Cümə günü, 2024-04-19, 3:16 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-22, 6:22 AM
  Nə üçün şiələr ucadan, sünnilər isə astadan salavat çəkirlər?
Cavab: Şiələrin bu məsələdə əsaslandıqları rəvayətlərdə bildirilir ki, nifaqı aradan qaldırmaq üçün salavatı ucadan deyin. Diqqətli olmaq lazımdır ki, salavatın ucadan çəkilməsi başqalarına mane olmasın, kiminsə diqqətini namaz və duadan ayırmasın, sakitlik və nizamı pozmasın. Sünnilərin astadan salavat çəkməsinin səbəbi əvvəlki sualın cavabında aydınlaşdırıldı. Onların bu işdə şiələrə qadağa qoymasının iki səbəbi var: Onların fikrincə, Peyğəmbərin (s) yanında ucadan danışmaq caiz deyil. Dəlil olaraq Quran ayəsi göstərirlər: "Həqiqətən, Allahın rəsulunun yanında astadan danışanlar ürəkləri təqva üçün sınağa çəkilənlərdir.” ("Hucurat” surəsi, ayə 3) Eləcə də, sünnə əhli birlikdə, xorla dua oxunmasını qeyri-şəri və bidət bilir.("Töhfətul-ixvan”, Ben Baz, Ben Baz, s. 134) Onlar zikr və duaların yavaşdan deyilməsini müstəhəb sayırlar. "Səhihe Müslim”də nəql olunur ki, həzrət Peyğəmbər (s) buyurdu: "Ey camaat, özünüzə gəlin, siz uzaq və eşitməyən kəsi çağırmırsınız, O sizinlədir.”("Səhihe-Müslim”, zikr və dua kitabı, fəsil 13 s.1143, hədis 2703)
ƏTRAFLI BİR MÜBAHİSƏ
Məscidün-nəbidə (Mədinədə) hörmətli bir şiə alimi məscidə daxil olarkən onu görən digər şiələr uca bir salavat çəkdilər. Məscidin məmurları bu işə mane olmağa çalışdılar. Vəhhabilərdən biri mənə yaxınlaşıb, "bu haram işin nə üçün qarşısını almırsınız” deyə, etiraz etdi. Dedim: "haramdır” demə, de ki, namaz qılanların diqqətini yayındırır, başqalarının rahatlığını pozur. Biz ruhanilər xalqa anlatmışıq ki, ümumi ibadət yerlərində belə işlər İslam əxlaqına ziddir.
Vəhhabi müsahibim öz mövqeyində israrla dayanıb, "hucurat” surəsinin 3-cü ayəsini dəlil göstərdi. Dedim: əvvəla, bu ayə əxlaq ayəsidir. Nadan və ədəbsiz adamlar Peyğəmbərə qarşı qeyri-münasib hərəkətlərə yol verdiklərindən Allah-təala onları əxlaqlı olmağa rəğbətləndirir. Bu ayə Peyğəmbərin (s) yanında səsini ucaldanlara aiddir. Peyğəmbərə (s) salavat göndərmək isə ona hörmətsizlik yox, ehtiram nişanəsidir. İkincisi, əgər ayə ucadan danışmağı qadağan edirsə, nə üçün riayət etmirsiniz. "İnsanlara yaxşı işlər görməyi əmr edir, özünüzü unudursunuz.” ("Bəqərə" 44) Üçüncüsü, ayədə Peyğəmbərin yanında səsi qaldırmaqdan danışılır. Peyğəmbərin (s) məzarından kənar yerlər isə nəzərdə tutulmur.
Vəhhabi dedi: "Biz deyilənlərə riayət edirik, astadan dua oxuyur, astadan danışırıq.” Etiraz edib, dedim: "Xeyr, riayət etmirsiniz. Azançının səsi bir neçə səs gücləndirici ilə ətrafı bürüyür, iqamədə, camaat namazında bərkdən deyir, bərkdən "amin” oxuyursunuz. Səsiniz məsciddən bayırda da eşidilir. Əgər siz "amin” deməyi dua sayırsınızsa, salavat da duadır. Ayə və rəvayətlərə görə isə dua astadan oxunsa daha münasibdir. Demək, siz "amin”i ucadan deməklə Quran və Peyğəmbər (s) sünnəsinə qarşı çıxır, öz müftiniz Əbdullah ibn Bazın dediklərinə əməl etmirsiniz.”
Müsahibim çox narahat oldu. Ətrafda xeyli adam toplaşıb, bizi dinləyirdi. Mən isə ucadan və sərt danışırdım. O, işarə etdi ki, astadan danışım. Mən onun əlini tutub cavab istəyirdim.
Dedi: "Biz hansı ayə və rəvayətə zidd hərəkət edirik?”
Dedim: "Səhər-axşam yalvararaq, səsini qaldırmadan Allaha dua et və qafillərdən olma” ("Əraf" 205) ayəsinə! Axı sizin öz kitablarınızda Peyğəmbərin (s) ucadan duanı nəhy etdiyi nəql olunur. Elə şiə mənbələrində də belə rəvayətlər var: "Ən yaxşı dua xəlvəti duadır...”("Nurus-səqəleyn" c.3, səh. 321)
Vəhhabi çıxılmaz vəziyyətdə qalıb dedi: "Mən onu bilirəm ki, peyğəmbər "amini” ucadan deməyi tapşırıb.”
Dedim: "Məgər Peyğəmbər (s) astadan dua oxumağı tapşırmaqla Quranın və öz göstərişlərinin ziddinə çıxıb? Məgər yekdil olaraq qəbul etdiyiniz müfti deməyibmi ki, uca səslə cəm halda zikr demək bidətdir?!("Tofvətul-ixvan" Ben, Baz. səh. 134) İndi de görüm, səsgücləndirici ilə azan vermək, ucadan "amin” demək bidət deyil? Siz bununla Qurana və Peyğəmbər (s) buyuruqlarına qarşı çıxmırsınızmı? Necə olur ki, istisna hallarda şiələrin cəm halda salavat çəkməsi bidət sayılır, amma sizin hər gün təkrar etdiyiniz bu işlər bidət sayılmır?!”
Söhbət bu yerə çatanda vəhhabi həmsöhbətim əlini əlimdən çəkib, sürətlə uzaqlaşdı...
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 441 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]