Cümə günü, 2024-04-26, 10:58 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-24, 7:34 AM

 Nə üçün biz də sünnilər kimi sübh azanında "əssəlatu xəyrun minənnovm” demirik?

Cavab: Şiə fiqhində və Əhli-beyt (ə) rəvayətlərində belə bir cümlə barədə məlumat olmadığından onu azanda demək caiz deyil, bidətdir. Amma bəzi qeyri-mötəbər sünni mənbələrində bildirilir ki, həzrət Peyğəmbər (s) azanı öyrədərkən sübh namazında bu cümlənin deyilməsini əmr etdi. ("Töhfətul-ixvan”, Ben Baz, Əbdül Əziz ben Əbdüllah ben Baz, s. 79) Bəzi rəvayətlərdə isə bu cümlənin Ömər və onun oğlu Əbdullah tərəfindən azana artırıldığı bildirilir.("Əl-əzan”, Əbi Hatəm, s. 45) Ən əsası isə sünnilərin "Səhihe Buxari”, "Səhihe Müslim” kimi mötəbər kitablarında bu barədə heç bir məlumat verilmir.(Səhihe Müslim, Kitabus-səlati, babu sifətil-əzani, hədis 379. Səhih Buxari, Kitabul əzan.) Dörd sünni məzhəbi yekdil olaraq azanda bu cümlənin deyilməsini müstəhəb hesab edir.("Əl-fiqh ələl məzahibil-ərbəə”, c.1, s. 312.)
Bəli, sünnə əhli öz fiqhini Peyğəmbər Əhli-beytindən (ə) götürmədiyi üçün bir çox xətalara düçar olmuşdur. Allah-təala hər kəsi həqiqi Peyğəmbər (s) sünnəsinə müvəffəq etsin.
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 528 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]