Bazar günü, 2024-05-05, 9:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-20, 11:24 PM
 Onların bəziləri soruşurdular: "Nə üçün bəzi şiələr ya iqtida etmirlər, yaxud (iqtida edir,) sonra namazlarını təzələyirlər ?”

Mən sual verənlərin hər birinin özünə uyğun şəkildə, müxtəlif cavablar verirdim. Nəhayət, bir nəfərə belə cavab verdim :
– Mən digər ölkələrdən ziyarətə gələn, bir çox qeyri-şiələrin – "əhli-sünnənin” Peyğəmbər (s) məscidində sizə iqtida etmədiklərinin, yaxud iqtida edib sonra namazlarını təzələmələrinin şahidi olmuşam. Bunun səbəbi nədir?
– Əhli-sünnənin fiqhində camaat namazının və iqtida etməyin bir sıra şərtləri var. Bu şərtlərdən biri odur ki camaat namazını qılan imamın namazı məmumun (iqtida edənin) məzhəbində batil hesab olunmasın. Məsələn, Hənəfi məzhəbində burundan gələn qan dəstəmazı batil etməsi, Şafei məzhəbində isə batil etməməsi və s. kimi ixtilaflar. Bu növ ixtilaflı məsələlərdə, öz məzhəblərinin təlimlərinə uyğun olaraq, camaat namazı qılan imamın namazını düzgün hesab etmir və buna görə də iqtida etmirlər.
(Əl-Fiqhü ələl-məzahibil ərbəə kitabının 1-ci cildində, "fərqli məzhəbə mənsub olanların arxasında namaz qılmaq” bölməsində bu haqda ətraflı məlumat verilmişdir.) Çox güman ki, sizin şahidi olduğunuz məqam bu qəbildənmiş.
– Şiə fiqhində də camaat namazı və camaat namazını qılan imamla bağlı bir sıra şərtlər tələb olunur. Şiə məzhəbinə görə sizin namazınız bir çox səbəblərə görə batildir. Misal üçün, sizin "Əhli-beyt”in haqqında imamət və vilayət prinsipini qəbul etməməniz, dəstəmaz alarkən ayaqlara məsh çəkmək əvəzinə onu yumanız, cərgələr arasındakı hədsiz fasilə qoymanız, "Bismillah" deməməniz, namazı əli bağlı qılmanız, xalçaya səcdə etməniz, namazın salamında üzünüzü qiblədən döndərməniz və s. kimi səbəblər. Bax, sizin namazlarınız şiə məzhəbi və fiqhinə görə bu və ya digər səbəblər üzündən batil hesab olunur. Ona görə də şiələr ya iqtida etmirlər, yaxud da (İslam ümmətinin vəhdəti xatirinə) iqtida edir, sonra yenidən qılırlar. Əgər iqtida edib, sonra yenidən qılmırlarsa, deməli təqiyyə edirlər”.
Söhbətin bu yerində həmsöhbətim fikrə dalaraq məndən ayrıldı.

Müəllif: Əli Ətai İsfəhani     
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 280 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]