Bazar günü, 2024-05-05, 5:09 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-20, 11:42 PM
Nə üçün sünnilər cümənin sübh namazında birinci rəkətin gedişində səcdəyə gedib qalxır və sonra surənin ardını oxuyurlar?
Cavab: Sünnə əhli "Səhih Buxari” və "Səhih Müslim"dəki bir rəvayətə əsasən, namazda vacib səcdəsi olan surənin oxunmasını caiz hesab edirlər. (Səhih Buxari, Kitabul əzan, hədis 766 və 768.) ;("Səhih Müslim”, Kitabul-məsacid, hədis 578); Onlar adətən, cümənin sübh namazında səcdəli surə oxuyur, səcdə ayəsinə çatdıqda səcdəyə gedir, sonra qalxıb, namazı davam etdirirlər. Şiə fiqhinə görə isə vacib səcdəsi olan dörd surəni vacib namazlarda oxumaq olmaz. Əgər şiələr sünnilərlə birlikdə namaz qıldıqda onlar kimi səcdəyə gedərlərsə, vacib ehtiyata görə namazı təzələməlidirlər.

İKİ YADDAŞ
1.Adətən, cümə günü sübh namazının birinci rəkətində sünnilər vacib səcdəsi olan surə oxuyurlar. Möhtərəm ruhanilər cümə axşamları ziyarətçilərə bu barədə məlumat versələr, yaxşı olar. Ziyarətçilər sünnə əhlinin bu namazına onlar səcdə edib qalxdıqdan sonra qoşula bilərlər. Belə olsa, namazı təzələməyə ehtiyac qalmaz.
2.Sünnilərin səcdəli ayəyə görə səcdəyə getməsindən xəbərsiz olan şiələr bəzən qiraətdən sonra rükuya gedirlər. Əgər səhv etdiklərini anlayıb yenidən rükuya getmək üçün qalxsalar, namazın rüku artdığından namazları batil olar. Bu halda namazı məsələn qiblədən dönməklə pozub onlar ayə səcdəsindən qalxdıqdan sonra yenidən təkbirətül-ehram deyib, namaza qoşulmaq olar.

BİR SÖHBƏT
Bir cümə günü sübh namaz qılanlardan birinin səcdə ayəsinə görə səcdəyə getmək əvəzinə rükuya getdiyini gördüm. Namazdan sonra məlum oldu ki, bu şəxs Misir sünnilərindəndir. Ondan soruşdum ki, nə üçün pişnamaza namazda çoxlu müsafirlərin olduğu və xəbərsizlikdən onların namazlarının batil olduğu xəbər verilmir? Dedim: "Bundan əlavə, uzun surələr oxumaqla camaat namazını uzatmaq İslama, Peyğəmbər (s) sünnəsinə ziddir? "Səhih Buxari”də deyilir:” Rəsulullah (ə) camaat namazını qısa və yüngül qılardı. Həzrət (s) buyurur: "Camaatın imamı (pişnamaz) iqtida edənlərin halını nəzərə almalıdır. Axı möminlər arasında qocalar, uşaqlar, xəstələr, zəiflər, işə tələsənlər var.”("Səhih Buxari”, kitabul- əzan, h. 702 və Səhih Müslim, Kitabus-səlat, hədis 466.) Həmin mənbədə nəql olunur: "Həzrət Peyğəmbərə (s) xəbər verildi ki, filan pişnamaz namazı uzadır. Həzrət (s) narahat olub, müsəlmanlara xitabən buyurur: "Sizin bəziləriniz camaatı cəm namazdan uzaqlaşdırırsınız, qaçırırsınız. Pişnamaz dayanan şəxs namazı qısa və yüngül qılmalıdır.”
Digər bir rəvayətdə oxuyuruq: "Həzrət Peyğəmbər (s) buyurur: "Mən namazı uzun qılmaq istəyirəm. Amma uşaq hıçqırtısı eşidib, namazı qısa qılıram. Çünki ananın əziyyət çəkməsi mənə pis gəlir.”("Səhih Buxari”, kitabul-əzan, h. 707)
Bəzən uşaqların ağlayış səsi məscidi bürüyür. Elə olur ki, uşaq çox ağladığından nəfəsi təngiyir. Amma pişnamaz bu səsləri eşitmirmiş kimi namazı uzadır. Belə münasibət mərhəmətsizlikdir. Bəzi namaz qılanlar isə qocalıqdan və xəstəlikdən əziyyət çəkirlər.”
Müsahibim dedi: "Dedikləriniz doğrudur. Mən üç gündür ki, ziyarətə gəlmişəm. Görürəm ki, bunlar bir yolu tutub gedirlər. Əgər söylədiyiniz rəvayət olmasaydı da, əxlaqa görə hamını nəzərə almaq lazım gələrdi. Biz yalnız Peyğəmbərin (s) ziyarəti və ümrə üçün gəlmişik. Yoxsa insan belə proqramlardan nə qədər uzaq olsa, bir o qədər yaxşıdır. Mənə sübut olub ki, onlar başqa məzhəblərə mənfi münasibətdədirlər və onların tabe olmasını istəyirlər. Onlar ziyarətçilərlə qaba davranır, Bəqi qəbiristanlığının qapılarını bağlayırlar. Qəbiristanlıqda hərbiçilər keşik çəkirlər. Sanki ziyarətçilər onlarla savaşa gəlib.” Gördüyü səhnələr onu çox narahat edirdi. Dedim: "Gəl İrana, Qumda və Məşhəddə müqəddəs yerləri ziyarət et. Gör bu ziyarətgahdakı məmurlar şiə ilə sünni arasında fərq qoyurlarmı?!” Bir az söhbətdən sonra soruşdu: "Siz nə məqsədlə əba və əmmamə geyirsiniz?” Dedim: "Bu libas bizim məsuliyyətimizin nişanəsidir. Dinə aid sualı olanlar bizi bu libasla tanıyır və yaxınlaşıb şəri məsələlərini soruşurlar. Əslində xüsusi libas təkcə ruhanilərə aid deyil. Hər bir sahədə çalışanların özünəməxsus libası olur. İnsanlar polisi polis, həkimi həkim libası ilə tanıyırlar.” Müsahibim məndən təqiyyə haqqında soruşdu. Dedi ki, bizdə təqiyyə inamı şiələrin eyibi sayılır.

TƏQİYYƏ
Müsahibimin cavabında dedim:
Təqiyyə budur ki, insan canını və abrını düşməndən qorumaq üçün bir iş görsün. Təqiyyə düşməndən qorxunun sipəridir. Bu xüsusiyyəti təkcə şiələrə aid etmək düzgün olmazdı. Əslində bütün insanlarda belə bir xüsusiyyət vardır. Hətta heyvanlarda da belə xüsusiyyətlər müşahidə edilir. Düşmənin diqqətindən yayınmaq üçün hərəkətsiz dayanan canlılar çoxdur. İlkin İslamda müsəlmanlar müşriklərin və kafirlərin şərindən qorunmaq üçün təqiyyədən istifadə etmişdir. İbn Kəsir "qəlbi imanla sabit olduğu halda məcbur edilən şəxs istisna olmaqla...” ("Nəhl”, 106) ayəsini təfsir edərkən deyir: "Bu ayə o şəxsin haqqındadır ki, qəlbən başqa fikirdə olduğu halda, məcburiyyət qarşısında qalıb müşriklərin fikrini təsdiq edir. Bu ayə Əmmar Yasir haqqında nazil olub. Düşmənin əzab-əziyyətinə dözməyən Əmmar dildə Peyğəmbəri (s) inkar etmək məcburiyyətində qalmışdır. Sonra həzrətin yanına gəlib, vəziyyəti danışmış və həmin ayə nazil olmuşdur.”
Digər bir rəvayətdə belə nəql olunur: Həzrət Peyğəmbər (s) Əmmara buyurdu: "Əgər müşriklər sənə yenə əziyyət versələr, yenə də bizi inkar et, onları çaşdır. Qoy elə düşünsünlər ki, onlarla həmfikirsən. Bu yolla özünü qoru.”(Misbahul-munir, səh-746) Deyilənlər sünnə əhlinin ən mötəbər təfsirində nəql olunmuşdur. Pakistanda, Əfqanıstanda tarix boyu şiələr qətlə yetirilib. Əgər həmin yerlərdə şiələr Əmmar Yasir kimi təqiyyə etməsəydilər, onların aqibəti nə olardı? Məgər Amerikada baş vermiş çox şübhəli 11 Sentyabr hadisəsindən sonra sünnə əhli əqidəsini gizlətmirmi?! Amerikada və Avropada müsəlmanlara qarşı bu günkü aqressiv münasibətdən təqiyyədən savayı hansı yolla qorunmaq olar. Bu gün həmin ölkələrdə yaşayan müsəlmanlar saqqalını qısaltmaq, adını dəyişməklə haqsız münasibətdən qorunmağa məcburdur. Hətta amerikayönümlü bəzi müsəlman ölkələrində insanlar müsəlman qiyafəsində görünməməyə çalışırlar. Hansı ki, əksəriyyəti şiələrdən ibarət olan İranda istənilən məzhəblərə və dinlərə qarşı Amerika və Avropaya nümunə olası dözümlü münasibət mövcuddur. Hərə istədiyi şəkildə ibadət edir, kimsə kimsənin işinə qarışmır.
Mədinədə isə vəziyyət bam başqadır. Şiələr bu şəhərdə müşrik və kafir sayılır, addım başı təhqir olunurlar. Məsələn, şiə fiqhində xalçaya səcdə caiz deyil. Ona görə ki, şiələr daşa, torpağa, həsirə səcdə edirlər. Onların bu işinə olduqca qaba münasibət göstərildiyindən bəzi şiələr öz fəqihlərinin icazəsi ilə vəhdəti qorumaq və təfriqədən uzaq olmaq üçün xalçaya səcdə edirlər. Hansı ki, bu iş yalnız təqiyyədir.”
Misirli həmsöhbətim dedi: "Doğrudur, mən də onların rəftarına şahid olmuşam. Onlar başqa məzhəblərin fiqhini nəzərə almır, dözümsüzlük göstərirlər...”

Müəllif: Əli Ətai İsfəhani 

Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 424 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]