Bazar günü, 2024-05-05, 9:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 11:51 PM
İmam Zaman (ə) niyə qayibdir?

Qeyibdə olan imamın ümmətə nə xeyri var?
 
Sual: İmam Zaman niyə qayibdir? Və qeyibdə olan imamın ümmətə nə xeyri vardır?
 
Cavab: Əvvəla Allah taala Qurani-kərimdə öz övliyasını iki dəstəyə bölüb:
1-Bir qayib və gözlərdən gizli olan, beləki hətta zamanəsinin peyğəmbəri belə onu tanımır. Bu barədə "Kəhf” surəsinin 65-82-ci ayələrində həzrət Musa peyğəmbər (ə)-ın yolyoldaşı barədə buyurur:
"(Musa və Yuşa orada) öz dərgahımızdan mərhəmət əta etdiymiz və öz tərəfimizdən elm öyrətdiyimiz bəndələrimizdən birini (Xızıri) tapdılar. Musa ondan soruşdu: öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?”
2-İkincisi isə hazır və hamının gözü önündə tanınmış və məlum olan. Məsələn: Həzrət Nuh, Saleh, İbrahim və sair kimilər.
Odur ki, İmam Zaman (ə)-ın qayib olması övliyalar tarixində baş vermiş yenilik deyil. Ondanda əvvəlki ilahi şəxsiyyətlərin həyatında da bu kimi hadisələr baş verib. Yuxarıda qeyd etdiyimiz Xizır Peyğəmbərdən əlavə həzrət Musa Peyğəmbərin barəsində də Qurani-kərimdə oxuyuruq ki, həzrət qırx (40) gün öz camaatından qayib oldu:
"Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: Sən camaatımın arasında mənim xəlifəm, canişim ol. (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə”
"Əraf” surəsi, ayə-142
Həmçinin həzrət Yunis peyğəmbər(ə)-ın camaatından qayib olmasının "Ənbiya” surəsinin 87-88-ci ayələrində belə oxuyuruq:
"Balıq sahibi Yunisi də xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi guman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnından; dənizin zülmətində): "(pərvərdigara!) səndən başqa heç bir tanrı yoxdu. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən zalımlardan olmuşam”-deyib dua etmişdi. Biz onun duasını qəbul etdik və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk.”
Odur ki, Həzrət Musa (ə) və Yunis (ə) peyğəmbər olduqları bir halda müəyyən müddətədək öz camaatından uzaqlaşaraq qayib olublar.
İmam Zaman (ə)-ın qaib olmasının səbəbinə gəlincə isə ilk öncə bunu deməliyəm ki, aləmdə bir çox baş vermiş hadisələrin səbəbindən agah olmamağımız və ya onları dərk edə bilmədiyimiz üçün hadisələri inkar deyil əksinə öz dərk etmə qabiliyyətmizin məhdud olduğuna etiraf etməliyik.
İmam Zaman (ə)-ın qeybəti barədə nəql olan rəvayətlərdə diqqət edən hər bir şəxsə həzrətin qeybətinin səbəbi məlumdur.
Peyğəmbər (s)-in Əhli-beyt barədə buyurduğu tapşırıqlara, tövsiyələrə məhəl qoymayan İslam hakimiyyətini ələ keçirmiş zəmanənin xəlifələri məsum imamları biri-digərinin ardınca qətlə yetiriblər.
İmam Zaman (ə) da əgər zuhur etsəydi şübhəsiz ki, öz əcdadının başına gəldiyi sərgüzəşdəyə  məruz qalacaqdı.
Lakin bu cinayətin qarşısını alıb və bütün ümmətlərə vəd verdiyini (müstəzəflərin yer üzünün varisi olacağı, yer üzündə haqqın, ədalətin bərpa olacağını) həyata keçirmək üçün Allahın hikməti bunu tələb edir ki, bəşəriyyət belə bir kamil insanın öz arasında qəbul edə biləcək istedadına yiyələnməyənədək onu camaatın gözündən gizli saxlasın.
İmam Zaman (ə)-in pərdə arxasında olmasına səbəb hakimlərin zülmü və camaatın belə bir şəxsiyyəti qəbul etməyə hazır olmadıqlarıdır.
Bu hədislərə diqqət edin:
عن زرارة قال: سمعت أبا جعفر (ع) يقول: إن للقائم غيبة قبل  ظهوره, قلت: و لم؟ قال: يخاف- أو مَأ بيده الي طنه- قال زرارة: يعني القتل.
Zürarə deyir: İmam Mühəmməd Baqir (ə)-dan eşitdim ki, həzrət buyururdu: Həzrət Qaim (ə) zühur etməzdən əvvəl qaib olacaq. Səbəbi nədir? Soruşduqda həzrət "qorxudan” –deyə cavab verib və əliylədə öz qarnına işarə etdi. Zürarə deyir: Həzrət qətli nəzərdə tuturdu.
"İkmalud-din”, 44-cü fəsl, illətul-ğeybət.
عن عبد الله بن ابي الفضل الهاشمي عن الصادق (ع): ... يا ابن الفضل انّ هذا الأمر أمر من أمر الله تعالي و سرّ من سرّ الله... و متي علمنا أنه عز و جل حكيم صدقنا بأنّ افعاله كلها حكمة و ان كان وجهها غير منكشف.
Abdullah ibn Fəzl imam Sadiq (ə)-dan nəql edir: "...Bu iş Allahın işlərindən olan bir iş və Allahın sirlərindən olan bir sirdir... Hər zaman Allahın hikmət sahibi olduğunu bildik, səbəbi bizə məlum olmasa belə Onun bütün işlərini hikmət üzündən olmasını təsdiqləyəcəyik.”
"İkmalud-din”, 44-cü fəsl, illətul-ğeybət.
Qeyibdə İmam Zaman (ə)-ın faydasına gəlincə isə bu bir neçə mətləbi oxucuların nəzərinə çatdırırıq:
1-Qeybət müddətində imam Zaman (ə)-ın faydasından agah olmamaq faydanın olmamasına dəlalət etməz. Bu həqiqətdə bir həqiqətdən agah olmamağı həmin həqiqətin olmaması kimi qələmə verməkdir.
Bu da savadsızlığın və ya kəmsavadlığın nəticəsindəndir.
2-Qayib olmağın lazıməsi vücudunun isdifadəsiz olması deyil.
Mümkündür bir şəxs gözlərdən qayib olsun lakin eyni halda vücudu faydalı və səmərəli  olsun.
Elə buna görə, həzrət Musa (ə)-ın yolyoldaşı gözlərdən qaib idi, amma kasıbların qayığlarını dələrək zalım hakimin əlinə düşməkdən xilas etdi. Və həmçinin iki yetimin xəzinəsini qoruyub saxlamaq üçün köhnə divarı söküb yenidən tikdi. Odur ki, imam Zaman (ə)-da qeybəti zamanı belə müdaxilələr etməsi mümkündür.
Bəzi rəvayətlərdə nəql olur ki, həzrət hər il həcc mövsümündə iştirak edir və Allah taala onun mübarək əliylə insanların hacətlərini rəva edir.
3-İmam Zaman (ə)-ın ümum camaatın gözündən qaib olması şübhəsizdir, amma ümmətin ən saleh insanlarının gözündən isə qaib olması belə deyil.
Bəlkə rəvayətlərdə bunun əksi sübuta yetmişdir.
4-İmam Zaman(ə)-a vacib deyil camaatın gündəlik işlərində birbaşa müdaxilə etsin.
Bu işlər üçün kiçik qeybətdə dörd nəfər nümayəndəsi olub.
1-Şeyx Əbi Əmr Osman ibn Səid Əl-Əmuri
2-Oğlu Şeyx Əbi Cəfər Mühəmməd ibn Osman
3-Şeyx Əbil-Qasim Hüseyn ibn Ruh Nobəxti
4-Şeyx Əbil-Həsən Əli ibn Mühəmməd Əs-Səmuri
Böyük qeybətdə bu günkü gündə ədalətli alimlər, fəqihlər yəni islam şəriyətinin bütün hökümlərindən tam agah olanlar həzrətin naibidirlər.
Həzrət öz mübarək dəstixəttilə yazmış rəvayətlərdə buyurur:
و أمّا الحوادث الواقعة فارجعوا فيها الي رواة حديثنا فإنّهم حجتي عليكم و أنا حجة الله عليهم.
"Baş vermiş hadisələrdə bizim hədislərimizi (başa düşüb dərk edərək) nəql edənlərə müraciə edin. Onlar bizim tərəfimizdən sizə höccəti tamamlayan biz də Allah tərəfindən höccəti onlara tamamlayırıq.”
"İkmalud-din”, 3-cü cild, 45-ci fəsl, səh: 484.
Həmin hədisin sonunda həzrət qeybətdə olduğu müddətdə insanlara verəbiləcəyi fayda barədə olan sualı belə cavablandırır:
و أمّا وجه الانتفاع بي في غيبتي فكالانتفاع بالشمس إذا غیبتها عن الابصار السحاب.
"İnsanlar bulud altında olan günəşdən istifadə etdikləri kimi məndən də istifadə edirlər.”
 
Hacı İlham Əliyev
İlahiyyatçı
islammaarifinde.com
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 294 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]