Bazar günü, 2024-05-05, 9:21 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-20, 8:06 PM
Nə üçün əhli-sünnə imam camaatı bəzi namazlarda namazın təşəhhüdünü həddindən artıq uzadır? (Halbuki, biz şiələrin imam camaatları belə etmirlər.) Onlar namazın salamından sonra nə isə oxuyurlar, yoxsa heç lüzumu olmadan camaatın vaxtını alırlar?
Cavab: Bəli, onlar sakit oturmur, təşəhhüdü uzadırlar. Bizim və onların rəvayətlərində təşəhhüdün müstəhəb olan əlavələrini qeyd edərkən deyilir ki, namaz qılanın, – istər imam camaat, istərsə də məmum (iqtida edən) – namazın təşəhhüdündə rəvayətlərdə qeyd olunan və çox uzun olan məxsus duaları oxuması müstəhəbdir(Səlatul-mömin, əl-Qəhtani, Sifətus-səlat babı, səh. 225). "Peyğəmbər məscidinin" imamı adətən, öz rəvayətlərində qeyd olunan uzun duaları oxuyur və iqtida edənləri nəzərə almır. Amma bizim imam camaatlarımız adətən iqtida edənləri nəzərə alaraq namazın vacib miqdarı ilə kifayətlənirlər.
İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə buyurulur: "Namazın dördüncü rəkətində (təşəhhüd demək üçün) oturduqda de:
بسم ألله و بالله وألحمد لله و خيرالأسماء لله، أشهد أنّ لا إله إلاّ الله وحده لا شريك له، و أشهد أنّ محمدًا عبده و رسوله، أرسله بالحق بشيرًا و نذيرًا بين يدى الساعة، أشهد أنّك نعم الرّبّ، و أنّ محمدًا نعم الرسول، التّحيات لله و الصلوات الطّاهرات الطّيّبات الزّاكيّات الغاديات الرائحات السابغات الناعمات ما طاب و زكى و طهر و خلص صفا فللّه، أشهد أنّ لا إله إلا الله وحده لا شريك له، و أشهد أنّ محمدًا عبده و رسوله أرسله بالحق بشيرًا و نذيرًا بين يدى الساعة، أشهد أنّ ربّى نعم الرّبّ، و أنّ محمدًا نعم الرّسول، و أشهد أنً السّاعة آتية لا ريب فيها و أنّ الله يبعث من فى القبور، الحمد لله الذّى هدانا لهذا و ما كنّا لنهتدى لو لا أن هدانا الله، الحمد لله ربّ العالمين، اللهمّ صلّ على محمد و آل محمد، و بارك على محمد و آل محمد، وسلّم على محمد و آل محمد، و ترحّم على محمد و آل محمد، كما صلّيت و باركت و ترحّمت على إبراهيم و آل إبراهيم إنّك حميد مجيد، اللهمّ صلّ على محمد و آل محمد واغفر لنا و لإخواننا الذّين سبقونا بالإيمان، و لا تجعل فى قلوبنا غلاً للذّين آمنوا ربّنا إنّك رؤوف رحيم، اللهمّ صلّ على محمد و آل محمد و أمنن على بالجنّة، و عافني من النّار، اللهمّ صلّ على محمد و آل محمد واغفر للمؤمنين و المؤمنات و لا تزد الظالمين إلا تبارًا، (Sonra de)السّلام عليك أيّها النبيّ و رحمة الله و بركاته، السلام على أنبياء الله و رسوله، السّلام على جبريل و ميكائيل و ملائكة المقرّبين، السّلام على محمد بن عبدالله خاتم النبيّين لا نبيّ بعده و السّلام علينا و على عبادالله الصالحين
Sonra salamı deyərək namazı tamamla"(Vəsailuş-şiə, Təşəhhüd babları, 3-cü bab, təşəhhüdün keyfiyyəti, 2-ci hədis.).
Buna görə biz də yuxarıda qeyd olunan "təşəhhüdü" oxuya bilərik və bu, heç də onların təşəhhüdündən qısa deyil.
"(Ya Peyğəmbər!) Sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyan bəndələrimə (Cənnətlə) müydə ver!. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!" (Zümər surəsi, 17-18-ci ayələr.)

Müəllif: Əli Ətai İsfəhani   
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 295 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]