Bazar günü, 2024-05-05, 12:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-20, 11:20 PM
Vəhhabilər belə bir şayiəni yayıblar ki, Quranın qiraəti elmində şiələrin heç bir xidməti yoxdur. Bütün xidmətlər əhli-sünnəyə məxsusdur

 

Bismillahir-Rəhmanir-Rəhim
 
Vəhhabilər belə bir şayiəni yayıblar ki, Quranın qiraəti elmində şiələrin heç bir xidməti yoxdur. Bütün xidmətlər əhli-sünnəyə məxsusdur.
Əvvəla onu qeyd etmək lazımdır ki, bu mövzunun ümumiyyətlə Vəhhabilərə aidiyyəti yoxdur. Çünki onlar cəmi 200 ildir ki, İslamın düşmənləri tərəfindən yaradılıblar.
 
Həqiqət isə bundan ibarətdir:
1-Qurani-Kərim bir kitabdır ki, ilk öncə bu kitabı tilavət etmək lazımdır. Qurani-Kərimi tilavət edən şəxslər hər cür milli, irqi, dil, rəng və sair təəssübkeşlikdən uzaq olmalıdır ki, bu şeytani sifətlərə malik olan adam Qurani-Kərimi nə qədər çox qiraət etsə belə hər an Allahdan uzaqlaşır.
Qurani-Kərim "Nəhl” surəsinin 98-ci ayəsində buyurur:
"Quranı oxuyanda qovulmuş şeytandan uzaq olaraq Allaha pənah apar”
2- Qurani-Kərim Allah tərəfindən nazil olub. Qurani-Kərimin ayələrinə əsasən Quran "dərk etmək” "anlamaq” "təfəkkür etmək” "yada salmaq” "saflaşmaq” "iman gətirmək” və "əməl etmək” üçün nazil olmuşdur.
Buna görə də Qurani-Kərimi qiraət etmək zəruriliyi yalnız başlanğıc, başqa sözlə desək birinci addımdır. Qiraətdən daha mühüm və vacib olan isə Qurani-Kərimin mənası üzərində düşünərək ayələrin məqsədini anlamaq, başa düşmək, sonra o mənalara iman gətirmək, daha sonra isə ona əməl etməkdən ibarətdir. Deməli, hər hansı bir insan 7 qiraət əvəzinə hətta 14 qiraət üslubunun hamısı ilə Qurani-Kərimi oxusa belə amma "dərketmə” , "iman” və "əməl” olmazsa belə bir qiraətin də, belə bir qiraəti edən adamında faydası yoxdur.
Həzrət Muhəmməd səllallahu əleyhi və alihi və səlləm buyurur:
"Nə qədər quran oxuyanlar var ki, onlar Quran oxuyanda Quran onlara lənət oxuyur.”
3-Əhli-sünnənin  əqidəsinə əsasən İslam xəlifəsinin əleyhinə qiyam edən və mübarizə aparan adam "kafir” , "müşrik” , "tüğyankar” , "azmış” və "yağı” hökmündədir. Şəkksiz Cəməl, Siffeyn və sair müharibələrdə İslam xəlifəsi ilə müharibə edənlər Qurani-Kərimi yaxşı qiraət edən adamlar olublar.
4- Qurani-Kərimin ilk Qaresi, yəni qiraətçisi həzrət Muhəmməd səllallahu əleyhi və alihdir, və Peyğəmbər əhli-sünnədən olmayıb.
Bütün müsəlmanların icmasına görə Qurani-Kərimin ikinci qaresi həzrət Əli əleyhissalamdır ki, o da əhli-sünnədən olmayıb.
5- Qurani-Kərimin qiraətinin formalaşmasında və inkişafında Ərəb dilinin qrammatikası ən başlıca yerlərdən birini tutur. Ərəb qrammatikasının əsasını qoyan, yəni banısı həzrət Əli əleyhissalamın səhabəsi Əbul Əsvəd Ədduəlidir ki, o da əhli-sünnədən olmayıb və şiədir.
6- Qurani-Kərimin qiraəti mövzusunda kimin ilk əsər yazması barəsində müsəlman alimləri tərəfindən 2 nəzər var. Alimlərin bir dəstəsinin nəzərinə əsasən Qurani-Kərimin qiraəti barəsində ilk əsərin müəllifi Yəhya ibn Yəmərdir ki, o da əhli-sünnədən olmayıb və şiədir. Alimlərin başqa bir dəstəsinin nəzərinə əsasən isə Qurani-Kərimin qiraəti barəsində ilk əsərin müəllifi imam Cəfər Sadiq əleyhissalamın səhabəsi Əban ibn Təğləbdir ki, o da əhli-sünnədən olmayıb və şiədir.
7-Qurani-Kərimin qiraəti mövzusunda çoxlu adamlar olmasına baxmayaraq onlardan yalnız 7 nəfəri qiraət məktəbi və qiraət üslubu yarada bilmişdir. Onlara "qurraus saba” yəni "yeddi qare” deyilir. Qurani-Kərimin qiraəti mövzusunda öz sözlərini demiş bu yeddi qare hicri-qəməri tarixi ilə 2-ci əsrin ikinci yarısında yaşamışlar. Bu yeddi qare Qurani-Kərimin qiraəti təbəqəsinin 3-cü mərhələsinə aiddirlər. Bəziləri daha 3 nəfəri, bəziləri isə 3 və 4 nəfəri də qarelərin siyahısına daxil edərək onların sayını 10 və ya 14 etmək istəmiş amma o biri yeddi qare məşhurlaşa bilməmiş, onların qiraəti münasib və uyğun sayılmamışdır. 7 məşhur Qare bunlardır:
1-İbn Kəsir Maliki;
2-Nafe Mədəni;
3-Asim Kufi;
4-Həmzə Kufi;
5-Kəsai Kufi;
6-Əbu Əmr ibn Əla Bəsri;
7-İbn Amir.
Qurani-Kərimin qiraəti fənninin yaradılmasının baniləri sayılan bu 7 nəfərin beşi (Asim, Nafe, Həmzə, Kisai, Əbu Əmr) şiə, 2-si isə (İbn Kəsir, İbn Amir) əhli-sünnədən olub. Göründüyü kimi 7 qarenin 5-i əhli-sünnədən olmayıb.
8- Hal hazırda bütün dünyada yayımış və insanların əllərində mövcud olan Qurani-Kərim Həfsin rəvayəti əsasında tərtib edilmiş Asim Kufinin qiraətidir. Yuxarıda göründüyü kimi Asim Kufi əhli-sünnədən olmayıb və şiədir.
9- Yeddi Qarenin ustadları arasında ən məşhur ustad Asim Kufinin müəllimi olmuş Əbu Əbdurrəhman Səlmidir ki, onun da Qiraət ustadı həzrət Əli əleyhissalam olmuşdur. Alimlərin nəzərinə əsasən Asim Kufini 7 qarenin içində ən məşhur edən onun ustadının Əbu Əbdurrəhman Səlmi olmasıdır. Əbu Əbdurrəhman Səlmi də əhli-sünnədən olmayıb və siədir.
10- Bu qədər sübutlarla yanaşı əgər şiələr Quranın yaşaması və qorunması üçün heç bir şey etməmiş olsaydılar belə bütün müsəlman cəməyyəti üçün Qurani-Kərimin "qiraəti” , "tilavəti” , "dərkedilməsi” , "ayələrin mənasına iman” , " ayələrə əməl”  üçün ən möhtəşəm öyrətmə üslubu və təcəlli olan imam Hüseyn əleyhissalamın Kərbəla hərəkatı qiyamət gününədək kifayət edərdi.
 
Tədqiqatçı Rza Əzizoğlu
Ustad114@gmail.com
islammaarifinde.com
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 313 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]