Cümə axşamı, 2024-05-02, 0:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-22, 6:18 AM
 Nə üçün şiələr namaz vaxtı qarşılarından keçən adama mane olmadıqları halda, sünnilər bu işə sərt şəkildə əks-əməl göstərirlər?

Cavab: Şiə fiqhinə görə, gəliş-gediş olan yerdə namaz qılan şəxs müstəhəbdir ki, qarşısına təsbeh kimi bir şey qoymaqla arakəsmə yaratsın. Namaz qılanın bundan başqa vəzifəsi yoxdur. Sünnə əhlinin bir hissəsi isə namaz qılanın qarşısından keçməyi haram bilir, bəzən isə bu namazı batil sayırlar.("Səhihe-Buxari”, namaz kitabı, fəsil 100-101) Hənəfilər və malikilər bildirirlər ki, qarşıdan keçənə mane olmaq lazımdır. Namaz qılanın qarşısından keçməyi şafeilər haram, hənbəlilər isə məkruh sayırlar və deyirlər ki, qarşıdan keçənə işarə ilə mane olmaq lazımdır.("Əl-fiqh ələl-məzahibil-ərbəə”, c. 1)
Möminlərə tövsiyə olunur ki, sünnə əhlinin etiqadına hörmətlə yanaşıb, namaz halında onların qarşısından keçməsinlər. Əgər bir sünni müsəlman bu işə görə sizə etiraz edərsə, bu etirazı qərəzli saymayın. Qeyd etməliyik ki, Məscidül-həram və Məscidün-nəbidə böyük izdiham olduğundan sünnilər həmin yerlərdə namaz qılanın qarşısından keçməyi caiz sayırlar.("Töhfətul-ixvan”, Ben Baz, s. 88)

Vəhhabi suallarına cavablarımız  

Müəllif: Əli Ətai İsfəhani    
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 523 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 GADİR   (2012-10-22 2:24 PM) [Daxil et]
Salam Aleykum.
Bismillahir-Rəhmanir-Rəhim.
Pegəmbər(s.ə.s) və onun mübarək pak əhli beytindən Allahummə salli əla Muhammədin və ali Muhamməd.
Bütün rəvayətlərdə geyd edilirki namaz vaxti diqqətli olmaq və ciddi şəkildə xəbərdarliq edilir-(İmam Əli s.)- Amandi,amandi, namazi yüngül saaymayin!)
Namaz qilarkən bacardiqca xəlvəttə olmaq daha yaxşidir, bəs məs4itdə olan zaman o xəlvətlik hardandir, ona görə insanin gəlbi-düşüncəsi və əlməli namaza yönəlməlidir, çox rast gəlib bir şəxs ibadədtə olarkan kimsə ona tərəf yaxinlaşanda əlini dəmir yolunda olan şlagbauma bənzər gələnin yolunu kəsir, o zaman həmin ibadəd edənin fikiri zikiri Allahdadir yə qarşisindan keçəndə!?,və yaxud bir barmaqla işarə olunur sağa-sola tərpədməklə, Ay Şeytan bax aaa mənə yaxin gəlmə,hay hay o şeytanda osaatca durdu qaşdi. İnsanin niyyəti hara əməlidə ora!
KİM ÖZ İBADƏTİNƏ HÖRMƏTLƏ YANAŞARSA ƏTRAFİNDA İBADƏD EDƏNƏDƏ HÖRMƏTLİ OLAR. Birisi ibadətini bitirdikdən sonra yaxşi olarki öz qardaşina yardimçi olsun mane olanin qarşidan gələnlərin yolunu kəssin, bu olar həm əxlaq cəhətdən qözəl əməl həm öz din Qardaşina hörmət!
[/b][/u](SAD-29)“(Yа pеyğәmbәr! Bu Qur’аn) sәnә nаzil еtdiyimiz mübаrәk (хеyir-bәrәkәtli) bir kitаbdır ki, (insаnlаr) оnun аyәlәrini düşünüb dәrk еtsinlәr vә аğıl sаhiblәri dә (оndаn) ibrәt аlsınlаr!”
(ƏL*MU`MİNUN-9). Və o kəslər ki, namazlarını (tam və kamil olması baxımından) qoruyurlar.
10. Onlardır varislər!
ƏL*MU`MİNUN-9 VƏLLƏZİNƏHUM *ƏLA SƏLƏVATİHİM YUHAFİZİN.
10.ULAİKƏ HUMUL VARİSUN.

Allah ibadətlərinizi gəbul edsin!
Salamun Aleykum və Rəhmətullahi və Bərəkətuh.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]