Bazar günü, 2024-05-05, 11:44 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-20, 8:18 PM
Nə üçün biz "şiələr" namaz qılarkən "Həmd" surəsindən sonra "Amin!" demirik, amma əhli-sünnə deyir. "Həmd" surəsi dua şəklində deyilmi?

Cavab: Bütün müsəlmanlar namazda (bütün namazlarda) "Həmd" surəsini, dua şəklində olmasına baxmayaraq, dua məqsədi ilə yox, Quran kimi, Quran məqsədi ilə oxumalıdırlar. (La səlatə illa bifatihətil kitab) Əhli-sünnə də bu həqiqəti qəbul edərək: "Namazın hər bir rəkətində "Fatihə" surəsini oxumaq namazın rüknlərindəndir". – deyir və belə bir rəvayət nəql edirlər ki, Peyğəmbər (s) buyurmuşdur: "Namazda "Fatihə" surəsini oxumayanın namazı batildir"(Səhih-Buxari, 756 -ci hədis. Səhih-Müslim, 3097-ci hədis.). Deməli, onlar da "Fatihə" surəsini (namazın bir hissəsi olaraq) Quran məqsədi ilə oxuyurlar.
Amma "Həmd" surəsindən sonra "Amin!" deməklərinə gəlincə isə, buna cübut olaraq yalnız Əbu Hüreyrədən nəql olunan bir hədisi əsas tuturlar. Hədisin məzmunu belədir: "Həmd" surəsini deyib qurtardıqda "Amin!" deyin.
Əlbəttə, onlar "Amin!" deməyi istər camaat namazında, istərsə də tək qıldıqda, istər yavaş qılınan namazlarda, istərsə də ucadan qılınan namazlarda müstəhəb hesab edirlər. Bu fərqlə ki, asta qılınan namazlarda yavaş, ucadan qılınan namazlarda isə ucadan demək lazımdır(Səlatul-mömin, əl-Qəhtani, c. 1, səh. 253.).
QEYD
Yuxarıda qeyd olunduğu kimi namaz qılan kimsə "Həmd" surəsini Quran məqsədi ilə oxumalıdır[(Ürvətül-vüsqa, Qiraətin müstəhəb əlavələri fəsli, 8-ci məsələ.). Lakin Quran məqsədindən əlavə sözlərin mənasını düşünərək dua niyyəti edib Tanrıdan hidayət də diləyə bilər. Əgər Quran məqsədi ilə oxumaqla yanaşı dua etmək istəyi olsa belə "Həmd" surəsindən sonra "Amin!" demək düzgün deyil. "Amin!" deyildiyi surətdə namaz batildir.
İmam Sadiq (ə) buyurmuşdur: "Namazı camaatla birgə qılarkən imam camaat "Həmd" surəsini qurtardıqda "Amin!" yox, "Əlhəmdu lillahi rəbbil aləmin" de!"(Vəsailuş-şiə, Namazda qiraət babları, 17-ci bab, 1-ci hədis.)
Elə buna görə də böyük fəqih və mərcəi-təqlidlər buyururlar: "Namazı batil edən amillərdən biri "Həmd" surəsini oxuduqdan sonra bilərəkdən "Amin!" deməkdir"(Ürvətül-vüsqa, Namazı batil edən amillər fəsli, onuncu, bilərəkdən "Amin!" demək.).
Əlbəttə, əgər "Amin!" sözü səhvən, təqiyyə məqsədi ilə, dua məqsədi ilə, (belə olan halda "Amin!" sözü
أللهم أستجب
– İlahi, qəbul et! – mənasında işlənir) yaxud namazın digər hissəsində deyilsə, namaza xələl gətirmir. (Namazı batil etmir.)(Ürvətül-vüsqa, Namazı batil edən amillər fəsli, onuncu, bilərəkdən "Amin!" demək.)

Müəllif: Əli Ətai İsfəhani 
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 306 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]