Cümə günü, 2024-04-19, 11:42 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-24, 7:57 AM
Cəməl döyüşündə Ayşənin rolu

Bismillahir-rəhmanir-rəhim

Sual: Aişənin Cəməl döyüşündə rolu nə olub və onun barəsində şiənin nəzəri nədir?

Cavab: Cəməl döyüşünün olmasına səbəb Osmanın intiqamını, qanını almaq idi. Əslində isə Xanım Aişə özü onun ölümündə şərik və camaatı bu işə dəvət edənlərdən biri idi. Sonra isə onun intiqamını almaq bəhanəsilə Cəməl döyüşünün yaradanlardan və ona rəhbərlik edənlərin oldu. Lakin Cəməl döyüşünün həqiqi səbəbi və Aişənin o döyüşdə rəhbərlik etməsinə səbəb, camaat həzrət Əli (ə)-ı xilafətə seçmələri idi. Bu seçgi xanım Aişənin isdəyicə deyildi. Çünki o başqasını, Təlhəni nəzərdə turmuşdu. Əgər cammat onun istədiyini seçsəydi Aişə heç bir əksül-əməl göstərməyib, Osmanın qanı və intiqamı barədə heç bir söz deməzdi. Minlərlə musəlmanın öülümünə səbəb olan Cəməl söyüşündə baş verməzdi. Həqiqətdə "Siffeyn” və "Nəhrəvan” müharibələri də bu döyüşdən yaranmış müharibə idilər. Onların da binövrəsi, təməli bu döyüşdə qoyulmuşdur. Tarixin şahidliyinə əsasən onlarda əsas rolda xanım Aişə olub.

İndi isə dediklərimizə, Aişənin Osmanın ölümündə və Cəməl döyüşündə əsas rolda iştirak etməsinə tarixdə olan sübut və şahidlərin bir neçəsinin nəql edirik:

1-Xanım Aişə Mərvana xitabən deyir:

و درت والله انك و صاحبك هذا الذي يعنيك امره في رجل كل واحد منهي رجاء وانكما في البحر .

"Arzu edirəm ki, sənlə Osmanın (yəni o şəxsin ki, sənin ona nəzərin var) ayağına dəyirman daşı bağlayıb dəryaya atsınlar.”

"Əttəbəqatul-kubra”, 5-ci cild, səh: 36.

2-Həmçinin İbniAbbasa xitabən deyir:

اياك ان ترد الناس عن هذا الطاغية .

"Əsla camaatı tağütün (Osman) qarşısında müqavimət gösdərməkdən çəkindirməyə çalışama!”

"Ənsabul-əşraf”, 6-cı cild, səh: 193-212.

3-Bəlazəri deyir:

و كانت عائشة تألب علي عثمان .

"(Osman müasirədə olan il Aişə həccə getdi) və camaatı Osmanın əleyhinə qaldırdı.”

"Tarixi Təbəri”, 4-cü cild, səh: 458; "Təzkirətul-xəvas”, səh: 64.

4-Təbəri öz tarixində iki yolla belə nəql edir:

Aişə Məkkədən qayıdarkən Məkkənin altı mil fasiləsində yerləşən Sərf məntəqəsnə yetişdikdə Əbd ibn Ümmi Kilal adlı bir şəxs Osmanın ölüm xəbərin Aişəyə çatdırdı. Aişə soruşdu:

Sonra camaat nə etdi? Dedi:

Sonra camaat ən gözəl yolu seçdi, yəni Əli (ə)-ı xilafətə seçdilər. Burada Aişə fəryad edib dedi:

Əgər Əli (ə) xəlifə oldusa ümid edirəm ki, Osman yerə ensin. Məni Məkkəyə qaytarın. Allaha and olsun onun qanını tələb edəcəyəm. O şəxs ona dedi:

Ey Aişə! Sən ilkin şəxslərdən idin ki, camaatı onu əleyhinə qaldırırdın və həmişə deyirdin "öldürün qoca kaftarı”.

"Tarix Təbəri”, 4 ci cild səh: 458; "Təzkirətul-xəvas” səh: 64.

Burada yaxşı olar ki, əziz oxucuların nəzərini həzrət Əli (ə)-ın Bəsrəyə yetişdikdə Təlhə, Zubey və Aişəyə göndərdiyi məktuba cəlb edək. O məktubda həzrət Aişəyə xitabən belə buyurmuşdu:

انت يا عائشة فانك خرجت من بيتك عاصية لله و لرسوله تطلبين امرا عنك موضوعا ثم تزعمين انك تريدين الاصلاح بين المسلمين مخبريني ما للنساء و قود الجيوش و البروز للرجال والوقوع بين اهل القبلة و سفك الدما المحرمة؟ ثم امك طلبت علي زعمك دم عثمان و ما امت و ذاك؟ عثمان رجل من بني اميه و انت من تيم . ثم بالامس تقولين في ملاء من اصحاب رسول الله (ص): اقتلوا نعثلا قتله الله فقد كفر. ثم تطلبين اليوم دمه؟ فاتقي الله و ارجعي الي بيتك و اسبلي عليك سترك و السلام .

"Amma sən ey Aişə! Allaha və onun rəsulunun qarşı asi olduğun halda evindən çıxmısan, elə bir şeyin ardınca gedirsən ki, səndən heç vaxt onu istəməyiblər. Sən iddia edirsən ki, musəlmanların arasında islah edirsən, eləisə mənə de görüm qadın hara orduya rəhbərlik etmək, kişilərə üz-üzə gəlmək, qiblə əhli arasında müharibə alovunu qarışdırıb və haram olan qanı tökmək hara?! Öz zənnincə Osmanın qanını almaq isdəyirsən, amma sən hara və bu iş hara? Osman Bəni Üməyyə tayfasındandır sən isə Bəni Teymdənsən. Sən dünən Peyğəmbərin səhabələrinin arasında "öldürün bu qoca kaftarı, Allah onu öldürsün ki, kafir olub” deyə fəryad edirdin. Amma bu gün onun qanını almaq üçün qiyam etmisən. Allahdan qorx evinə qayıt və pərdə arxasında otur.”

"Təzkirətul-xəvas”.

Bu həqiqətlərdən daha ətraflı məlumat istəyənlər bu mənbələrə muraciə edə bilərlər: "Əl-istiab”, səh: 716; İbn Əsakirin tarixi 27-ci cild, səh: 221; "Əl-isabə”, 2-ci cild, səh: 192; "Əl-əqdul-fərid”, 4-cü cild, səh: 111; "Əl-imamətu vəs-siyasət”, 1-ci cild, səh: 48; "Həyatul-heyron”, 2-ci cild, səh: 365; "Usdul-ğabəh”, 3-cü cild, səh: 15; "Əl-kamil”, müəllif: İbn Əsir, 3-cü cild, səh: 87; "Əs-sirətul-hələbiyyə”, 3-cü cild, səh: 314.

Həzrət Əli (ə)-a qarşı aqq və onunla düşmənçilik edən aqibətinə dair rəvayətlər:

Rəvayətlərdə nəql olunub ki, Əli (ə)-la müharibə edən Peyğəmbərlə müharibə etmiş olar. Əli (ə)-dan itaət edən Peyğəmbərdən itaət etmiş olar. Əli (ə)-la dostluq etmək imanın və onunla dşmənçilik etmək nifaqın, fasiqliyin nişanəsidir. Əli (ə) Peyğəmbərdən Peyğəmbər də Əlidəndir. Əli (ə) Peyğəmbərin yanında xanım Fatimə (s)-dən daha əzizdir. Əli (ə) cənnət cavnlarının ağası imam Həsən və imam Hüseyn (ə)-dan fəzilətlidir. Bu və bu kimi hədis kitablarında Peyğəmbər (s)-dən Əli (ə) barəsində özünə geniş yer ayırmış rəvayətlərə nəzər saldıqda Aişənin və ya hər hansı bir şəxsin Əli (ə)-a qarşı müharibə elan etməsini heç bir yerə yozmaq olmaz. Çünki Peyğəmbər (s)-ə qarşı müharibə elan etmək və onunla muxalifətçilik etmək Allaha müharibə etməkdən başqa birşey ola bilməz. Onun bir yolu var o da budur ki, bütün bu rəvayətləri əhli-sünnənin "Sihah” və "Sünən” kitablarından çıxardılsın. İndi o rəvayətlərin bəzisini nəzərinizə çatdırırıq:

قال رسول الله (ص) لفاطمة (س): علي اعز علي منك .

"Peyğəmbər (s) Fatimə (s)-ya buyurdu: Əli (ə) mənim yanımda səndən daha əzizdir.”

"Əl-möcəmul-kəbir”, 11-ci cild, səh: 55.

قال رسول الله (ص): الحسن و الحسين سيد شباب اهل الجنة و ابوهما خير منهما .

"Peyğəmbər (s) buyurdu: Həsən və Hüseyn cənnət cavanlarının ağasıdırlar və ataları onlardan daha yaxşıdır.”

"Sünəni ibn macə”, 1-ci cild, səh: 44; "Əl-möcəmul-kəbir”, 3-cü cild, səh: 29.

قال رسول الله (ص): انت مني و انا منك .

"Peyğəmbər (s) buyurdu: (Yə Əli ) sən məndən və mən də səndən.”

"Səhihi Buxari”, 2-ci cild, səh: 96, "Fəzailu Əli” fəsli.

قال رسول الله (ص): حق علي علي المسلمين حق الوالد علي ولده .

"Peyğəmbər (s) buyurdu: Əli (ə)-ın müsəlmanların boynunda olan haqqı atanın övladın boynunda olan haqqı kimdir.”

"Tarixi Dəməşq”, 42-ci cild, səh: 308.

قال رسول الله (ص): انا و هذا حجة الله علي امتي يوم القيامة .

"Peyğəmbər (s) buyurdu: Mən və bu ( Əli (ə) ) qiyamət günü öz ümmətimə Allahın hüccətiyik.”

"Tarixi Bağdadi”, 2-ci cild, səh: 88.

قال رسول الله (ص): من اطاعني فقد اطاع الله و من عصاني فقد عصي الله و من اطاع عليا فقد اطاعني و من عصي عليا فقد عصاني .

Peyğəmbər (s) buyurdu: Mənə itaət edən Allaha itaət etmişdir və mənə asi olan Allaha qarşı asi olmuşdur. Əli (ə)-a itaət edən mənə itaət etmişdir və Əli (ə)-a asi olan mənə asi olmuşdur.”

"Əl-müstədrəku ələs-səhihəyn”, 3-cü cild, səh: 131; "Tarixi Dəməşq”, 42-ci cild, səh: 270.

قال رسول الله (ص): لا يحب عليا منافق و لا يبغضه مؤمن .

"Peyğəmbər (s) buyurub: Münafiq Əli (ə)-ı sevməz və mömin isə ona kin bəsləyib düşmən olmaz.”

"Sünəni Termizi”, 5-ci cild, səh: 625; "Müsnəd Əhməd”, 1-ci cild, səh: 204; "Əl-bidayətu vən-nihayə”, 7-ci cild, səh: 255.

عن ابي سعيد الخدري: انا كنا لنعرف المنافقين نحن معشر الانصار ببغضهم علي بن ابيطالب .

"Əbu Səid Xodri deyir: Biz ənsar həmişə münafiqi Əli ibn Əbi Talibə qarşı bəslədikləri kin və düşmənçilklə tanıyırdıq.”

"Sünəni Termizi”, 5-ci cild, səh: 625.

عن رسول الله (ص) قال: فرض الله عليكم طاعة علي بعدي كما فرض عليكم طاعتي و نهاكم عن معصيته كما نهاكم عن معصيتي. حبه ايمان و بغضه كفر انا و اياه ابوا هذه الأمة .

"Peyğəmbər (s) buyurub: Allah taala məndən itaət etməyi sizə vacib etdiyi kimi mənədən sonra Əli (ə)-ın itaətini sizə vacib edib. Mənə qarşı asi olmaqdan sizi cəkindirdiyi kimi, ona qarşı asi olmaqdan da çəkindirib. Onu sevmək iman və ona qarşı kin bəsləmək küfürdür. Mən və o bu ümmətin atasıyıq.”

"Ehqaqul-həqq”, 7-ci cild, səh: 216.

عن النبي (ص) قال: من أراد منكم النجاة بعدي و السلامة من الفتن فليستمسك بعدي بولاية علي بن ابي طالب. فانه الصديق الأكبر و الفاروق الأعظم و هو امام كل مسلم بعدي من اقتدي به في الدنيا ورد علي حوضي و من خالفه لم يره و لم يرني فاختلج دوني و أخذ ذات الشمال الي النار .

"Peyğəmbər (s) buyurub: Hər kim məndən sonra nicat tapmaq və fitnələrdən salamat qalmaq istəyirsə Əli ibn Əbi Talibin vilayətinə sığınmalı, onun ətəyindən yapışmalıdır. O, siddiqi Əkbər və Faruqe-əzəmdir. O, məndən sonra bütün müsəlmanların imamıdır. Hər kim dünyada ona iqtida etsə (qiyamət) günü hövzi-kövsərdə mənim yanıma gələcək. Və hər kim onunla müxalifətçilik etsə nə kövsər-hövzunu və nə də məni görəcək. Məndən ayrılıb cəhənnəmə atılacaq.”

"Ehqaqul-həqq”, 4-cü cild, səh: 221.

Haci İlham Əliyev

İlahiyyatçı

islammaarifinde.com
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 683 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]