Bazar günü, 2024-05-05, 3:45 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 9:34 PM
 Peyğəmbərdən (s) şiə və sünnü mənbələrindən gəlib yetişən bu hədisi 

ستفرق امتي علي ثلاث و سبعين فرقة كلها في النّار الاّ فرقة واحدة."

Tezliklə mənim ümmətim yetmiş üç firqəyə bölünəcək və birindən savayı hamısı cəhənnəmə daxil olacaq” (1) nəzərə aldıqda islam firqələri arasında hansı firqə cənnətə daxil olacaq?

Cavab: Bu nicat tapmış firqəni Qurani-Kərim və Peyğəmbər (s)-in başqa hədisləri müəyyən etmişdir.


Qurani-Kərim:

1-” اَنْفُسَنا وَ اَنْفُسَكُمْ” (2) "biz və siz”. Bir çox təfsirçilər deyiblər ki, Peyğəmbər (s)-in məqsədi "biz” deməkdən özü və həzrət Əli (ə) idi. (3)

2- "مِنْهُ أَفَمَنْ كَانَ عَلَى بَيِّنَةٍ مِنْ رَبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ (4) Bir çox təfsirçilər deyiblər "شاهدٌ مِنْهُ” "onun tərəfindən bir şahid” kəlməsindən məqsəd həzrət Əli (ə)-dır. (5)

3- "وَمَنْ عِندَهُ عِلْمُ الْكِتَابِ” (6) "və bütün kitab elmini bilən şəxs...” Bütün təfsirçilər deyiblər məqsəd Əli (ə)-dır. (7)

4- "أَفَمَن كَانَ مُؤْمِناً كَمَن كَانَ فَاسِقاً” (8) "Məgər mömin kimsə ilə (Allahın itaətindən çıxmış) fasiq eynidirmi?!..” təfsirçilər deyiblər "mömindən” məqsəd Həzrət Əli(ə)-dır. (9)

5- "أُوْلَئِكَ الْمُقَرَّبُونَ  وَالسَّابِقُونَ السَّابِقُونَ ” (10) və  

6- ”وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ (11) 

Təfsirçilər deyirlər bu ayələrdəki "السَّابِقُونَ” "öndə olanlar”-dan məqsəd həzrət Əli (ə)-dır. (12)

7- "كَمَنْ ءَامَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِر أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ” ِ(13) təfsirçilər deyiblər "ءَامَنَ بِاللَّهِ” "Allaha və qiyamət gününə iman gətirən” kəlməsindən məqsəd həzrət Əli (ə)-dır. (14)

8- "الْمُؤْمِنِينَ وَإِن تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ” (15) Rəvayətlərə əsasən "صالح الْمُؤمِنينَ” "əməli-saleh, xeyirxah möminlər” kəlməsindən məqsəd həzrət Əli (ə)-dır. (16)

9- "وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ” (17) Peyğəmbər (s) buyurdu: "Ey Əli (elmimi eşidib "أُذُنٌ وَاعِيَةٌ” yadda saxlayan)-sənsən.”  (18) 

10- "الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا” (19) Peyğəmbər (s) buyurub: "Əli (ə) خير البريه -xeyrul-bəriyyə (xəlq olunanların ən yaxşısı)-dır.” Başqa bir rəvayətdə buyurur: "Sən və sənin şiələrin” "انت و شيعتك” və başqa rəvayətdə isə buyurur:

"ان هذا و شيعته لهم الفائزون يوم القيامة” "qiyamət günü bu və bunun şiələri səadətə yetişənlərdir.” (20)

11- "إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ” (21) Peyğəmbər (s) buyurdu:

"انت الهادي بك يا علي يهتدي المهتدون”  "Ya Əli (ə) hidayət edən, doğru yolu göstərən sənsən və hidayət olanlar sənin vasitənlə hidayər olarlar.” (22)

12- "وَهُمْ رَاكِعُونَ وَالَّذِينَ ءَامَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ " (23) Şiə və əhli sünnə vasitəsilə bir çox rəvayətlərdə gəlmişdir ki, "وَالَّذِينَ ءَامَنُوا” "imam gətirənlər” –dən məqsəd həzrət Əli (ə)-dır. (24)

13- "ابْتِغَاءَ مَرْضَاةِ اللَّهِ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَاد وَمِنَ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ " (25) təfsirçilər deyiblər bu ayə həzrət Əli (ə) şənində hicrət gecəsi nazil olmuşdur. (26)

14- "يَاأَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ” (27) Əhli sünnənin onlarla təfsirinə əsasən bu ayə qədir xum bayramı günü həzrət Əli (ə)-ın vilayəti, canişinliyinə dair nazil olmuşdur. (28)

Və bir çox başqa ayələr. Həskani "Şəvahidut-tənzil” kitabılnda 1163 hədislə iki yüz on üç ayəyə işarə edib. 

 

Peyğəmbər (s)-in rəvayətləri:

1-عن انس بن مالك قال: قال رسول الله (ص) انما مثلي و مثلي اهل بيتي كسفينة نوح من ركبها نجا و من تخلف عنها غرق.

İbn Malik deyir:

Peyğəmbər (s) buyurub: "Mən və mənim əhli beytim Nuhun gəmisinə bənzəyirik. Hər kim ona mindisə nicat tapdı və hər kim ondan üz döndərdisə qərq oldu.” (29)

2-في المعجم الأوسط: إني تارك فيكم الثقلين كتاب الله و عترتي اهل بيتي و لن يفترقا حتي يراد علي الحوض.

Peyğəmbər (s) buyurub: "Mən sizin aranızda iki böyük qiymətli şey qoyub gedirəm. Biri Allahın kitabı, digəri isə əhli beytimi. (Kövsər) hovzunun yanında mənim yanıma gələnədək bunlar bir-birindən ayrılmayacaqlar.” (30)

3-عن النبي (ص) قال: انا مدينة الجنة و علي بابها فمن اراد الجنة فليأتها من بابها.

Peyğəmbər (s) buyurub: "Mən cənnətin şəhəriyəm Əli (ə) onun qapısıdır. Hər kim o cənnətə daxil olmaq istəsə gərək qapıdan daxil olsun.” (31)

4-قال رسول الله (ص): انت مني و انا منك. 

Peyğəmbər (s) buyurub: "(Ya Əli!) Sən məndən və mən səndənəm.” (32)

5-قال رسول الله (ص): حق عليّ علي المسلمين حق الوالد علي ولده.

Peyğəmbər (s) buyurub: "Əli (ə)-ın haqqı müsəlmanların boynunda atanın övladın boynunda olan haqqı kimidir.” (33)

6-قال رسول الله (ص): من اطاعني فقد اطاع الله و من عصاني فقد عصي الله و من أطاع عليّا فقد أطاعني و من عصي عليّا فقد عصاني.

Peyğəmbər (s) buyurub: ”Hər kim mənə itaət etsə Allaha itaət etmişdir və hər kim mənə asi olsa Allaha asi olmuşdur. Həmçinin hər kim Əli (ə)-a iatət etsə mənə də itaət etmişdir. Hər kim Əli (ə)-a qarşı asi çıxsa mənə qarşı asi çıxmışdır.” (34)

7-قال رسول الله (ص): لا يحبُّ عليّا منافق و لا يبغضه مؤمن.

Peyğəmbər (s) buyurub: "Əli (ə)-ı münafiq sevməz və mömin isə həzrətə qarşı ədavətli olmaz.” (35)

8-عن أبي سعيد الخُدْرِي: إنا كنّا لنعرف المنافقين نحن معشر الأنصار ببغضهم عليّ بن ابيطالب.

Əbu Səid Xodri deyir: "Biz ənsar, münafiqi Əli (ə)-a qarşı bəslədikləri ədavətlərindən tanıyardıq.” (36)

 

Bu mövzuda bir çox başqa rəvayətlər də vardır. Əlavə məlumat istəyənlər "Ehqaqul-həqq” kitabına müraciət edə bilərlər.

Bu ayələr və yüzlərlə nəql olmuş rəvayətlərdən, hədislərdən açıq-aydın məlum olur ki, islam firqələri arasında nicat tapıb cənnətə daxil olan firqə yalnız həzrət Əli (ə)-ın getdiyi yol ilə gedən kəslərdir. Amma o şəxslər ki, haqqı tanıyıb və Peyğəmbər (s)-in Əli (ə)-i öz canişini təyin etməsini bildikdən sonra yenədə inad edərək o həzrətin buyurduğuna (Peyğəmbər (s)-in sözü Allahın sözüdür) göz yumub qəbul etməyənin hesabı ayrıdır və gərək bunlar Allahın ən ağır əzabının intizarında olsunlar.

وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

"Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin.” (37)

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْراً أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالاً مُّبِيناً 

"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!” (38)

____________________________

 
(1)- "Təfsiri İbn Kəsir”, 4-cü cild, səh: 291; "Şərəfu əshabul-hədis Bağdadi”, səh: 40; "Təhzibul İbn Əsakir” 4-cü cild, səh: 181; "Müstədrəkul Hakim”, 4-cü cild, səh: 430.

(2)- "Ali-İmran” surəsi, ayə 61.

(3)- "Dəlailun-nubuvvət”, müəllif: Əbu Nəim, səh: 354; "Təfsiri İbn Kəsir”, 2-ci cild, səh: 45; "Şəvahidut-tənzil”, 1-ci cild, səh: 163.

(4)- "Hud” surəsi, ayə 17.

(5)- "Şəvahidut-tənzil”, 1-ci cild, səh: 362; "Təfsiri Təbəri”, 7-ci cild, səh: 12.

(6)- "Ər-Rəd” surəsi, ayə 43.

(7)- "Təfsiri Qurtubi”, 9-cu cild, səh: 339; "Durul-mənsur”, 4-cü cild, səh: 699; "Təfsiri Təbəri”, 8-ci cild, səh: 12.

(8)- "Səcdə” surəsi, ayə 18.

(9)- "Təfsiri Təbəri”, 11-ci cild, səh: 107; "Fəzailus-səhabə”, müəllif: İbn Hənbəl, 2-ci cild, səh: 611; "Ənsabul-əşraf”, 2-ci cild, səh: 380; "Tarixi Bağdad”, 13-cü cild, səh: 321; "Əl-əğani” 5-ci cild, səh: 153; "Tarixi Dəməşq”, 63-cü cild, səh: 235.

(10)- "Vaqiə” surəsi, ayə 10.

(11)- "Tövbə” surəsi, ayə 100.

(12)- "Şəvahidut-tənzil”, 2-ci cild, səh: 295; "Təfsiri Təbəri”, 12-ci cild, səh: 358; "Durul-mənsur”, 7-ci cild, səh: 51; "Əl-möcəmul-kəbir”, 11-ci cild, səh: 77; "Əs-səvaqul-möhriqə”, səh: 125; "Əl-bidayətu vən-nihayə”, 1-ci cild, səh: 231.

(13)- "Tövbə” surəsi, ayə 19.

(14)- "Əl-müsənnif”, müəllif: İbn Əbi Şeybə, 7-ci cild, səh: 507; "Təfsiri Təbəri”, 6-cı cild, səh: 96; "Durul-mənsur”, 4-cü cild, səh: 145; "Şəvahidut-tənzil”, 1-ci cild, səh: 322; "Təfsirul-kəbir”, müəllif: Fəxri Razi, 16-cı cild, səh: 12; "Əsbabu nuzulul-quran”, səh: 248; "Tarixi Dəməşq”, 43-cü cild, səh: 357.

(15)- "Təhrim” surəsi, ayə 4.

(16)- "Tarixi Dəməşq”, 42-ci cild, səh: 362; "Şəvahidut-tənzil”. 2-ci cild, səh: 343.

(17)- "Əl-haqqə” surəsi, ayə 12.

(18)- "Hilyətul-ovliya”, 1-ci cild, səh: 67; "Tarixi Dəməşq”, 42-ci cild, səh: 361; "Şəvahidut-tənzil”, 2-ci cild, səh: 361; "Mənaqibu İbn Məğazeli”, səh: 265; "Təfsirul-kəbir”, 8-ci cild, səh: 238.

)19)- "Əl-bəyyinə” surəsi, ayə 7.

(20)- "Tarixi Dəməşq”, 42-ci cild, səh: 371; "Şəvahidut-tənzil”, 2-ci cild, səh: 471; "Fəraidus-sibteyn”, 1-ci cild, səh: 155; "Təfsiri Təbəri”, 15-ci cild, səh: 265.

(21)- "Ər-rəd” surəsi, ayə 7.

(22)- "Tarixi Dəməşq”, 42-ci cild, səh: 359; "Şəvahidut-tənzil”, 1-ci cild, səh: 381; "Əl-müstədrək ələs-səhihəyn”, 3-cü cild, səh: 140.

(23)- "Maidə” surəsi, ayə 55.

(24)- "Əl-möcəmul-ovsət”, 6-cı cild, səh: 218; "Şəvahidut-tənzil”, 1-ci cild, səh: 223; "Ən-nurul-müştəil”, səh: 74; "Durul-mənsur”, 3-cü cild, səh: 105; "Təfsiri Təbəri”, 4-cü cild, səh: 289; "Təzkirətul-xəvas”, səh: 15.

(25)- "Bəqərə” surəsi, ayə 207.

(26)- "Tarixi Dəməşq”, 42-ci cild, səh: 67; "Usdul-ğayə”, 4-cü cild, səh: 98; "Şəvahidut-tənzil”, 1-ci cild, səh: 123.

(27)- "Maidə” surəsi, ayə 67.

(28)- "Əsbabun-nuzul-Quran”, səh: 304; "Şəvahidut-tənzil”, 1-ci cild, səh: 25; "Tarixi Dəməşq”, 42-ci cild, səh: 237; "Mənaqib İbn Məğazeli”, səh: 19; "Əl-bidayətu vən-nihayə”, 7-ci cild, səh: 350.

(29)- "Tarixi Bağdad”, 12-ci cild, səh: 91.

(30)- "Əl-möcəmul-ovsət”, hədis-3566.

(31)- "Ehqaqul-həqq”, 5-ci cild, səh: 504.

(32)- "Səhihi Buxari”, 2-ci cild, səh: səh: 96.

(33)- "Tarixi Dəməşq”, 42-ci cild, səh: 308.

(34)- "Əl-müstədrədul ələs-səhiheyn”, 3-ci cild, səh: 31; "Tarixi Dəməşq”, 42-ci cild, səh: 270; 

(35)- "Sünəni Termizi”, 5-ci cild, səh: 635; "Müsnəd Əhməd”, 1-ci cild, səh: 204; "Əl-bidayən-nihayə”, 7-ci cild, səh: 355.

(36)- "Sünəni Termizi”, 5-ci cild, səh: 635.

(37)- "Həşr” surəsi, ayə 7.

(38)- "Əhzab” surəsi, ayə 36.

 
Hacı İlham Əliyev

İlahiyyatçı

islammaarifinde.com
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 346 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]