Bazar günü, 2024-05-05, 5:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-20, 8:05 PM
HƏZRƏT AYƏTULLAH İŞTIHARDİNİN QEYDLƏRİ

Bismillahir-rəhmanir-rəhim...
Hicri-qəməri 1424-cü il zilqədə ayında, Mədinədə höccətül-islam Əli Ətayinin "Vəhhabi suallarına cavablarımız?” kitabını oxudum. İnsafla desək, bu kitabdakı sual-cavablarda həqiqətlər məzhəbi təəssübə yol verilmədən açıqlanmışdır. Ümid edirəm ki, inşaallah, Allah-taala müəllifə Əhli-beyt tərəfindən mükafat mərhəmət edəcək və o, Əhli-beyt yolunu tanımaqda tövfiq qazanacaq.
Əhli-beyt yolu ilə düşmənçiliyin kökləri dərindədir və bu münasibət tezliklə aradan qalxası deyil. Müvəqqəti çıxış yolu təkcə ixtilafı aradan qaldırmaq yox, bu elmi qüdrət və nüfuzla uyğunlaşdırmaqdır. Yadda saxlamalıyıq ki, imamların (ə) da qarşısını kəsən qüdrətsizlik oldu. Hansı ki, onlar elmin mənbəyindən qidalanırdılar.
Əllamə Hilli və Xacə Nəsirəddin Tusi şiəliyi təkcə qəbul etmiş monqol Hulaki xanla həmahənglik edib, Əhli-beyt (ə) məzhəbini bir qədər irəli apara bildilər. Ən azı qüdrət elmlə müxalif olmamalıdır.
Allah-taala həm alim, həm də qadirdir. Bu iki zatı sifət eyni vaxtda işə düşən kimi ixtilaflar aradan qalxır. Amma əgər mövcud elm ilahi olsa, mövcud güc şeytani, onda müvəffəqiyyət mümkünsüz olur.
Şeytan kimi düşmən mövcud olduğundan təkcə məram və məqsəd cəmiyyəti islah edə bilməz. Əgər İslami ölkə başçıları əl-ələ verib, dini işlərdə razılığa gəlsələr, şeytan geri çəkiləsidir. Amma bütün səylər yalnız maddi istiqamətdə yönəlsə (necə ki, yönəlib), problemlər də öz həllinin intizarında qalacaq.
Mərhum rəhbərimizin də tövsiyəsi mədrəsə və universitetlər, ruhani və ziyalılar arasında yekdilliyin əldə olunması idi. Bəli, elm və güc əl-ələ verməli idi.
Olsun ki, "Allaha yardım göstərin, O da sizə yardım göstərər”(Muhəmməd-7) ayəsi məhz bu məsələyə işarədir. Yəni elm və güc işə düşmədən Allahın yardımı gerçəkləşmir. Bəli, bütün problemlər elm və gücün müxalifətindən yaranır...
Əgər elm və qüdrət həmahəng olsa, bir çox pisliklər aradan qalxasıdır. Ayətullah Birucirdi dövründə Ayətullah Zəncaninin qərarı ilə Suriyada bir qrup sünni alim və tələbələri ilə "mənim Əhli-beytim Nuhun gəmisi kimidir...” hədisi başlığı altında aparılan söhbət və müzakirələr nəticəsində şiələr təqiyyə vəziyyətindən çıxdı, möhür ətrafındakı mübahisələr aradan qalxdı. Hətta Suriya və İran arasında siyasi ixtilaflar həll edildi.
İki Quran ayəsinə əməl etmək lazım gəlir:
"De ki, Hərə öz bacarığına görə iş görər. Rəbbiniz kimin doğru yolda olduğunu daha yaxşı bilir.”(İsra-84)
"Sizin öz dininiz, mənin də öz dinim!”(Kafirun-6)
Gəlin, İslam maarifini təbliğ edək, ümumi tövhid düşüncəsini yüksəldək. Daxili ixtilafların əsas amillərindən biri müsəlmanların əsil İslam əxlaqından xəbərsizliyidir!

 Müəllif: Əli Ətai İsfəhani  
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 285 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]