəmbəri(s) buyurur: ''Mənə beş şey verildi … və şəfaət də əta edildi.'' (''Səhihi Buxari'' c. 1, səh. 91 (Misir çapı), Əhməd ibn Hənbəl ''Müsnəd'' kitabı c. 1, səh. 301) Göründüyü kimi Allahın izni ilə şəfaət verilə bilər.
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 810 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]