Bazar günü, 2024-05-05, 11:46 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-19, 7:24 AM
Əhli sünnət və "əleykum bi sünnətil-xuləfaur-raşidin...” hədisi
 
İslam tarixi.

Sual: Əhli-sünnət alimləri "əleykum bi sünnətil-xuləfaur-raşidin...” hədisini necə izah edirlər? 

Cavab: Əhli-sünnət alimləri Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan (səhih olan) 

عَلَیْکُمْ بِسُنَّتِی وَسُنَّةِ الْخُلَفَاءِ الرَّاشِدِینَ الْمَهْدِیِّینَ فَتَمَسَّکُوا بِهَا ، وَعَضُّوا عَلَیْهَا بِالنَّوَاجِذِ ، وَإِیَّاکُمْ وَمُحْدَثَاتِ الْاُمُورِ فَإِنَّ کُلَّ مُحْدَثَةٍ بِدْعَةٌ وَکُلَّ بِدْعَةٍ ضَلَالَةٍ

"Mənim sünnətimə və məndən sonra hidayət olunmuş raşidi xəlifələrin sünnətinə sarılın və iltizamlı olun, onu dişinizlə-dırnağınızla qoruyub saxlayın, saxta (kitab və sünnətin əksinə olan) işlərdən uzaq olun! Çünki hər saxta iş bidətdir və hər bidət də zəlalətdir” – hədisini camaatın seçimi, yaxud Əbubəkrin təyini, yaxud da şura tərəfindən təyin olunan və xilafət kürsüsünə əyləşən şəxsə aid etmişlər. Amma bu yozum səhih deyildir; çünki, ağıl qəbul etmir ki, Peyğəmbər heç bir üslub və metodu olmayan, fiqh, kitab və sünnətdən əldə etdiyi hər bir şeyi başqalarının ağzından eşitmiş, yaxud da öz şəxsi rəyi əsasında fətva vermiş şəxslərin üslubuna tabe olmağı əmr etmiş olsun. Misal üçün, Əbubəkr deyir: "Mən tezliklə öz fikir və rəyimi bəyan edəcəyəm; əgər düzgün olsa, Allah tərəfindəndir, yox əgər səhv olsa, özümün və şeytanın tərəfindəndir.” 

Amma imamiyyə şiələrinin əqidəsinə görə yuxarıdakı hədisin düzgün mənası budur: "Raşidi xəlifələr” dedikdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məqsədi o kəslərdir ki, o həzrət onların adını şəxsən təyin etmiş və onları "Səqəleyn” hədisində Quranın bərabəri qərar verərək buyurmuşdur: 

إِنِّی تَارِکٌ فِیکُمُ الْخَلِیفَتَیْنِ ـ أَوْ مُخَلِّفٌ فِیکُمُ الثَّقَلَیْنِ ـ : کِتَابَ اللهِ وَعِتْرَتِی أَهْلَ بَیْتِی لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَیَّ الْحَوْضَ

"Həqiqətən mən sizin aranızda iki xəlifə qərar verirəm – yaxud (başqa nüsxələrdə) iki ağır əmanət qoyub gedirəm: Allahın Kitabı və itrətim olan Əhli-beytim. Bunlar hovuzda mənim yanıma gələnə qədər heç vaxt bir-birindən ayrılmayacaqlar.” (3) 

Yuxarıdakı hədisdə "Əl-xuləfa” kəlməsindəki "əlif və lam” (müəyyənlik əlaməti) artiklı da onların məhz hidayət ilə vəsf olunan xəlifələr olduğunu tələb edir. Onlar elə insanlardır ki, tutduğu yol, əməl və davranışları əsla ixtilaf olmadan eynilə Peyğəmbərin davranışı və sirəsinə müvafiqdir. Həzrətin təqdim etmədiyi kəslər, yaxud canişin kimi təyin etmədiyi şəxslər bu hədisdə nəzərdə tutula bilməz. Onun bəyan etdiyi say onlara uyğun gəlmir; əksinə həzrətin buyurduğu sifətlər və rəqəmlər yalnız Əhli-beytdən olan məsum xəlifələrə uyğun gəlir. Əhli-sünnətin aradıqları xilafəti sübut etmək üçün bu hədisə istinad etmək düzgün deyildir.

1-Bax: "Sunəni İbn Macə”, 1-ci cild, səh. 20 (1-ci cild, səh. 5), hədis: 42; "Sunəni Əbu Davud”, 2-ci cild, səh. 261 (4-cü cild, səh. 200), hədis: 4607. 

2-"Sunəni Darəmi”, 2-ci cild, səh. 365; "Əs-sunənul-kubra”, 6-cı cild, səh. 223

3-Bu hədis o rəvayətlərdəndir ki, hədis imamları və hafizlərinin hamısı onun səhihliyində ittifaq etmişlər. O cümlədən: "Təfsir”, İbn Kəsir, 4-cü cild. səh. 122; "Məcməuz-zəvaid”, 1-ci cild, səh. 170

4-Şəfii, Şahrudi, "Əl-Qədir”in mühüm fəsilləri, səh. 579.

azadxeber.az
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 268 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]