Bazar günü, 2024-05-05, 9:50 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-20, 11:40 PM
 Şiələr sünnə əhlinin namazını düzgün hesab etmədiyi halda, nə üçün onların camaat namazında iştirak edirlər? Bu işə görə bəzi sünnilər elə hesab edirlər ki, şiələr onları haqlı sayır...

Cavab: Şiələr bu işdə məsum imamlardan nəql olunmuş bir rəvayəti əsas götürürlər: "Onların cəmində iştirak edin, onlarla namaza durun..” Belə namaz üçün böyük savab vəd edilir. Bu işdə məqsəd vəhdəti qorumaq, təfriqənin qarşısını almaqdır.
Bunu haqqın etirafı kimi yozanların nəzərində: Əvvəla, şiələrin bu namazlarda iştirakı İslam düşmənləri qarşısında birliyi qorumaq məqsədi daşıyır. İkincisi, həzrət Peyğəmbər (s) hicrətin ikinci ilinədək üzü Beytül-müqəddəsə namaz qıldı. Yəhudilər bunu yəhudiliyin haqq tanınması kimi yozduqda belə bir ayə nazil oldu: "İndi üzünü Məscidül-Hərama tərəf çevir.” ("Bəqərə”, 144) Beləcə, yəhudilərin iddiası puça çıxdı. Sünnə əhlinin yozumu da həmin bu yozumu xatırladır. Başqa bir ayəyə nəzər salaq: "Söylə ki, ey kitab əhli, sizinlə bizim aramızda eyni olan kəlməyə tərəf gəlin, Allahdan başqasına ibadət etməyək, ona şərik qoşmayaq...” ("Ali-İmran”, 62)
NƏSİHƏT
Məscidün-nəbidə arxamda ərəb libasında olan bir gənc farsca danışırdı. Soruşdum ki, haralıdır? Dedi ki, Özbəkistandandır. Gəlişinin məqsədini soruşdum. Bildirdi ki, Mədinədə təhsil almağa gəlib. Söhbət əsnasında məlum oldu ki, İranda olub və iranlılar şiə olduğu üçün orada təhsil almaq fikrindən çəkinib. Dedim: "Qumda sünnilərə məxsus mədrəsələr var. Orada sünnilər azad təhsil alır, öz fiqhlərinə uyğun ibadət edirlər. Gərək qalıb təhsil alaydın. Əsil həqiqətlə tanış olardın. Müsəlman yerində dövrə vurmamalı, daim həqiqət axtarışında olmalıdır.” Dedi: ""Səhih Müslim" və "Səhih Buxari” ən düzgün kitablardır.” Bu kitablara əməl edirik.
Dedim: "Əgər sünnə əhli həmin kitablara əməl etsəydi, bizim kimi, Əhli-beytə itaət edərdi. Gör, "Səhih Müslim"də nə nəql olunub:
Rəsulullah (s) buyurdu: "Aranızda iki əmanət qoyuram: Allahın kitabı və Əhli-beytim.”("Səhih Müslüm", h. 2408)
Müsahibim dedi: "Əbu-Bəkr və Ömər böyük şəxsiyyətlərdir, bir çox ölkələri fəth edən onlar olub.” Dedim: "Onların şəxsiyyəti öz yerində, amma İslam öz həqiqəti və Quranın bərəkəti hesabına aləmə nüfuz edib. Fatehliklə dinin nüfuzu ayrı-ayrı məsələlərdir. Sizin həmin iki mötəbər kitabda Peyğəmbər (s) Əbu-Bəkr və Öməri yox, öz Əhli-beytini əmanət tapşırıb.”
Dedi: "Mən dəqiq bilmirəm, amma ustadlarımız bildirirlər ki, şiələr şirkə yol verir, Peyğəmbərin (s) qəbri kənarında əllərini dua üçün qaldırır, Peyğəmbərdən (s) nə isə istəyirlər, imamlara nəzir edir, "ya Əli”, "ya Hüseyn” çağırırlar. Bütün bunlar şirk sayılır. Axı onlar sizin zahiri əməllərinizə görə hökm verirlər.”
Dedim: "Bütün müsəlmanlar qəbul edirlər ki, Peyğəmbər (s) belə buyurub: "Əməllər niyyətə görədir.”("Səhih Müslüm", kitabul-cihad, h. 1907)Məgər sizin ustadlar şiələrin niyyətindən xəbərdardırlarmı?! Bilirlərmi ki, şiələr qəbir kənarında dua üçün əl açarkən kimi çağırırlar?! Xəbərləri varmı ki, şiələr hansı niyyətlə nəzir edir?!
Dedi:” Şübhəsiz ki, onlar şiələrin niyyətindən xəbərsizdir.” Dedim: "Yəqin ki, sizin ustadlar mələklərin Adəmə səcdəsini görsəydilər, onları müşrik, şeytanı isə haqlı sayardılar. Mələklərə "Adəmə səcdə edin”, deyə əmr əmr etdikdə boyun qaçıran İblisdən savayı hamısı səcdə etdi.”("Bəqərə”, 34)
Yəqin ki, onlar Yəqub və yoldaşlarının həzrət Yusifə səcdə etdiyini görsəydilər, onları şirkdə ittiham edərdilər.("Yusif”, 100)
Axı bu səcdələr zahirən insan qarşısında idi. Peyğəmbərin (s) qəbri kənarında dua üçün əl açmağı şirk sayanlar, insan qarşısında səcdəni, şübhəsiz ki, daha böyük şirk hesab etməlidirlər.”
Müsahibim məni mədrəsələrinə dəvət edib, orada çıxış etməyimi məsləhət gördü. Dedim: "Onlar bizim sözləri dinləməyə, bizimlə söhbət etməyə razı olmurlar. Əgər siz icazə ala bilsəniz, mən orada həvəslə danışaram.”
Dedi: "Mən belə bir təklifə cürət edə bilmərəm. Əgər sizinlə söhbət etdiyimi də bilsələr, məni dərsdən ixrac edərlər. Amma mələklərin Adəmə, Yəqubun Yusifə səcdəsi haqqında daha ətraflı bilmək istərdim. Əgər mümkünsə, bu məsələni bir az geniş açıqlayın.”
Dedim: "Bəli, Mədinə mədrəsələri ilə Qum mədrəsələri arasındakı fərq odur ki, burada elmi mübahisələrin keçirilməsini təklif etmək belə qorxuludur. Amma Qum mədrəsələrində istənilən bir mövzuda azad söhbət edə bilərsiniz.
O ki qaldı səcdə mövzusuna, səcdə təzim məqsədi ilə insanın alnını yerə qoymasıdır. Səcdədə məqsəd təzim olduğundan yalnız Allaha səcdə etmək olar və Ondan qeyrisinə səcdə etmək haramdır.
Şiə fiqhinə görə mələklər Adəmə yox, Allaha səcdə etmişlər. Adəm isə, sadəcə, qiblə olmuşdur. Həzrət Yəqubun da səcdəsi eyni mahiyyəti daşıyır. Yəqub həzrət Yusifə (ə) əta olunmuş mülkə görə Allah-taalaya şükür üçün səcdə qılır. Bütün bunları nəzərə alaraq, bir səhnəni zahirən müşahidə etməklə kimsəni müşrik adlandırmaq olmaz. Şiələr yalnız Allaha ibadət edir, Onun üçün nəzir boyun alır, Ondan qeyrisindən bir şey istəmirlər.”
Müsahibim bir daha onların mədrəsəsində çıxış edib, bütün bu həqiqətləri açıqlamağımı arzuladı. Nə etməli ki, mədrəsə məsulları belə müzakirələrdən və söhbətlərdən qaçırlar. Təəssüf! Müsahibim ah çəkdi və dedi: "Dua edin ki, bir daha rastlaşaq.”
Qeyd: Mələklərin və Yəqubun səcdəsi haqqında deyilənlər "Ürvətül-vüsqa”dan idi. Lakin bəzi alimlər belə hesab edirlər ki, mələklərin səcdəsi Adəmə, Yəqubun səcdəsi Yusifə ehtiram məqsədi ilə həyata keçmişdir.
Bu məsələni belə izah edirlər: səcdə iki qisimdir: bəndəlik səcdəsi və təzim səcdəsi. Tövhid əqidəsi ilə zidd olan bəndəlik səcdəsidir. Müşriklər bütlərə ibadət məqsədi ilə səcdə qılırdılar. Təzim səcdəsi isə tövhidə zidd sayılmır. Bu səcdədə məqsəd səcdə edilənə ehtiram göstərilməsidir.
İlahi əmr əsasında səcdə vacib və ya müstəhəb ola bilər. Allah-taalanın əmrinə əsasən, mələklərin Adəmə səcdəsi vacib olmuşdu. Yəqub və yoldaşlarının həzrət Yusifə (ə) səcdəsi isə caiz səcdə idi. Səcdə qadağan edildikdə onun icrası küfr və şirk yox, haram və günah sayılır. Necə ki, İslamda təzim səcdəsi qadağan edilmişdir.
Bəli, mələklərin Adəmə səcdəsi Allah əmri sayəsində mümkün olmuşdu. Mələklər bu səcdələri ilə Adəmə yox, Allah əmrinə itaət etmişdilər. İbn Kəsirin təfsirində də eyni məna açıqlanır.

Vəhhabi suallarına cavablarımız

Müəllif: Əli Ətai İsfəhani   

Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 477 | Downloads: 0 | Comments: 4 | Rating: 5.0/2
Total comments: 4
0  
4 GADİR   (2012-10-31 2:52 PM) [Daxil et]
1-ci şərhimə aid
23:62 وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَلَدَيْنَا كِتَابٌ يَنْطِقُ بِالْحَقِّ ۚ وَهُمْ لَا يُظْلَمُونَ
Z.Bünyadov-V.Məmmədəliyev
Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. (Hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyərik. Namazı ayaq üstə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə, zəifliyinə görə oruc tuta bilməyən yeyə bilər). Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zülm olunmaz.
ikinci üsul tərcümə - eyni məna ;
23/62. Biz heç bir kəsə (iman və əməl mərhələlərində) qüdrətindən artıq vəzifə təyin etmirik. Bizim yanımızda (Lövhi-Məhfuz və ya hər bir bəndənin əməl dəftəri adlı) haqq danışan (və əməllərin xırdalıqlarını dəqiqliklə açıqlayan) bir kitab vardır. Onlar (cəza günü) zülmə və mükafatın kəsilməsinə məruz qalmazlar.
Ağabala Mehdiyev
Dürdanə Cəfərli

0  
3 Ənfal   (2012-10-22 1:38 AM) [Daxil et]
Halaldir. Kocurun

+1  
2 GADİR   (2012-10-22 0:30 AM) [Daxil et]
ALLAH RAZİ OLSUN.
Halal edin köçürdüm.

0  
1 GADİR   (2012-10-21 3:09 PM) [Daxil et]
Salam Aleykum.
Bir zaman məcburiyyət qarşisinda olub torpağa səcdə etmiyənlərlə cumə namazina getdim, (Məşədi Dadaş məsçidinə heş cürə çatdira bilmirdim özümü), məsçidə daxil olduqda Salam Aleykum- və möhür götürüb ziyarət namazin qildim. Ən maraqlisi mənə o gəldiki istər sağ istər sol tərəfimdə ardicil cümə namazin qilinmasinda boşluq yaranmişdir, əyər nəzərə alsaqki onlarin Ayaqlarida bir birinə birləşdirilir şeytana yol olmasin deyə aradan keçməyə GÜYA-(şeytanin)başqa imkanlari yoxdir,yəgin məndə onlarin gözündə həmin şəkildəydim wacko onlarin gözündə mən geyri adi bir insaniydim, oki qaldi orada söylənilən xutbə haqinda mənim sonraki təngidlərim .... nəisə məni bir daha o məsçidə o dəstə dəvət etmirdi min-bir səbəb asnasinda gah maşinda yer yoxdir və sayra…. smile
Mən dəgig bilirəm Qur`ani Kərimdən 10 vacib əməldən ən birincisi namazdir,və (izahli şəriət məsələrdən) bizim Hörmətli Alimmiz Ayatullah Əl-Uzma Seyid Əli Sistani dən-namazdan heç bir səbəb azad etmir, orucdan və obiri bacibatlardan isə müəyən şərtlər-səbəblərlə azad olursan, və eşidəndə koma vəziyətində insane olanda bir neçə gün ayilandan sonra orucu mütləq qəza etməli amma namazi ötürməli bash həmin o fikir tənqidə əsas oldu. Hələ indiyə qədər bir Şiyə əhlindən helə bir Möminə rast gəlməmişəmki sual edəndə izah etməsinlər Qur`ani Kərimdən tutmuş müəyən dəlillərə gədər cavab olunur, lakin o necə olurki onlara deyəndə siz Peyqəmbər(s.ə.s.)və onun mübarək pak ailəsinə salavat söyləyirsiz amma ailəni (tanimirsiniz-gəbul etmirsiniz)-,o nəcur olan bir işdir!!?? Qani edici cavab indiyə gədər almamişam. Məs helə buna görə güman edirəm bizlər hələki HAG axtarişindayig.
Salam Aleyku və Rəhmətullahi və Bərəkətuh.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]