Cümə günü, 2024-04-26, 4:17 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-22, 5:59 AM
Nə üçün şiələr mübarək ramazan gecələrinin müstəhəb namazlarını cəm halda qılmırlar?

Cavab: Şiə fiqhində müstəhəb namazı cəm halda qılmaq bidət və haramdır. Ramazan gecələrinin müstəhəb namazları ilə digər müstəhəb namazlar arasında bu məsələdə fərq yoxdur. Sünnilər isə həmin namazları cəm halda qılır və "təravih” namazı adlandırırlar.("Səlatul-mumin" Əl-Qəhdani, səh.346) Onların iki mötəbər kitabında bildirilir ki, Peyğəmbər (s) dövründə, Əbu-Bəkrin hakimiyyəti zamanında, Ömər hökuməti vaxtı təravih namazı cəm halda qılınmamışdır.(Səhihe-Buxari, səlatut-tərahiv, səh.322, hədis; 2013)
Ömər bir dəfə məscidə daxil olarkən adamların pərakəndə halda namaz qıldığını, bir dəstə adamın isə cəm halda namaza durduğunu görür. Qərara gəlir ki, hamı cəm halda namaz qılsa, daha yaxşı olar və bu barədə göstəriş verir. Səhəri gün məscidə daxil olanda hamının cəm halda namaz qıldığını görüb deyir: "Bu yaxşı bir bidətdir.”(Həmin mənbəə, səh.322, hədis: 2009, 2012)
Onlara məxsus bəzi rəvayətlərdə isə nəql olunur ki, həzrət Peyğəmbər (s) iki-üç gecə nafilə namazını məsciddə qıldı və bir dəstə müsəlman ona iqtida etdi. Növbəti gecələrdə adamlar artsa da, həzrət nafilə namazı üçün məscidə gəlmədi və sübh namazında belə buyurdu: "Mən cəmiyyətin artdığını gördüyüm üçün gəlmədim. Qorxdum ki, gecə nafiləsini cəm halda qılmaq sizə vacib olar.” Nə qədər ki, Peyğəmbər (s) sağ idi, nafilələr cəm halda qılınmadı.(Həmin mənbəə, səh.322, hədis; 2010)
Başqa bir mənbədə həmin rəvayət başqa bir məzmunda nəql olunur: "Cəm halda qılınması müstəhəbdir. Lakin səhabələr dövründə artırılıb, iyirmi rəkət qılınmışdır. Ömər ibn Əbdül-əziz dövründə bir daha artırılaraq, otuz altı rəkətə çatdırılmışdır. Amma şərən iyirmi rəkətdir. Müstəhəbdir ki, ramazan ayının sonunadək təravih namazında bütün Quran oxunsun.(Əl-Fiqh ələl məzahibil-ərbəə,c.1, səh.303)
Xatırlatmalıyıq ki, Peyğəmbərin (s) üç gecə qıldığı nafilələr ramazan ayına təsadüf etmir. Bu nafilələr on bir rəkətdən çox olmamışdır. Eləcə də Ömər bu işin (bidətin) onun tərəfindən həyata keçirildiyini bildirir. Onun sözlərindən məlum olur ki, bu hökmü verərkən həzrət Peyğəmbərə (s) istinadən etməmişdir. Bundan əlavə, Ömər deməmişdi ki, nafilə iyirmi rəkət qılınmalıdır və bir Quran xətm olunmalıdır.
Bəli, vəhhabilər bir şəxsin istəyi əsasında bidət edir, amma təbərrük qəsdi ilə deyilən "əliyyən vəliyyullah” sözlərinə görə şiələri müşrik sayırlar. "Həqiqətən, bu təəccüblü bir şeydir.”("Sad" 5)

Müəllif: Əli Ətai İsfəhani 

Vəhhabi suallarına cavablarımız 
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 485 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]