Bazar günü, 2024-05-05, 6:16 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-22, 5:56 AM
Nə üçün şiələr "Məfatihul-cinan” və sair dua kitablarını qəbul edib oxuyur, sünnilər isə günah imiş kimi bu işə etiraz edirlər?

Cavab: Sünnə əhli, xüsusi ilə də vəhhabilər dua və ziyarətə bir o qədər də əhəmiyyət vermirlər. Məsumlardan nəql olunmuş dualardan uzaq gəzən bu adamlar dua və minacatın, ziyarətin ləzzətindən məhrumdurlar. Əgər onlar tövhid və günahların tövbəsindən danışan "Kumeyl”, "Xəms əşərə”, "Əbu-həmzə” kimi duaları oxusaydılar, sözsüz ki, münasibətləri dəyişərdi. Amma onlar bu işdə ilahi yardımdan məhrumdurlar. "Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir.”("Bəqərə”, 7)Vəhhabilər daha çox "Məfatihul-cinandakı, "Aşura ziyarəti”ndən narahat olurlar. Bu narahatlıq birinci, ikinci və üçüncü lənətlərdən, eləcə də Əbu-Sufyan və Müaviyənin lənətlənməsindən yaranır.
MÜBAHİSƏ
Məscidün-nəbidə olarkən əlimdə "Məfateh” vardı. Bu kitabı tanıyan vəhhabi məmuru onu əlimdən alıb, "Aşura ziyarətini” açdı və dedi: "Birinci, ikinci və üçüncü” deyə lənətlədiyiniz şəxslər kimdir?” Dedim: "Onları tanımağımız zəruridirmi?” Dedi: "İnsan tanımadığı adamları necə lənətləyə bilər?” Dedim: ”Müsəlmanlar beş vaxt namazda "qəzəbə düçar olmuşlar, yolunu azmışlar” ifadələrini işlədirlər. Məgər biz həmin adamları tanıyırıq?” Dedi: "Xeyr, onların əksərini tanımırıq. Amma namazda bu sözləri demək əmr olunub.” Dedim: "Bu da əmr olunmuş bir ziyarətdir və mənasını bilməsək də oxumalıyıq.” Dedi: "Bu ziyarətdə Müaviyəni lənətləyirsiniz. Bilmirsinizmi, Peyğəmbər (s) səhabələrini lənətləmək günah və haramdır?” Dedim: "Əvvəla, Peyğəmbərin (s) səhabələri və xəlifəsi ilə vuruşmaq lənətdən də böyük günahdır. Hamı bilir ki, Müaviyə Peyğəmbərin (s) xəlifəsi Həzrət Əli (ə) ilə vuruşmuşdur. Oğlu Yezid Hüseyni (ə) şəhid etdiyi tək, Müaviyə də bacarsaydı Həzrət Əli (ə) qətlə yetirərdi. Şiələr lənət oxumağı Müaviyədən öyrənməyiblərmi? Mötəbər saydığınız "Səhih Müslim"də nəql olunur ki, Müaviyə Səy adlı bir nəfərdən Həzrət Əliyə (ə) lənət oxumasını istədi. Səy dedi ki, mən heç vaxt Əliyə lənət demərəm, çünki Peyğəmbər (s) Əli haqqında dediyi üç sözü mənim haqqımda desəydi, bu qırmızı dəvədən də üstün olardı:
1.Həzrət Peyğəmbər (s) müharibəyə gedərkən Əlini öz yerində canişin qoydu. "Məni qadın və uşaqlarlamı qoyursan?”–deyə Əli (ə) soruşdu. Peyğəmbər (s) buyurdu: "Harun Musaya necə idisə, mənim üçün elə olmaq istəmirsənmi?”
2.Həzrət Peyğəmbər (s) Xeybər döyüşündə buyurdu: "Sabah cihad bayrağını bir şəxsə verəcəyəm ki, Allah və rəsulunu sevir, Allah və rəsulu da onu sevir.” Səhəri gün həzrət Peyğəmbər (s) Əlini yanına çağırdı. Əlinin gözləri ağrıyırdı. Peyğəmbər (s) mübarək ağzının suyundan Əlinin gözlərinə çəkdi və bayrağı ona verdi. Allah-taala Əliyə qələbə nəsib etdi.
3.Mübahilə ("De ki, biz də övladlarımızı, siz də övladlarınızı çağıraq.”)("Ali-İmran”, 61) ayəsi nazil olarkən Peyğəmbər (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni çağırıb, "xudaya, bunlar mənim əhlimdir”, buyurdu.("Səhih Müslüm", səh. 1041, hədis 2404.)
Bu rəvayəti nəql etdikdən sonra vəhhabi məmura dedim: "Sizin kitablarda bu məzmunda rəvayətlər çoxdur. Həmin rəvayətlərdə Həzrət Əlinin (ə) məqamı və cihadı təsdiq olunur. Həmin rəvayətlərdə məlum olur ki, Müaviyə və Ali-Mərvan Peyğəmbərin (s) xəlifəsini və səhabələrini ardıcıl şəkildə lənətləmişlər. Əgər şiələr Müaviyə və Ali-Mərvanı lənətləyirsə, bunun kökünü onların özündə axtarmaq lazımdır.” Söhbətin bu yerində müsahibim əlindəki "Məfateh”i bağlayıb, dedi: "Əbu-Bəkr fəzilətlidir, yoxsa Əli? Dedim: "Bu məsələni Allah-taala Quranda bəyan edib: Allah malları və canları ilə vuruşanları evlərində oturanlardan üstün tutmuşdur.”("Nisa”, 95) Başqa bir ayə: "Allah sizlərdən iman gətirənləri və alimləri yüksək yüksək dərəcəli etmişdir.”("Mücadilə”, 11) Həzrət Əlinin (ə) mücahidliyi və elmi məqamı hamıya məlumdur. Həmin iki ayəyə əsasən Əlini (ə) başqalarından üstün tuta bilərik.” Müsahibim Bilal və başqalarının adından nəsə demək istəyirdi ki, sözünü kəsdim və dedim: "Mən Allah və onun rəsulunun buyuruqlarını danışıram, sən isə Bilal və başqalarından. Zəruri dəlillər gətirildi, sənin üçün höccət tamam oldu. Allah qarşısında heç bir üzrün olmayacaq!”

Müəllif: Əli Ətai İsfəhani

Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 452 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]