Bazar günü, 2024-05-05, 8:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-20, 8:28 PM
Nə üçün əhli-sünnə imam camaatları namazın salamından sonra namaz qılanlara tərəf çevrilir və bir az arxası qibləyə, üzü camaata (namaz qılanlara) tərəf əyləşirlər.

Cavab: Əhli-sünnə rəvayətlərində deyilir: "Həzrət Peyğəmbər (s) namazdan sonra mübarək üzünü namaz qılanlara tərəf döndərərdi."(Səhih-Buxari, Azan kitabı, İmam camaatın namazın salamından sonra üzünü çevirməsi babı, 845-ci hədis.)Onlar bu rəvayətə əsaslanaraq həmin əməli müstəhəb hesab edir və namazlarında ona əməl edirlər.
Əhli-sünnənin bəzisi isə deyir: "Bu əməlin səbəbi odur ki, imam camaat imamət hüququna görə arxasını namaz qılanlara çevirir. Camaat namazı qurtaranda onun bu hüququ da sona yetir. İmamın üstünlüyü, yaxud üstünlüyə can atması fikrinin qarşısını almaq üçün imam üzünü namaz qılanlara çevirir və bir az bu şəkildə əyləşir"(Səlatul-mömin, əl-Qəhtani, c. 1, səh. 626).
Amma əhli-sünnənin digər iki rəvayətində deyilir: " Peyğəmbər (s) namaz qılanlara tərəf dönüb onlar üçün söhbət etdi"(Səhih-Buxari, Azan kitabı, İmam camaatın namazın salamından sonra üzünü çevirməsi babı, 846, 847-ci hədislər).
Bu hədislərdən görünür ki, sözügedən əməl əhli-sünnənin bəzilərinin dediyi məqsəd üçün olmayıb. Çünki, imam camaat ədalətli olub bu qəbildən olan xüsusiyyətlərdən uzaqlaşmalıdır.
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 307 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]