Cümə günü, 2024-03-29, 1:37 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-23, 7:22 AM
Sual : Nə üçün şiələr namazın təşəhhüdündə salavat göndərir, sünnilər isə yox?

Cavab: Sünnilər də kitablarındakı rəvayətlərə əsaslanaraq namazlarının təşəhhüdündə, meyit namazında, həzrət Peyğəmbərin (s) ziyarətində salavat göndərirlər.("Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, c. 1, s.257) Onlar deyirlər: "Duanın qəbul olma səbəblərindən biri onun sonunda Məhəmməd və onun ailəsinə salavat göndərməkdir.("Təfsirul-əşrul-axir”, s. 119)
Xoşbəxtlikdən, biz şiələr başqa vaxtlar da salavat çəkirik və bu bizi tanıtdıran ilahi şüarlardandır. Quranın bu barədəki əmrini və rəvayətləri nəzərə alaraq istər namazda, istərsə də başqa vaxtlar salavat göndərilir. İmam Sadiq (ə) buyurmuşdur: "Salavat namazı tamamlaşdırır və onsuz namaz namaz deyil.”("Urvətul-vusqa”, fəslun fi-zəkatil-fitrəti.) Sünnilərin belə bir feyzdən məhrum olmasına təəssüf edirik.
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 489 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]