Bazar günü, 2024-05-05, 1:21 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-20, 6:16 PM
Şiələrin Quranın təhrif olunub, olunmaması haqqında əqidələri necədir?

Şiələrə atılan böhtanlardan biri də budur ki, guya şiələr Quranın təhrif olunduğunu qəbul edirlər. Şiələrin fikrincə bu həmin Qurani-Şərifdir ki, onda nə bir nöqtə azalıb, nə də bir nöqtə çoxalıb. Allah təala Hicr surəsi 9-cu ayədə buyurur: ''Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq.'' Məşhur şiə alimi Şeyx Zeynud-din Amili bu ayənin təfsirini belə buyurur: ''Yəni biz Quranı bütün dəyişikliklərdən qoruyub saxlayacağıq. (''İzharul Həqq'' c. 2, səh.130) Yenə məşhur şiə alimi olan ''Şeyxut-taifə'' ləqəbli Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi on əsr (min il) bundan əvvəl Quranın təhrif olunub-olunmaması barədə belə buyurub:''Nöqsanlı olma və yaxud sonradan artırma Qurana yaraşmayan bir xüsusiyyətdir. Qurana artırılma və ya azaldılma fikri bizim məzhəbə yaddır.'' (''Tibyan'' təfsiri c. 1, səh.3) Daha bir hörmətli şiə alimi Qazi Seyyid Nurəddin Tüstəri 410-420 il bundan qabaq buyurub: ''Bəzi adamlar şiələrin Quranın təhrif olunması fikrini qəbul etdiklərini bildirirlər. Şiələr arasında həmin əqidəyə etina olunmur.'' (''Alaur-Rəhman'' səh.25) ''Bəhaud-din Amili'' ləqəbli məşhur şiə alimi Məhəmməd ibn Hüseyn dörd əsr bundan qabaq belə buyurmuşdur:''Düzgün söz budur ki, Quran hər bir artırmadan və naqislikdən amandadır.'' (''Alaur-Rəhman'' səh.25) Gördüyünüz kimi şiə məzhəbi Quranın təhrif olunmasını qəbul etmir.
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 336 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]