Şənbə günü, 2024-04-27, 6:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-22, 6:08 AM
Sual : Şiələrlə sünnilər arasında ixtilaf nə vaxtdan başlamışdır?

Cavab: Zahirən bu ixtilaf Allahın Rəsulu (s) ölüm yatağında yatdığı zamandan başlamışdır. Həmin vaxt Həzrətin yanında Ömər də daxil olmaqla bir dəstə adam toplaşmışdı.
Sünnilərin mötəbər kitabı "Səhihe Buxari”də azca fərqlə yeddi dəfə nəql olunmuş bir rəvayət var. Rəvayətdə deyilir: "Peyğəmbər (s) xəstə halda ikən buyurdu: "Mənə qələm-kağız verin, bundan sonra azmamağınız üçün bəzi sözlər yazım.” Ömər ibn Xəttab dedi: "Xəstəlik peyğəmbərə qalib gəlmişdir. Allahın kitabı varsa bu kitab bizə kifayətdir.” Ömərin bu sözlərindən sonra orada olanlar arasında ixtilaf düşdü. Kimi kağız gətirilməsini istədi, kimi də Ömərin sözlərini təkrarladı. Peyğəmbər (s) buyurdu: "”Qalxın və uzaqlaşın, mənim yanımda didişməyiniz yaxşı iş deyil.” İbn Abbas bayıra çıxıb ağladı və dedi: "Bütün bəlalar buradan başladı ki, Peyğəmbəri (s) yazmağa qoymadılar...” Qeyd etdik ki, bu rəvayət yeddi dəfə nəql olunmuşdur: "Kitabətul-elm”(s. 25, h. 114), "Cəvizul-vəfd”(s. 504, h. 3053), "İxracul-yəhud”(s. 527, h. 3168), "Mərəzun-nəbi”(s. 754, h. 4431), "Mərəzun-nəbi”(s. 554, h.4432), "Əl-mərəz”(s. 1004, h.5669), "Kərahətul-ixtilaf”(s. 1266, h.7366)
Nümunə olaraq bu rəvayətlərdən birini ("Səhihe-Buxari”, kərahiyyətul-ixtilaf, s.1266, h.7366) olduğu kimi nəzərinizə çatdırırıq:
İbn Abbas deyir: Allahın Rəsulu (s) ehtizar (canvermə) halında olarkən onun evində Ömər ibn Xəttab da daxil olmaqla bir qrup adam vardı. Həzrət (s) buyurdu: "Kağız gətirin, bundan sonra yolunuzu azmamağınız üçün sizə bir şey yazım.” Ömər dedi: "Dərd Peyğəmbərə (s) qalib gəlmişdir, sizin Quranınız var və bu bizə kifayət edər.” Evdə olanlar arasında ixtilaf düşdü, onlar didişməyə başladılar. Bəziləri "Peyğəmbərə yaxınlaşın, o, azmamağımız üçün bir şey yazsın” deyir, bəziləri isə Ömərin sözlərini təkrarlayırdılar. Səs-küyün artdığını görən Peyğəmbər (s) buyurdu: "Qalxın, məndən uzaqlaşın.” Həqiqətən də, peyğəmbərlə (s) ixtilafın qarşısını alacaq yazı arasında maneə yaradılan andan müsibətlər başladı.”
Bu rəvayət sünnilərin ən mötəbər kitablarında nəql olunmuşdur. Kitablardan birinin müqəddiməsində yazılır: "Səhihe-Buxari” Qurandan sonra İslamın əsas kitabıdır.” Elə bu kitabda nəql olunmuş həmin rəvayət bir neçə inkarolunmaz həqiqəti sübuta yetirir:
Həzrət Peyğəmbər (s) yatağı ətrafına toplaşanları, eləcə də bütün müsəlmanları azmaq təhlükəsi qarşısında görürdü.
Məktub yazılmadığı üçün həzrətin (s) ətrafındakılar azğınlıqdan yaxa qurtara bilmədilər, çünki yalnız bu məktub azğınlığın qarşısını ala bilərdi
Həmin gündən ixtilafın bünövrəsi qoyuldu;
həmin gün ilk çəkişmə və düşmənçilik baş verdi;
bu didişmələr Həzrəti (s) o qədər narahat etdi ki, orada olanları rədd etdi
Bu macərayə şahid olan, yazılacaq məktubun əhəmiyyətini dərk edən, bu vəziyyətə ağlayan, bu hadisənin gələcəkdə İslam və müsəlmanlara problem yaradacağını anlayan İbn Abbas bildirir ki, bütün müsibətlər Peyğəmbərin (s) bu məktubu yazmasına maneçilikdən doğdu.
Bəli, bütün ixtilaflar, çəkişmələr, savaşlar məhz Ömərin sözlərindən rişələndi.

MÜBAHİSƏ
Sünnə əhlindən bir nəfər kobud şəkildə mənə müraciətlə dedi: "Siz hamınız azğınlıq içindəsiniz və bunun müqəssiri alimləriniz, xüsusilə də "Üsule-Kafi”nin müəllifi Kuleyni, "Bihar”ın müəllifi Məclisidir.” Dedim müsəlmanları doğru yoldan azdıranlar Allahın mərhəmətindən uzaq olsun. Soruşdum ki, müsəlmanları zəlalətə salıb azdıranı tanımağa, ona lənət oxumağa hazırsanmı? Razılığını bildirdi.
Dedim "Səhihe-Buxari”ni ən mötəbər kitab hesab edirsiniz. Qurandan sonra ən etibarlı saydığınız bu kitabda belə bir rəvayət yeddi şəkildə nəql olunub ki, Peyğəmbər (s) ölüm yatağında olarkən özündən sonra müsəlmanlara yol göstərmək üçün yazmağa kağız istədi. Oradakılardan biri bu işə mane olub dedi ki, peyğəmbərə xəstəlik qalib gəlib və bizə Quran bəs edər. Bu söz ixtilaf yaratdı və Peyğəmbərə (s) kağız verilmədi. Sən həmin bu şəxsi tanıyıb, ona lənət oxumağa hazırsanmı? Səncə, müsəlmanları azğınlığa salan bu şəxs olmadımı?
Müsahibim susdu. Dedim ki, get "Səhihe-Buxari”ni oxu, gör bu şəxs Kuleyni və Məclisidir, yoxsa başqası.
Həmsöhbətim dedi: "Peyğəmbər (s) bu adamlar getdikdən sonra kağız istəyə bilərdi, bəs nə üçün belə etmədi?
Dedim: "Peyğəmbərə (s) xəstəlik qalib gəlib” deyən şəxs artıq şübhə toxumunu səpmişdi. Peyğəmbər (s) bu məktubu yazsaydı da bir çoxu onu etibarlı hesab etməyəcəkdi.
Həmsöhbətim başını aşağı salıb, susdu.

DİGƏR BİR MÜBAHİSƏ
Başqa iki sünni ilə söhbət zamanı mən uyğun rəvayətə işarə edib dedim: siz sünnə əhli şiələri "rafizi”, yəni "dönük, azğın” adlandırırsınız. Amma böyüklərinizdən soruşmursunuz ki, azğınlıq və ixtilaf toxumunu kim səpip, Peyğəmbərə (s) son sözü yazmağa kim mane olub? Həmin şəxsi qınamaq əvəzində onu tərif edirsiniz və onun günahlarını şiələrin hesabına yazıb lənət oxuyursunuz.
Dedilər ki, müsəlmanlar arasında ixtilaf toxumu səpənə lənət olsun. Dedim ki, "Səhihe-Buxari”nin "qəvlul-məriz” və "qumu ənni” fəsillərinə müraciət edin və görün ki, Peyğəmbər (s) ölüm yatağında olarkən onun yanında kimlər var idi, Peyğəmbərə (s) son söz yazmaqda kim mane oldu, İbn Abbas nə üçün ağladı?
Nədən söhbət getdiyini anlayıb dedilər: "Hər nə olubsa da, müsəlmanlar Allahın kitabı və Peyğəmbər (s) sünnəsinə əməl etməlidirlər.”
Dedim: Əvvəla biz şiələr inanırıq ki, Allahın kitabı və Əhli-beyt yolu ilə nəql olunmuş Peyğəmbər (s) sünnəsinə əməl olunmalıdır. Amma bu sözlər Ömərin "Allah kitabı bizə bəs edər” sözlərinə ziddir. Çünki o Peyğəmbərin (s) sözünə ehtiyac duymamışdır. İkincisi, əgər Ömərin dediyi kimi, Allahın kitabı bəs edirdisə, nə üçün ixtilaf yarandı? Nə üçün hətta səhabələr arasında fikir ayrılığı yarandı? Məgər Əli (ə) Peyğəmbərin (s) xəlifəsi, Təlhə, Zübeyr və Müaviyə səhabə deyildimi? Məgər Aişə Peyğəmbərin (s) xanımı deyildimi? Yoxsa Peyğəmbər (s) Quranı özü ilə aparmışdı? Əgər Quran kifayət edirsə, nə üçün Peyğəmbər (s) sünnəsinə üz tutur, özünüzü sünnə əhli sayırsınız?
Dedilər: "Hər nə olubsa da, biz ilkin müsəlmanlar və "la ilahə illəllah, Muhəmmədun rəsulullah” deyənlər haqqında pis danışmamalıyıq.”
Dedim: Əgər müsəlman haqqında pis danışmaq caiz deyilsə, nə üçün inamını sübut edən şiələr haqqında pis danışır, onları müşrik sayırsınız? Müsəlmanları iki yerə parçalayana nifrin olsun! Hələ İran şiələrini nə vaxtsa atəşpərəst olduqları üçün qınayanlar da var. Dedilər ki, bu sözlərə görə narahat olmayın, axı siz, doğrudanda, atəşpərəst olmusunuz.
Dedim: Onda siz də nə vaxtsa bütpərəst olmusunuz. Məgər Quranda iranlıları atəşpərəstliyə görə məzəmmət edən ayə var? Amma siz ərəbləri bütpərəstliyə görə məzəmmət edən ayələr var: "Ərəblər "biz iman gətirdik”, dedilər. De ki, siz iman gətirmədiniz. "İslamı qəbul etdik”, deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır”("Hucurat”, 14); "Ərəblər küfr və nifaq baxımından daha pis, Allahın öz rəsuluna nazil etdiyi hökmü bilməməyə daha layiqdirlər” ("Tövbə”, 98)
Dedilər ki, təfsirə baxın, bu ayələr bədəvi ərəblərə aiddir.
Dedim, bəs bu ayəyə nə deyirsiniz: "Ətrafınızdakı bədəvilər və Mədinə əhli arasında nifaqı özünə adət etmiş münafiqlər var...”("Tövbə”, 101)
Çox narahat oldular və dedilər ki, bu ayələrin zahirinə baxıb nəticəyə gəlmək olmaz.
Dedim: siz də şiələrin bəzi əməllərinə baxıb, onlar haqqında müşrik hökmü çıxarmamalısınız. Əgər şiələr imamların qəbri kənarında namaz qılırlarsa, araşdırma aparmadan onları ittiham etməməlisiniz. Nə üçün məktəblərinizdə uşaqlara və gənclərə şiəliyə zidd mövzular öyrədirsiniz. Onlar şiə gördükdə ona qəzəblə baxırlar.
Hiss etdim ki, xəcalət çəkirlər. Dedilər ki, müsəlmana töhmət vurmaq caiz deyil, həm də ayələri anlamaq üçün təfsirə müraciət etmək lazımdır.
Dedim: Qəbul edin ki, Quranın kafir və münafiq ünvanı ilə müraciət etdiyi adamlar ərəblərdir. Amma sizin mötəbər kitabınız "Səhihe Müslim”də belə bir rəvayət nəql olunub:
"Cumuə” surəsi nazil olanda Allahın Rəsulu (s) bu ayəni oxudu: "Ərəblərdən başqa, hələ onlara qoşulmayanlara da Peyğəmbər (s) göndərmişdir.”("Cumuə”, 3) Oradakılardan biri soruşdu ki, "ərəblərdən başqa” dedikdə kim nəzərdə tutulur? Həzrət (s) bir qədər susdu... Sonra əlini Salman Farsinin çiyninə qoyub buyurdu: "Əgər iman ulduzpərəstlərə ("surəyya”) çatsa, bu qismdən kişilər ona sahib olarlar”("Səhihe Müslim”, fəzailus-səhabə, s.1090, hədis 2546.). Həmin kitabda Əbu Hüreyrənin nəql etdiyi başqa bir rəvayət də var. Xəbər verilir ki, Peyğəmbər (s) buyurdu: "Əgər din ulduzpərəstlərə ("surəyya”) çatsa, farslardan bir kişi ona sahib olar."(həmin mənbə, səh-1090, hədis 2547.) İndi deyin Ərəbistanda çap olunmuş kitabı gətirim, yoxsa qəbul edirsiniz? Dedilər ki, qəbul edirik doğrudur, amma iranlılar dində olmayan işlər görür, qəbir üstə günbəz tikir, şam yandırırlar.
Dedim: Bu işlər şirk yox, şiə fiqhində müstəhəbdir. Həm də bu işləri təkcə şiələr yox, sünnə əhli olan Misir, Livan, İraq və başqa ölkələrin müsəlmanları da görürlər. Nə üçün gözünüz təkcə bizi görür? Dedilər ki, vəhhabilərin şiəlikdə bidət və haram saydığı işləri qabartmaq bizim yox, böyüklərimizin təfsiridir...
Bu adamlarla sonra da qarşılaşdım. Allaha həmd olsun ki, xoş münasibət göstərdilər.

Vəhhabi suallarına cavablarımız   

Müəllif: Əli Ətai İsfəhani  
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 562 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]