Cümə axşamı, 2024-03-28, 1:30 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-22, 6:19 AM
Sual : Nə üçün şiələr namazın salamından sonra üç dəfə təkbir deyir və təkbir deyərkən əllərini yuxarı qaldırırlar?

Cavab: Şiə fiqhində müstəhəbdir ki, namazın salamından sonra üç dəfə təkbir deyilsin və hər təkbirdə əllər qulaqlar bərabərinədək qaldırılsın. Ümumiyyətlə, şiəlikdə namazın birinci və sonrakı təkbirlərini deyərkən əlləri qaldırmaq müstəhəbdir. Sünnilər isə yalnız birinci təkbir, rükudan əvvəlki və sonrakı təkbir, ikinci rəkətə durarkən deyilən təkbirdə əlləri qaldırmağı müstəhəb sayırlar. (Əl-fiqhu ələl məzahibil ərbəəti, cild 1, səh-249. "Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, s.252)
Sünni müftisi ibn Baz deyir ki, yalnız bu dörd halda əlləri qaldırmaq olar.("Töhfətul-ixvan”, Ben Baz, Ben Baz, s. 90)
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 490 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]