Şənbə günü, 2024-04-20, 9:22 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-24, 8:00 AM
Dini zəmanəyə uyğunlaşdırmaq olarmı?

Bislmillahir-rəhmanir-rəhim


Sual: Dini zəmanəyə uyğunlaşdırmaq olarmı? Cavab müsbət olduğu təqdirdə İslamın sabit

qayda-qanunlarıyla dinamik surətdə inkşaf edən, haldan-hala düşən dünyanı idarə

etmək olarmı?




Cavab: Bəli dini

zəmanəyə tətbiq etmək mümkündür. Və bu dünyanı da müqəddəs islam

qayda-qanularıyla idarə etmək mümkündür.




İslam

dini sonuncu səmavi din olduğu üçün qiyamətədək insanların bütün maddi və

mənəvi ehtiyaclarına cavab vermək iqtidarındadır. Elə bir problem, sual yoxdur

ki, islamın o barədə cavabı olmasın və çıxış yolu göstərməsin. İslamın

gəlişindən də məqsəd məhz budur ki, bəşəriyyətə əbədi xoşbəxtlik yolunu

göstərsin. Bəşəriyyətin əbədi xoşbəxtliyini təmin edən din şübhəsiz ki,

insanların bütün ehtiyaclarına cavabdeh olmalıdır. İnsanın ehtiyaclarına nəzər

salıb diqqət etdikdə məlum olur ki, insaını ehtiyacları iki növdür: birinci növ

ilkin və bəşəriyyətin cismani, ruhani quruluşundan və ictimai yaşayış tərzindən

irəli gəlmiş ehtiyaclardır. Nə qədər ki, insan insandır və yaşayışı zatən ictimai

yaşayışdır, bu növ ehtiyaclar da olmalıdır. Cismani ehtiyaclar yeyib-içmək,

istirahət etmək və s. ruhi ehtiyaclar elm, gözəllik, sitayiş, tərbiyə və s.

ictimai ehtiyaclar adalət, azadlıq, bərabərlik, ailə qurmaq və s. kimi

ehtiyaclardır. İnsan dünyaya gələn gündən bu kimi ehtiyaclar onunla olub,

həqiqətdə onunla birlikdə dünyaya qədəm qoyublar. Və nə qədər ki, dünyada insan

var bu qism ehtiyaclar onun kənarında sabit, daimi olaraq qalacaq.




İkinci

növ ehtiyaclar isə həqiqətdə bəşəriyyətin özü xəlq etdiyi zaman, mühit,

ictimadan irəli gələn ehtiyaclardır. İnsanın qanuna olan ehtiyacı kimi. Sözsüz

ki, bu qism ehtiyaclara cavab verəbiləcək qayda-qanunlarda zaman-mühit nəzərə

alınmalı və hər bir zəmanənin, mühitin özünə uyğun qanun qəbul olunmalıdır.

Bəşəriyyətin təkamülünü nəzərə alaraq insanların bu qism ehtiyacları

qeyri-sabit olduğundan qeyri-sabit qayda-qanun tələb olunur.




Bu

kiçik müqəddimədən sonra sualın cavabına nəzərinizi cəlb edirik.




Müqəddəs

islam dininin hökümləri iki qisimdir, dəyişilməz, sabit və qeyri-sabit,

mütəğəyyir.




İnsanın

qeyd olunan sabit ehtiyaclarına aid olan qayda-qanunlar müqəddəs islam dinində

sabit əbədi olaraq dəyişilməz qayda-qanunlardır. Çünki, bu baxımdan 20-21-ci

əsrin insanlarıyla min dörd yüz il bundan əvvəlki insanlar arasında heç bir

fərq yoxdur. Amma insanların ikinci növ olan qeyri-sabit ehtiyaclarına gəldikdə

isə müqəddəs islam dini onlar üçün sabit çərçivələr, ana xətlər təyin etmişdir

ki, hər bir yeni hadisə yeni zəmanədə təyin edilmiş çərçivədə öz həllini

tapmalı və zəmanəyə uyğun hökmü verilməlidir. Məsələ daha aydın olsun deyə bu

misala dıqqət edin.




İslam

düşmən nüfuzunun qarşısını alaraq ərazi bütövlüyüyünü qorumaq üçün xüsusi

göstəriş verməyib. Gərək mövcud olan vəziyyəti, zəmanəni nəzərə alaraq zəmanəyə

uyğun tədbir görülməlidir. Bu baxımdan qurani-kərimdə müsəlmanlar üçün bu

zəmində ana xətt çəkərək çərçivəni müşəxxəs etmişdir. "Ənfal” surəsinin 60-cı

ayəsində buyurur:




"Gücünüz çata biləcək həddə düşmənlərin müqabilində güclü olmağa

hazırlaşın”.




Əgər

bu ayənin təfsirində at çapmaq, ox atmaq tövsiyə olunubsa səbəbi budur ki, o

zamanlarda at çapmaq, ox atmaq hərbi xidmətlərdən hesab olunurdu. İslam

baxımında hədəf ata minib ox atmaq deyil. Hədəf budur ki, müsəlmanlar öz

zəmanələrinə uyğun düşmən müqabilində son mümkün həddədək güclü olmalıdırlar.




(Əlbəttə

bunu da nəzərdən qaçırmayaq ki, qeyri-sabit hökmləri sabit hökmlərdən istinbat

etmək səlahiyyəti yalnız ali dini orqanların ixtiyarındadır. Başqa şəxslərin bu

sahədə nəzər verməyə haqları yoxdur.)

Hacı İlham Əliyev


İlahiyyatçı

islammaarifinde.com
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 604 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]