Çərşənbə günü, 2024-04-24, 4:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-23, 7:21 AM
  Nə üçün biz şiələr həzrət Məhəmməd (s) ailəsinə də ("ali-Muhəmməd”) salavat göndərir, sünnilər isə yalnız Peyğəmbərin (s) özünə salavat göndərməklə kifayətlənirlər?

Cavab: Şiələr bu məsələdə sünnilərin də nəql etdikləri rəvayətə əsaslanırlar. Nəql olunur ki, həzrət Peyğəmbərdən (s) necə salavat göndərmək barədə soruşulduqda buyurdu: "Deyin "əllahummə səlli əla muhəmmədin və ali muhəmməd” Bu rəvayət sünnə əhlinin Qurandan sonra ən mötəbər kitabı sayılan "Səhihe Buxari”də nəql olunur.("Səhihe-Buxari”, dəvət kitabı, h.6357) Eyni hədis "Səhihe Müslim” kitabında da nəql edilmişdir.("Səhihe-Müslim”, namaz kitabı, h.405-406.) Sünnə əhlinə bütün namazların təşəhhüdündə, meyit namazlarında, Peyğəmbərin (s) ziyarətində, cümə namazının xütbəsində bu şəkildə salavat göndərmək tapşırılır. Dörd sünni məzhəbindən birinin imamı olan Şafei öz şerində deyir:
Allahın Rəsulunun Əhli-beytinə
Məhəbbəti Quran vacib buyurmuş.
Əhli-beytə salam göndərməyənin
Namazını dərgahından ayırmış
Sünnə əhli də şiələr tək ali-Məhəmmədə salavat göndərməli olduqları halda, bu əmrə yalnız yuxarıda sadalanan hallarda əməl edirlər. Adi halda salavat göndərən sünnə əhli yalnız Peyğəmbərin (s) adını çəkir. Əhli-beyt, xüsusi ilə də həzrət Zəhra haqqındakı hədislərə etinasızlıq təəccüb doğurur. "Səhihe Müslimin” müəllifi Müslim ibn Həccac Peyğəmbər (s) ailəsinə, xüsusən də həzrət Fatiməyə (s) məhəbbəti ilə seçilir. O, səhabələrin fəzilətlərindən danışır, hər dəfə onların adını çəkəndə hörmət və "rəziəllahu ənh” işlədir. Müəllif yalnız Fatimənin (s) adını çəkərkən "əleyhəssəlatu vəssəlam” sözlərini qeyd edir.("Səhihe-Müslim”, səhabənin fəziləti kitabı, s.1056) Olsun ki, Müslim ibn Həccac həzrət Peyğəmbərin (s) "Fatimə mənim tənimin yarısıdır buyuruğunu nəzərə almışdır. Doğrudan da, Quran Peyğəmbərə (s) salam göndərməyi əmr edirsə və Fatimə (s) Peyğəmbərin təninin yarısıdırsa, nə üçün ona salam göndərilməməlidir.
İstənilən vəchlə Əhli-beytin adını çəkməməyə çalışan sünnə əhli zəruri yerlərdə bu işə məcbur olduqda ya astadan deyir, ya da səhabələri də əlavə edərək diqqəti yayındırır. Hansı ki, sünni fiqhinə görə Məhəmməd və ali-Məhəmmədə salam göndərmədən ibadətlər və dualar qəbul olunmur.

Müəllif: Əli Ətai İsfəhani   
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 509 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]