Cümə günü, 2024-03-29, 12:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-22, 6:13 AM
Sual : Nə üçün şiələr Məscidün-nəbidə sünnilərə nisbətən Quran oxumağa daha az məşğul olurlar?

Cavab: Etiraf etməliyik ki, şiələr onlara tövsiyə olunduğu qədər Quran oxumurlar. Ziyarət və digər işlərə Quran oxumaqdan daha çox vaxt ayırılır. Amma bu münasibətin digər səbəbləri də var:
Kəbədə Quran qiraəti məclisi təşkil etmək üçün şiələrə mane olunur.
Əksər şiələr qeyri-ərəb olduqlarından Quranın mənasını anlamır və yalnız savab xatirinə Quranı oxuyurlar. Onlar bildirirlər ki, Quran həmişə bizimlədir, amma Peyğəmbər (s) və Əhli-beytin ziyarətinə hər vaxt nail olmaq olmur.
Mühüm səbəblərdən biri budur ki, çoxları Quran oxumağın, xüsusilə də onun nazil olduğu yerdə bu işə məşğul olmağın dəyərini anlamır, mənasız söhbətlərlə vaxt keçirirlər.

YADDAŞ
Qeyd etməliyik ki, Məscidül-həramdan sonra ən fəzilətli məscid Məscidün-nəbidir. Orada qılınan namaz başqa məscidlərdə qılınan on min namaza bərabərdir. Rəvayətlərdən məlum olur ki, namaz və ziyarət məqsədi ilə o müqəddəs məkanda olmaq xüsusi savaba malikdir.
İmam Sadiq (ə) buyurur: " Məscidün-nəbidə gücünüz çatdığı qədər namaz qılın. Bu sizin üçün çox xeyirlidir. İnsanlar dünya işində zirəklik göstərənləri tərif edirlərsə, görün axirət işində zirəklik göstərənlərin tərifi nədir.”("Vəsailüş-şiə”, c. 10, s. 274, fəsil 11, hədis 2.)
Bir şəxs nəql edir ki, imam Sadiq mənə belə buyurdu: "Peyğəmbər (s) məscidində nə qədər bacarırsansa çox namaz qıl. Bu şərif məkanə gəlmək hər vaxt mümkün olmur.”(Həmin mənbə, c. 10, s. 264, fəsil 4, hədis 6.)
Sünnə əhlinin daha çox Quran oxuması həqiqətdir və bunun bəzi səbəbləri var:
Sünnə əhlinin əksəri ərəb olduğundan Quranın mənasını anlayır. Bu səbəbdən də onlar Quran oxumaqdan daha çox ləzzət alırlar.
Şiələrdə hər namazdan sonra məxsus dualar var. Sünnilərdə belə dualar olmadığından onlar daha çox Quran oxuyurlar.
Sünnilər, xüsusi ilə də vəhhabilər ziyarətə bir o qədər də əhəmiyyət vermirlər. Vəhhabi böyüklərindən biri deyir: "Mən neçə illər ardıcıl peyğəmbər məscidinə getsəm də, bir dəfə olsun belə peyğəmbərə salam vermədim, onu ziyarət etmədim.”
Belə görünür ki, başqa məzhəblərin Quran oxumağa daha çox imkanları olur.



Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 535 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1
Total comments: 2
0  
2 GADİR   (2012-12-08 8:13 AM) [Daxil et]
clover hooray Salam aleykum.ƏHSƏN!!! clover

0  
1 GADİR   (2012-12-08 8:11 AM) [Daxil et]
clover up Salam aleykum. ƏHSƏN!!! clover

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]