Cümə günü, 2024-04-26, 11:45 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-22, 5:58 AM
Nə üçün şiələr sünnilərdən fərqli olaraq, Peyğəmbər (s) əhli-beytini məsum sayırlar?

Cavab: Şiələr bir çox əqli və nəqli dəlillərə əsasən, Peyğəmbər (s) Əhli-beytini (ə), imamları məsum hesab edirlər. Sünnə əhlinin inkar edə bilməyəcəyi bir dəlil isə budur: "Ey əhli-beyt, Allah fəqət sizdən çirkinliyi yox etmək, sizi pak etmək istəyir.”("Əhzab”, 33) "Səhih Müslim"də nəql olunur ki, Ayişə dedi: "Bir gün Peyğəmbər (s) əynində qara yun əba hücrədən çıxdı. Əli oğlu Həsən Həzrətə yaxınlaşdı və həzrət onu əbasının altında aldı. Sonra Hüseyn (ə), daha sonra isə Fatimə və Əli əbanın altına daxil oldular. Həzrət (ə) buyurdu: "Ey əhli-beyt, Allah fəqət sizdən çirkinliyi yox etmək, sizi pak etmək istəyir.”("Səhih Müslüm", fəzailu-əhli-beyt, səh. 1049, hədis 2424.)
Əhməd ibn Hənbəlin "Müsnəd"ində nəql olunur: "Peyğəmbər (s) altı ay müddətində sübh namazı üçün Fatimənin qapısından keçər və deyərdi: "Namaz! Ey əhli-beyt, Allah fəqət sizdən çirkinliyi yox etmək, sizi pak etmək istəyir.”("Müsnəd”, c. 4, səh. 568, hədis 1442)
"Səhih Müslim"də nəql olunur:
"Zeyd ibn Ərqəm dedi: "Bir gün Peyğəmbər (s) Məkkə və Mədinə arasındakı "Xumm” adlanan su kənarında xütbə oxudu və Allaha həmd-sənadan sonra buyurdu: " Ey camaat, mən bir bəşərəm, tezliklə Allahın məmuru gələr və mən onun dəvətini qəbul edərəm. Mən sizin üçün iki qiymətli əmanət qoyub gedirəm: biri hidayət və nur olan Allah kitabı, digəri isə mənin əhli-beytim...” Həzrət bu cümləni üç dəfə təkrar etdi. Əhli-beyt (ə), and olsun Allaha ki, həzrətin arvadları deyil. Qadın bir vaxt ərdə olub, boşanaraq atasının yanına qayıda da bilər. Əsil kişinin əhli-beyti onun kökü, ardıdır. Əhli-beyt o kəslərdir ki, Peyğəmbərdən (s) sonra sədəqə onlara haramdır.”
"Zeyd ibn Ərqəmdən soruşdular ki, Peyğəmbərin (s) sifariş etdiyi əhli-beyt kimdir? Dedi: Əhli-beyt (ə) sədəqənin haram edildiyi Əli (ə) ailəsidir.”("Səhih Müslüm", fəzailu-Əliyyibni Əbi Talib, səh. 1043, hədis 2408.)
Şərif ayədən və mötəbər sünni kitablarında nəql olunmuş rəvayətlərdən məlum olur ki, Allah-taala Peyğəmbər (s) əhli-beytini paka çıxarmaq istəmişdir. "Səqəleyn” hədisində həzrət Peyğəmbər (s) əhli-beytin adını Qurani-kərimlə yanaşı çəkir, hər ikisini xalqa Allahın dəlili kimi tanıtdırır.
Quran xətadan uzaq olduğu kimi, Əhli-beyt də xətadan uzaqdır. Bütün deyilənləri əsas götürərək, şiələr Əhli-beyti məsum, günahsız sayırlar.
Amma sünnə əhlinin qəbul edib, könül verdiyi adamların hər biri açıq-aşkar nöqsanlıdır, bəziləri isə hətta şirk və küfrə yol vermişdir. Əbu Bəkr və Ömərin bir vaxt bütpərəst olduğu kimsədə şübhə doğurmur. Ayişə kimi bir qrup müsəlmanlar isə Allahın göstərişlərinə zidd hərəkətlər etmişlər. Ayişə Allahın əmrinə itaət edib, evdə oturmaq əvəzinə Peyğəmbərin (s) xəlifəsi, dövrün imamı Həzrət Əliyə (ə) qarşı çıxmış, Cəməl döyüşünə rəhbərlik etmişdir. Cəməl döyüşü müsəlmanlar arasında baş vermiş ilk döyüşdür və bu döyüşdə minlərlə müsəlman qətlə yetirilmişdir. Təlhə də Zübeyr də, Müaviyə də eyni cür hərəkət etmiş, böyük günahlara batmışlar. Sünnə əhli nə bu adamların günahını, nə də Əhli-beytin paklığını inkar edə bilər.

QISA BİR MÜBAHİSƏ
Onlardan biri Məscidün-nəbidə mübahisə əsnasında dedi: "Siz hansı əsasla Əhli-beyti məsum hesab edirsiniz?” Dedim: "Sən həzrət Zəhranın (Fatimənin) bir günahını, Həzrət Əlinin (ə) bir xilaf işini deyə bilərsənmi? Bəlkə imam Hüseynin bir xətasının adını çəkəsən? Amma Əbu-Bəkrin və Ömərin bir ömür bütpərəst olduğunu, Aişənin və Müaviyənin böyük günahlarını inkar edə bilməzsən.” "Təthir” ayəsində və "Səqəleyn” hədisini oxuyub, "bunlardan böyük dəlilmi istəyirsən” soruşdum. Bir kəlmə də danışmayıb, uzaqlaşdı.

  Müəllif: Əli Ətai İsfəhani 
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 494 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]