Cümə günü, 2024-04-26, 11:48 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-23, 7:26 AM
Sual : Nə üçün şiələr ikinci səcdədən sonra təşəhhüd olmadıqda bir qədər oturub, sonra qalxırlar, sünnilər isə "əllahu əkbər” deyib, dərhal dururlar?

Cavab: Şiə fiqhində Peyğəmbər (s) və imamların ikinci səcdədən sonra oturması barədə mötəbər rəvayətlər var. Bu rəvayəti əsas götürərək bəzi fəqihlər bu işi vacib, bəziləri isə müstəhəb hesab edirlər. Amma sünnilər öz kitablarında belə bir rəvayətin olmasına baxmayaraq ikinci səcdədən sonra dərhal qalxırlar.( "Səhihe-Buxari”, əzan kitabı, fəsil 143, s. 133, hədis 824.) Müfti Əbdullah ibn Baz fətva vermişdir ki, ikinci səcdədən sonra azca oturmaq müstəhəbdir. O deyir: "Sübut olub ki, həzrət Peyğəmbər (s) ikinci səcdədən sonra azca oturar, sonra qalxarmış.”  (" Töhfətul-ixvan”, Ben Baz, s. 38) Bütün bunlara baxmayaraq, sünnə əhli uyğun qaydaya riayət etmir.
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 526 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]