Şənbə günü, 2024-04-27, 9:59 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 9:26 PM
ŞİƏLƏR VƏTR NAMAZINI VACİB BİLİRMİ?

Cavab: Vətr namazı gecə namazının nafilələrindən biridir ki, onun Peyğəmbər (s.ə.v.v)-in ardıcılları üçün yerinə yetirilməsi müstəhəbdir. Lakin şiə fəqihləri Allahın kitabı və sünnə sayəsində müəyyən işləri Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in yalnız özünə məxsus olan xüsusiyyətləri kimi qeyd etmişlər ki, onlardan biri də vətr namazının o həzrətə vacib olmasıdır. Əllamə Hilli "Təzkirətul-füqəha” kitabında Peyğəmbər (s.ə.v.v)-in özünə məxsus olan 70 xüsusiyyət qeyd edərək sözünün əvvəlində deyir:
فَاَمَّا الْوَاجِبَاتُ عَلَيْهِ دُونَ غَيْرِهِ مِنْ اُمَّتِهِ اُمُورٌ الف-اَلسِّوَاكُ، ب-اَلْوَتْرُ، ج-الآُضْحِيَّةُ، رُوِيَ عَنْهُ ¸ اَنَّهُ قَالَKثَلَاثٌ كُتِبَ عَلَيَّ وَ لَمْ تُكْتَبْ عَلَيْكُمْ السِّوَاكُ وَ الْوِتْرُ وَ الآُضْحِيَّةُ
"Bir neçə şey bütün ümmətə deyil, yalnız Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə vacib olmuşdur, o cümlədən: a) dişə misvak vurmaqæ b) vətr namazı, v) qurbanlıq kəsmək. Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən belə rəvayət olunmuşdur: "Üç şey sizə deyil, yalnız mənə vacib olmuşdur: "Dişə misvak vurmaq, vətr namazı qılmaq və qurbanlıq kəsmək.” ("Bəqərə" surəsi, ayə 60)
Deməli, şiələrin nəzərində vətr namazı Peyğəmbər (s.ə.v.v)-ə vacib olmuşdur, sair müsəlmanlara isə müstəhəbdir.

Müəllif: Seyyid Rza Hüseyninəsəb     
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 286 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]