Bazar günü, 2024-05-05, 1:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-20, 11:23 PM
 Nə üçün biz şiələr təvaf edərkən ehram libasını çiyinlərimizə atırıq. Belə ki, iki çiynimiz və qollarımız örtülür? Halbuki, əhli-sünnə kişilərinin bir çoxu təvaf zamanı ehram libasını sağ qollarının altından sol çiyinlərinə atırlar. Belə ki, sol çiyinləri örtülür, sağ çiyinləri isə açıq qalır. Bundan başqa onlar təvaf zamanı "hərvələ" (tez-tez hərəkət) edirlər.

Cavab: "Mənasiki-mühəşşa" kitabında yazıldığına görə ehtiyat (müstəhəb, yaxud vacib) odur ki, ehram libasını libas deyiləcəyi şəkildə, çiyinləri və qolları örtərək çiyinə atmaq lazımdır. – Əlbəttə, qeyd etmək lazımdır ki, əks-təqdirdə təvaf batil olmur. – Bundan başqa təvaf edərkən vüqarla, aram-aram addımlamaq müstəhəbdir.(Adab və əhkame-həcc, Mərhum Gülpayqani, səh. 424.)
Lakin əhli-sünnənin bəziləri kişilərin ehram libasını yuxarıda qeyd olunduğu şəkildə geyinmələrini və təvafın bir neçə dövrəsini "hərvələ" etməyi müstəhəb hesab edirlər.(Əl-Fiqhu ələl-məzahibil-ərbəə, c. 1, həcc kitabı, təvafın vacib və müstəhəb məsələləri, səh. 655.)
Çox güman ki, bu növ təvaf Həzrət Peyğəmbərin (s), hicrətin 7-ci ilində "Ümrətül-qəza"da verdiyi göstərişə əsasən edilir. Həzrət Peyğəmbər (s) "Məscidül-həram"a daxil olduğu an müşriklər məscidin ətrafından onlara baxırdılar. Peyğəmbər (s) müşriklərin müsəlmanları zəif və süst sanmamaları üçün ehram libasını sağ qolun altından çıxarıb sol çiyinə atmaqları və "hərvələ" etmələri (təvaf edərkən tez-tez addımlama) fərmanını verdi. Qeyd etmək lazımdır ki, bu növ təvaf yalnız "Ümrətül-qəza"da, düşmənlərin müsəlmanları zəif və süst sanmamaları üçün icra edilmişdir. Həzrət Peyğəmbər (s) "Vida həcci" zamanı nə belə təvaf etdi, nə də kimsəyə belə təvaf etməyi tapşırdı. İmamlar da bu şəkildə təvaf etməmiş və ümumiyyətlə bu şəkildə təvaf olunmasını məqbul hesab etməmişlər. Yalnız əhli-sünnənin bəziləri "Ümrətül-qəza"da icra olunan təvafı olduğu kimi qoruyub saxlamış və bu gün də həmin keyfiyyəti davam etdirirlər.[(Vəsailuş-şiə, c. 9, s. 428, həcc kitabı, təvaf babları, 29-cu bab.)

Vəhhabi suallarına cavablarımız
Müəllif: Əli Ətai İsfəhani  
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 298 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]